Məhkəmə qərarları › İş №2(003)-1809/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1809/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1809/2021 18.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 manat, 50 manat ondan götürdüyü telefon pulunun, 15 manat najdak daşına görə, 100 manat nəqliyyat vasitələrinə ödənilmiş pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20.07.2016-cı il tarixdə İlqar Yunus oğlu və oğlu Elvinlə “Makaronnuda” yerləşən mağazanın qarşısında olan zaman İlqar oğluna kreditə avtomobil gətirdiyi, bu məqsədlə borca 1200 manat pul lazım olduğunu bildirmişdir. Onun da yazığı gəldiyində 3 gün ərzində pul tapmış və İlqara zəng vuraraq evinə çağırmışdır. Pulu verən zaman notariusda getmələrini dedikdə, İlqar ona o, Yunusun oğlu olduğunu bildirmişdir. O, heç olmasa yazılı kağız verməsini tələb etmiş, İlqar isə vaxtının olmadığını bildirərək stolun üstünə hərbi bilet qoyaraq çıxıb getmişdir. Dəfələrlə İlqara zəng vuraraq pulun alması barədə yazılı kağız tələb etmişdir. Bir həftədən sonra hərbi biletin başqa şəxsə məxsus olmasını müəyyən etmişdir. Telefonu divarın altından götürmüş, 50 manatlıq bıcaq itiləyən daşı və 15 manatlıq najdax daşının evin qabağından götürmüşdür. 100 manat məbləğində pulu isə borcun İlqardan istəməsi üçün onun evinə gedib-gəlməsi üçün taksi xidmətinə xərcləmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata 1200 manat pulun tutulması hissəsində xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinə uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Belə ki, bir neçə il əvvəl iddiaçıdan 500 manat faizə pul almışdır. Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə ondan həmin pul tutulmuş və o, artıqlaması ilə borcunu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və işi araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbində qeyd edilən əşyalara görə pul, eyni zamanda nəqliyyat vasitələri xərclədiyi 100 manat pul tələb etsə də işin bu halını təsdiq edəcək hər hansı bir sübut mövcud deyil. Mülki Prosessual Məcəllənin Həmin Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası edilməməlidir. İddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respubplikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı əşyalara görə ümumilikdə 75 manat (50+15 manat) pulun, nəqliyyat vasitələrinə xərclədiyi pul qismində 100 manat pulun tutulması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar