Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1808/2021 09.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X5 qarşı pul tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 xeyrinə 1910 manat, digər İddiaçı2 xeyrinə 3240 manat pulun cavabdehlər Cavabdeh1 və X3 tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ildən Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsi, bina 28”A” Nəsrəddin Tusi adına 3 saylı yataqxananın 102 saylı otağında yaşamış bacısı X4 ilə bir otaqda qalmışlar. Əvvələrdə bacıları ilə birlikdə “20 Yanvar” dairəsinin yaxınlığındakı yarmarkada alver etmişlər. 2020-ci ilin dekabr ayının 18də bacısı Covid xəstəliyindən vəfat etmişdir. Bacısını dəfn etdikdən sonra onlar yataqxanaya, bacısının otağına gəlmişlər. O bacısına məxsus 3500 manat nəğd pulu və briliyant kolyeni aşkar edib Cavabdeh1 vermişdir. 5300 manat puldan 700 manat dəfn xərci təşkil etmişdir. Cavabdeh Vahidə 2800 manat nəğd pulu və briliyyant kolyeni vermişdir. Sonradan otağı axtardıqda 3000 manat nəğd pul və qızıl zinət əşyaları (tros sep, sıqğalar, briliyant sıqrğalar, onluq qızıl, 36 ədəd mirvari, qızıl bilərzik, qızıl kolye və əlavə 1 dənə də qızıl sep) aşkar etmişlər. 2020-ci ilin dekabr ayının 20-də o Sumqayıt şəhərinə dayısıgilin evinə getdi ki, orada avtomaşınını götürsün. O evdə olmayan vaxt cavabdehlər bacısının otağının qıfılını sındırıb, başqa qıfılla əvəz ediblər. O dəfələrlə sahə müvəkkilinə müraciət etmiş, olna bildirdi ki, bu iş mülki işdir, məhkəməyə müraciət etmək lazımdır. Satılan qızıllardan əldə edilmiş 6700 və 3000 manat nəğd pul 4 nəfərin arasında bölünüb, digər qardaşları, yəni iddiaçı Məmmədova Cahidə ümumiyyətlə pul verilməyib. Əslində 9700 manat beş qardaş arasında tən bölünməli idi. Bu halda hər birinə 1940 manat düşməli idi. Ona, yəni Məmədov Namiqə 1330 manat verdilər, digər İddiaçı2 ümümiyyətlə pul verilməyib. Odur ki, cavabdehlərdən müştərək qaydada İddiaçı2 1940 manat, İddiaçı1 isə 750 manat verilməli idi. Əlavə olaraq 5000 manatlıq brilyant kolye və 1500 manat qızıl sep satılmaqla 5 qardaş arasında tən yarı bölünməli, hər birinə 1300 manat düşməli idi. Beləliklə, ona 1910 manat, digər iddiaçıya İddiaçı2 3240 manat cavabdehlər tərəfindən müştərək qaydada verilməlidir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin məhkəmə iclasında verdiyi izahatında bldirmişdir ki, ilk olaraq Cavabdeh1 3800 manat vermiş, sonra 5000 manat və qızıl zinət əşyalarını vermişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 19 may 2021-ci il tarixli iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, qızılların dəyəri aralarında bölünmüşdür. Qızıllardan əlavə Namiqə 2000 manat pul verilmişdir. Məhkəmənin 19 may 2021-ci il tarixli iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1275-ci maddəsinə görə Miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06.03.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki işin məhkəmə baxışı zamanı iddiaçılar, İddiaçı1 xeyrinə 1910 manat, digər İddiaçı2 xeyrinə 3240 manat pulun cavabdehlər Cavabdeh1 və X3 tutularaq ödənilməsi xahiş etmişlər, tələblərinin onunla əsaslandırmışdılar ki, 2020-ci ilin dekabr ayının 18-də bacıları X4 “Covid- 19” xəstəliyindən vəfat etmişdir. Bacılarının dəfn etdikdən sonra onlar yataqxanaya, bacılarının otağına gəlmişlər. İddiaçı bacısına məxsus 3500 manat nəğd pulu və briliyant kolyeni aşkar edib Cavabdeh1 vermişdir. 5300 manat puldan 700 manat dəfn xərci təşkil etmişdir. Cavabdeh Vahidə 2800 manat nəğd pulu və briliyyant kolyeni vermişdir. Sonradan otağı axtardıqda 3000 manat nəğd pul və qızıl zinət əşyaları (tros sep, sıqğalar, briliyant sıqrğalar, onluq qızıl, 36 ədəd mirvari, qızıl bilərzik, qızıl kolye və əlavə 1 dənə də qızıl sep) aşkar etmişlər. Lakin mülki işin araşdırılması zamanı iddiaçılar tərəfindən qeyd edilən miras əmlakın yəni, pulların və qızıl zinyət əşyalarının mövcudluğuna dair, onların dəyərinə dair və satılmasına dair, satışdan əladə edilən vəsaitə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Eyni zamanda iddiaçıların məhkəmə təqdim edilmiş fotoşəkillərdə pul və qızıl-zinyət əşyaları əks olunmuş olsa da həmin əşyaların X2 məxsusluğuna dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin tərəflərin (iddiaçılar və cavabdehlər) bacısı, X1 ölümü ilə bağlı ölüm haqqında şəhadətnamə, vərəslik işin açılması iddiaçıların vərəsə olmalarına dair şəhadətnamə və miras əmlak kütləsi barədə müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X5 qarşı İddiaçı1 xeyrinə 1910 manat, digər İddiaçı2 xeyrinə 3240 manat pulun cavabdehlər Cavabdeh1 və X3 tutularaq ödənilməsi barədə iddiaları əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X5 qarşı İddiaçı1 xeyrinə 1910 manat, digər İddiaçı2 xeyrinə 3240 manat pulun cavabdehlər Cavabdeh1 və X3 tutularaq ödənilməsi barədə iddiaları rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1808/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1808/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver