Məhkəmə qərarları › İş №2(003)-1806/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1806/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1806/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5346,0 manat və ödənilmiş 30,0 manat dövlət rüsumunun, cəmi 5376,0 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında xx.xx.2021-ci ildə 27036340 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 3-cü bəndinə görə cavabdeh (müqavilə üzrə icraçı) sifarişçiyə və icraçı tərəfindən uyğun görülən ixtisasartırma kursuna müraciət etmək, CV hazırlamaq, viza prosesində iştirak etmək xidmətləri göstərməlidir. Müqavilənin 4-cü bəndinə görə sifarişçi müqavilənin 3-cü bəndinə uyğun olaraq göstərilən xidmətlərin qarşılığında icraçıya 5346,0 manat pul ödəməyi öhdəsinə götürür. O, müqavilənin 4cü bəndinə əsasən cavabdehin xx.xx.2021-ci il tarixli, ƏXZ/1 seriyalı 700120 saylı kassa mədaxil orderinin qəbzi ilə ödəniş etmişdir. Cavabdehin hesabına ödəniş edilmə tarixindən 1 il 2 ay keçsə də, müqavilə şərtlərinə əməl etməmişdir. Tərəflər arasında qarşılıqlı razılığa görə cavabdeh onun X1 idarəetmə məqsədilə ixtisasartırma proqram çərçivəsində kursu keçməyini təmin etməli idi. Lakin cavabdeh müqavilə şərtlərini pozmuş, onun ixtisasartırma kursuna göndərilməyini təmin etməmiş, ödəmiş olduğu 5346,0 manatı qaytarmamışdır. Hazırda cavabdeh qaçıb gizlənmişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, cavabdeh müəssisə ilə onun arasında bağlanmış müqavilə əsaında o, cavabeh müəssisəyə 5346,0 manat pul ödəmiş, həmin müəssisədə həmin pulun qarşılığında onun X1 təhsil almasına köməklik göstərəcəkdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh müəssisə vəzifəs ixtiasartırma kursuna müraciət etmək, CV hazırlanması, viza prosesində peşəkar dəstək xidmətlərinin göstərilməsi olmuşdur. Lakin o, müəssisəyə pulu ödədikdən bir müddət sonra müəssisənin direktoru Zaur Əhmədov onunla əlaqə saxlayaraq onun artıq “Florida universitetində” oxuya biləcəyini, bu barədə həmin univerisitetdən məktub daxil olduğunu və qısa zamanda ona zəng vuracaqlarını bildirmişdir. Bundan bir müddət sonra ona xarici nömrədən zəng gəlmiş, danışıq zamanı zən edən şəxs onun ingilis dili səviyyəsinin aşağı olduğunu buna görə də 6 ay hazırlaşmalı olduğunu bildirmişdir. Bundan sonra o, Zaur Əhmədovla neçə dəfə əlaqə saxlamaq istəsə də bu alınmamışdır. Qeyd lunan müəssisə tərəfindən heç bir xidmətlər göstərilməmişdir. Onu hər0hansı formada viza üçün konsulluğa dəvət etməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaççının nümayəndəsi X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, cavabdeh şirkətlə onu əri arasında müqavilə bağlanmış, cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. O, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədi və etirazının onunla əsaslandırdı ki, müqaviləyə əsasən iddiaçı özü səfirliyə müraciət etməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işin materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 27036340 nömrəli müqavilədən görünür ki, icraçı sifarişçiyə icraçı tərəfindən uyğun görülən ixtiasartırma kursuna müraciət etmək, CV hazırlanması, viza prosesində peşəkar dəstək xidmətlərinin göstərilməsi, sifarişçi isə həmin xidmətlər qarşılığında 5346,0 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı xaricdə ixtisasartırma üçün müraciət etmiş və Cavabdeh MMC-yə 5346,0 manat ödəniş etmişdir. İşdə notarial qaydada təsdiq edilmiş sənədin tərcüməsindən görünür ki, İddiaçı Florida Universitetinin əyani İdarəetmə proqramına qəbul olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh MMC İddiaçı ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli 27036340 nömrəli müqaviləyə əsasən sonuncuya icraçı tərəfindən uyğun görülən ixtiasartırma kursuna müraciət etmək, CV hazırlanması, viza prosesində peşəkar dəstək xidmətlərinin göstərilməsini, sifarişçi isə həmin xidmətlər qarşılığında 5346,0 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Sifarişçi, yəni İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək razılaşdırılan ödənişi həyata keçirsə də, cavabdeh müəssisə öhdəliyini yerinə yetirməmişdir. Belə ki, cavabdeh tərəfindən meüavilədə göstərilən iddiaçıya göstərilməli olan xidmətlər təmin edilməmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək, tərəfindən ödənilmiş pul vəsaitinin ona qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Beləliklə, işin müəyyən edilən hallarına əsasən iddiaçı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirərək razılaşdırılmış ödənişi həyata keçirmiş, lakin cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş xidmətləri yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan ödəniş almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında xidmətlər göstərməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan ödəniş almasına dair hüququndan istifadə etmiş, həmin ödəniş qarşılığında xidmətlər göstərilməsinə dair vəzifəsini isə icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə həyata keçirdiyi ödənişin qaytarılmasını tələb etməkdə haqlıdır. İş materiallarından o da görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən 30,0 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, ödənilməli olan 73,46 manat dövlət rüsumunun ödənilmiş 30,0 manat məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 43,46 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehndən 5346,0 manat və ödənilmiş 30,0 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Cavabdehndən dövlət rüsumuna görə 43,46 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar