Məhkəmə qərarları › İş №2(003)-18/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-18/2020

06.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-18/2020 06.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Cavabdeh1 və onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlak üzərində sahiblik və istifadə hüququnun tanınması, əmlakın qanunsuz sahiblikdən qaytarılmaqla faktiki sahiblik və istifadəyə verilməsinin təmin olunması, özbaşına tikililərdən çıxarılma və özbaşına tikililərin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlak üzərində sahiblik və istifadə hüququnun tanınması, əmlakın qanunsuz sahiblikdən qaytarılmaqla faktiki sahiblik və istifadəyə verilməsinin təmin olunması, özbaşına tikililərdən çıxarılma və özbaşına tikililərin sökülməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1994-cü il tarixli sərəncamı və X4 31 №-li Bakı şəhəri Xəzər rayonu Şüvəlan bağ massivi ünvanında 51 №-li X5 nəzdində ona ayrılmış olan 0,12 ha ölçüdə torpaqdan ibarət olan 1301 saylı bağ sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin bağ sahəsinin cavabdehlər Cavabdeh1 və ailə üzvlərinin, Cavabdeh2 və ailə üzvlərinin, Cavabdeh3 və ailə üzvlərinin qanunsuz sahibliyindən geri alınaraq naturada onun faktiki sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlərin ona məxsus bağ sahəsinin hüdudları daxilində qanunsuz və özbaşına tikdikləri tikililərdən fiziki olaraq çıxarılmaları və bütün tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə məhkəmə baxışı iclasları xx xxxxxxxx 2020-ci il, xx xxxxxxx 2020-ci il, xx xxxxxxx 2020-ci il, xx xxxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixlərə təyin edilsə də, məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar edilmiş iddiaçı və cavabdehlər X2 və Cavabdeh3 heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəməyə təqdim olunmuş Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 2019-cu idə vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi və vəkili X7işin mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı və digər cavabdehlər gəlmədiyindən, məhkəmə iclasında iştirak edən cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalı, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması tərəflərə izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlak üzərində sahiblik və istifadə hüququnun tanınması, əmlakın qanunsuz sahiblikdən qaytarılmaqla faktiki sahiblik və istifadəyə verilməsinin təmin olunması, özbaşına tikililərdən çıxarılma və özbaşına tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar