Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1793/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi vətəndaşlıq vəziyyəti aktının bərpasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, mərhum əri X4 28.12.1958-ci il tarixdə Ermənistan Respublikası, Yexeqnadzor rayonunda anadan olmasının qeyd edilməsi faktının müəyyən edilməsinin, yəni doğum haqqında şəhadətnamə verilməklə, onun təvəllüdünün 28.12.1958-ci il, doğulduğu yerin Ermənistan Respublikası, Yexeqnadzor rayonu, atasının X6, milliyəti Azərbaycanlı, anasının X5 milliyəti Azərbaycanlı kimi yazılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı Ərizəçi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, doğum akt qeydiyyatının bərpa olunması, həmin doğum akt qeydiyyatında təvəllüdünün 28.12.1958-ci il, doğulduğu yerin Ermənistan Respublikası, Yexeqnadzor rayonu, atasının X6, milliyəti Azərbaycanlı, anasının X5 milliyəti Azərbaycanlı kimi kimi qeyd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri X9 28.12.1958-ci ildə Ermənistan Respublikası, Yexeqnadzor rayonunda anadan olmuş və orada da yaşamışdır. Məlum hadisələrlə əlaqədar 1988-ci ildə məcburiyyət qarşısında Azərbaycana köçürüləndən sonra doğum haqqında şəhadətnaməsi itirmişdir. Həmin vaxtdan sonra faktiki müharibə vəziyyəti mövcüd olduğundan və Ermənistanla bütün əlaqələr kəsildiyindən doğumu təsdiq edən hər hansı sənədi əldə edə bilməmişdir. Azərbaycan Respublikasına gəldikdən sonra ona köhnə pasportu əsasında yeni şəxsiyyət vəsiqəsi verilmişdir. Əri 03.12.2020-ci il tarixdə vəfat etdikdən sonra vərəsəsi qismində bəzi sənədlərin rəsmiləşdirilməsi zamanı ondan ona məxsus doğum haqqında şəhadətnaməni tələb edirlər. O yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etdikdə bunun mümkünsüz olduğu bildirilmişdir. Bakı şəhəri Maraqlı şəxs isə ərizəyə rəsmi olaraq cavab verilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarına uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydində sənədlərin bərpası və ona dəyişikliklər edilməsi üçün müvafiq sənədlər olmadıqda ərizə təmin olunmur, bununla bağlı məhkəməyə müraciət etməlidir. Hesab edir ki, Maraqlı şəxs gəldiyi nəticə qanunsuz və əsassızdır. Bələ ki məlum olduğu kimi, doğum haqqında akt qeydi, doğumu təsdiq edən müvafiq tibbi orqanın doğum haqqında tibbi şəhadətnaməsi əsasında açılır, onun əsasında isə doğum haqqında şəhadətnamə verilir. İndiki halda mərhum ərinin doğum haqqında tibbi şəhadətnaməsi mövcud deyil, tibbi şəhadətnamə və onun əsasında açılmış doğum haqqında akt qeydi hər hansı əlaqə olmayan Ermənistan Respublikası ərazisində qalmışdır, həmin sənədlərin əldə edilməsi qeyri-mümkündür. Qeyd olunanlara əsasən, doğum haqqında şəhadətnamə verilməklə mərhum ərinin X4 təvəllüdü 28.12.1958-ci il, doğulduğu yerin Ermənistan Respublikası, Yexeqnadzor rayonu, atasının X6, milliyəti Azərbaycanlı, anasının X5 milliyəti Azərbaycanlı kimi qeyd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini müdafiə etmiş, doğum akt qeydiyyatının bərpa olunması, həmin doğum akt qeydiyyatında təvəllüdünün 28.12.1958-ci il, doğulduğu yerin Ermənistan Respublikası, Yexeqnadzor rayonu, atasının X6, milliyəti Azərbaycanlı, anasının X5 milliyəti Azərbaycanlı kimi qeyd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Ələkbərov Vüqar Qaraş oğlu ifadəsində bildirmişdir ki, mərhum X9 onun doğma qardaşıdır. Ailə 8 uşaqdan 6 qardaş 2 bacıdan: Nazim, Ənvər, Ələsgər, Fizuli, Rəsul, Vüqar, Tamella, Zemfira ibarətdir. X9 28.12.1958-ci il, Ermənistan Respublikası, Yexeqnadzor rayonunda doğulub. X9 03.12.2020-ci il tarixdə vəfat etmişdir. X12, ataları Ələkbərov Qaraş olub. Valideynləri rəhmətə gedib. Ataanalarının da doğum haqqında şəhadətnamələri Ermənistanda qalıb, qardaşının da. Özünün isə doğum şəhadətnaməsi var, itməyib. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 ifadəsində bildirmişdir ki, mərhum X9 doğma qardaşıdır. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 ifadəsində bildirmişdir ki, mərhum X9 doğma qardaşıdır. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Ərizəçi və X9 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, doğma qardaşı X10 19.03.1971-ci il tarixdə doğulmuş atası X6 anası X2r. İş materiallarında əlavə edilmiş Əzizbəyov rayon Buzovna qəsəbə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X4 atası X6 14.06.1999-ci il tarixdə vəfat etmiş, bu barədə 24.06.1999-cu il tarixli 74 nömrəli qeyd aparılmışdır. İş materiallarında əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X4 anası X5 01.06.2014-cü il tarixdə vəfat etmiş, bu barədə 02.07.2014-cü il tarixli 569 nömrəli qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Əzizbəyov rayon VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Ərizəçi 05 mart 2003-cü il tarixdə nikaha daxil olmuş, bu barədə 05.03.2003-cü il tarixli 102 nömrəli qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon Qeydiyat şöbəsi tərəfindən verilmiş 25 dekabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 03.12.2020ci il tarixdə ölmüş, bu barədə 25.12.2020-ci il tarixli 1449 nömrəli qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının;“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 03 mart 2021ci il tarixli məktubdan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsinə dair ərizəsindən imtina edilmiş və aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən edilir ki, Ərizəçi mərhum əri X6 28.12.1958-ci il tarixdə Ermənistan Respublikası, Yexeqnadzor rayonundə anadan olmuş, atası X6, anası Ələkbərova Tamam İbrahim qızıdır. Lakin doğum haqqında akt qeydi itirildiyindən, başqa qaydada əldə etmək mümkün olmamış və ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Ərizəçi mərhum əri X6 28.12.1958-ci il tarixdə Ermənistan Respublikası, Yexeqnadzor rayonundə anadan olması faktı sübuta yetirilir. Ərizəçi bu faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyindən, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, X3 doğumunun qeydə alınması faktı təsdiq edilməli, doğum akt qeydiyyatı bərpa olunaraq, həmin doğum akt qeydiyyatında təvəllüdü 28.12.1958-ci il, doğulduğu yer Ermənistan Respublikası, Yexeqnadzor rayonu, soyadı Ələkpərov, adı Nazim, anası azərbaycanlı, xx.xx.1927-ci il təvəllüdlü Ələkbərova Tamam İbrahim qızı və atası azərbaycanlı, 07.09.1925-ci il təvəllüdlü X6 kimi qeyd olunmalıdır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 285, 296-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum əri X4 doğum akt qeydiyyatı bərpa olunaraq, həmin doğum akt qeydiyyatında təvəllüdü 28 dekabr 1958-ci il, doğulduğu yer Ermənistan Respublikası, Yexeqnadzor rayonu, soyadı Ələkpərov, adı Nazim, anası azərbaycanlı, xx.xx.1927-ci il təvəllüdlü Ələkbərova Tamam İbrahim qızı və atası azərbaycanlı, 07.09.1925-ci il təvəllüdlü X1 qeyd edilsin. Qətnamə, qeydiyyat şöbəsində müvafiq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1793/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1793/2021
27.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver