Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1776/2020 02.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, Ordubadi küçəsi, döngə 1 ünvanında yerləşən 11 saylı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehin həmin evdən çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahişetmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak onun mülkiyyətindədir. Həmin mənzil dövlət reyestr xidmətində qeydə alınaraq, seriya RX ******* saylı çıxarış verilmişdir. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Qeyd olunanlara əsasən, cavabdehin BakışəhəriXəzər rayonu Zirə qəsəbəsi, Ordubadi küçəsi, döngə 1 ünvanında yerləşən 11 saylı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehin həmin evdən çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı onun keçmiş əridir. Onlar 1972-ci ildə nikaha girərək mübahisəli evə köçmüşlər. Uzun müddət həmin evdə yaşamış, iddiaçı onu evdən qovmuş, lakin məhkəmənin qərarına əsasən, o, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinəköçürülmüş, həmin ünvanda yerləşən yardımçı sahələrdən - sanitar qovşağı və mətbəxdən istifadəsinə maneələrin yaradılması İddiaçı qadağan edilmişdir. Aralarındakı nikah 2020-ci ildə pozulmuşdur. O, həmin evdə yaşayır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbinin rədd edilməsibarədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 256/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, ünvan 3 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 724/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinəköçürülməsi, həmin ünvanda yerləşən yardımçı sahələrdən - sanitar qovşağı və mətbəxdən istifadəsinə maneələrin yaradılmasının cavabdeh İddiaçı qadağan edilməsi qərara alınmışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh 1972-ci ildə cavabdeh İddiaçı ilə rəsmi nikaha daxil olaraq ailə qurduqdan sonra Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçərək orada yaşamağa başlamış, cavabdehlə birgə təsərrüfat aparmış, həminevdəpasport qeydiyyatına düşmüşdür. Aralarında yaranmış mübahisələr nəticəsində iddiaçı yaşadığımübahisəli evi tərk etməyə məcbur olmuş və hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etmiş və bildirmişdir ki, iddiaçının mübahisəli evə köçürülməsinə etirazı yoxdur, eyni zamanda həmin evdə ona heç bir maneə yaradılmayacaqdır. Qeyd olunan qanuni qüvvəyə minmiş qətnamədən göründüyü kimi, cavabdehin mübahisəli evə gəlin köçərək orada yaşadığı artıq müəyyən olunmuş, eyni zamanda İddiaçı İbahim oğlu onun həmin evdə yaşamasına etiraz etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2. maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» 12 mart 1999-cu il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh mübahisəli yaşayış evinə məhkəmə qətnaməsi ilə köçürülməklə, həmin vaxtdan etibarən qeyd olunan ünvanda yaşayır, mübahisəli yaşayış evini tərk etməmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq istifadə hüququnu itirməmişdir. Odur ki, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi və həmin evdən çıxarılması tələbi əsassızdır. Belə ki, mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 87-ci maddəsinin mahiyyətindən görünür ki, mülkiyyətçi əmlaka sahiblik, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Eyni zamanda, həmin Məcəllənin 147-ci maddəsinin mənasından görünür ki, pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının müdafiə edilməsini tələb edə bilər. HəminMəcəllənin157.8. maddəsinəəsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 27.1. və 27.3. maddələrindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ və İİİ bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşıistifadə hüququna xitam verilməsi və evdən çıxarılmaya dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşıistifadə hüququna xitam verilməsi və evdən çıxarılmaya dair iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1776/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1776/2020
02.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver