Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1768/2024 10.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X6 25.06.*955-ci il tarixdə Ermənistan Respublikası Qafan rayonunda anadan olması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Mustafayeva”, adı “Raya”, ata adı “ Məhəmmədəli”, doğum tarixi 25.06.*955-ci il”, milliyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Qafan rayonu”, ata qrafasında “X*, milliyəti azərbaycanlı”, ana qrafasında”anası X7, milliyəti azərbaycanlı” olması faktı müəyyən edilsi barədə qətnamə çıxararılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 25.06.*955-ci il tarixdə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuşdur. X*, anası isə, X3r. Ailədə 8 bacı-qardaş olmuşlar. Mustafayeva Raya onunla doğma bacıdır və 07.*0.20*7-ci il tarixdə vəfat etmişdir. Mərhumun son yaşayış yeri və qeydiyyat ünvanı isə Bakı şəhəri, Buzaovna qəsəbəsi, Nizami küçəsi, ev * ünvanı olmuşdur. Bacısının doğum yeri Ermənistan Respublikasının Qafan rayonudur. X*6 şəxsiyyət vəsiqəsində doğum yeri kimi Bakı şəhəri qeyd olunmuşdur. R.Mustafayevanın 25.06.*955-ci il tarixdə Ermənistan Respublikası Qafan rayonunda anadan olduğunu dəqiqləşdirmək üçün Bakı şəhəri Maraqlı şəxsnə vəkil sorğusu ünvanlanmışdır. Sorğuya cavab verilməkdən imtina edilmişdir. Göstərilən fakt yalnız şahid ifadələri əsasında məhkəmə qaydasında müəyyən oluna bilər. Belə ki, məlum olduğu kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında heç bir siyasihüquqi əlaqələr yoxdur. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, bildirdi ki, Raya onun bacısıdır, o, 25.06.*955-ci ildə Ermənistan Respublkikası Qafan rayonunda doğulmuşdur, 20*7-ci ildə vəfat etmişdir, lakin onun doğum haqqında şəhadətnamə yoxdur. Bacısı ailə qurmayıb, uşağı olmayıb. Bu yaxınlarda öyrənmişdir ki, bacısının adına torpaq sahəsi ayrılmışdır, həmin torpaq sahəsinə vərəsəlik işinin açılması üçün notariusa müraciət etmək və qohumluq faktı müəyyən etmək zərurəti yaranmışdır. Odur ki, ərizənin təmin olunmasını xahiş etdi. Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, Raya onun bacısıdır. O, *955-ci ildə doğulmuş, 20*7-ci ildə vəfat etmişdir. Raya ondan əvvəl Saray qəsəbəsinə köçmüşdür. O, ailəli olmamışdır. Məhkəmə ərizəçi izahatını və şahidin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 05-*6-5/8-*6- 2*0/2024 saylı məktubundan görünür ki, "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin *58.*-ci və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunun 38.3-cü maddələrinə əsasən X9nın qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumatlar hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. “Fərdi məlumatlar haqqında” Qanunun 2.*.6-cı və *3.*-ci maddələrinə uyğun olaraq ailə həyatına aid olan məlumatlar xüsusi kateqoriyalı fərdi məlumatlardır və həmin Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Bildiririk, ki qeyd edilən şəxsin doğumu barədə şəhadətnamə və ya arayışın əldə edilməsi üçün yalnız ölən şəxsin ölümünü təsdiq edən sənəd olduqda qanuni vərəsələri qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə və ya həmin vərəsələrin notariat qaydasında təsdiq olunmuş etibarnaməsi əsasında səlahiyyətli nümayəndəsi müraciət edə bilər.” İş materiallarında olan X9 AQİS-dən çıxarışdan görünür ki, 25.06.*955-ci il təvəllüdlü X5 07.*0.20*7-ci il tarixdə vəfat etmişdir. Onun sonuncu yaşayış yeri Bakı şəhəri Buzovna qəsəbəsi Nizami küçəsi ev * olmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində istifadədə olan 0,2263 ha. torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə X2 */** hissəsi adına daşınmaz əmlakın dövlət reyestrində *25* nömrə ilə reyestr kitabında 9 nömrəli vərəqində qeydyyata alınmışdır. Beləliklə, ərizəçi tərəfin izahatı və işin materialları ilə X2 25.06.*955-ci il tarixdə Ermənistan Respublikası Qafan rayonunda anadan olması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Mustafayeva”, adı “Raya”, ata adı “ Məhəmmədəli”, doğum tarixi 25.06.*955-ci il”, milliyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Qafan rayonu”, ata qrafasında “X*, milliyəti azərbaycanlı”, ana qrafasında”anası X7, milliyəti azərbaycanlı” olması tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müvafiq sənədlər olunmadığına görə onun doğum akt qeydinin verilməsində imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X9nın, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X9nın dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X9nın qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.*-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X9nın dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən Azərbaycan Respublikası MPMnin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda X9 qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Rayanın doğum akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Rayanın adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə faktın təsdiqi tərəfin izahatı və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 25.06.*955-ci il tarixdə Ermənistan Respublikası Qafan rayonunda anadan olması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Mustafayeva”, adı “Raya”, ata adı “ Məhəmmədəli”, doğum tarixi 25.06.*955-ci il”, milliyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Qafan rayonu”, ata qrafasında “X*, milliyəti azərbaycanlı”, ana qrafasında”anası X7, milliyəti azərbaycanlı” olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1768/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1768/2024
10.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver