Məhkəmə qərarları › İş №2(003)-1815/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1815/2022

31.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1815/2022 31.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh qanunsuz istifadə etdiyi torpağına görə 10 (on) min manat vurduğu maddi ziyanın, 30 manat dövlət rüsumunun alınıb ona verilməsi və zəbt edilmiş Bakı şəhəri Türkan bağlar sahəsində 217 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsində olan 861”A”/2 nömrəli bağ sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin (indiki Bakı şəhər İcra Hakimiyyəti) Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Türkan bağlar sahəsindəki 217 nömrəli kooperativinin 5 nömrəli orden əsasında İddiaçı 1 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən Türkan qəsəbəsində 0,12 hektar torpaq sahəsi istifadə üçün verilmişdir. İstifadəsində olan bağ sahəsini sənədləşdirilməsinin etibamamə əsasında X4 həvalə etmişdir. 08 may 2021-ci il tarixdə X1 ərazisindəki bağ sahəsinin üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizənə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 17 iyun 2021-ci il tarixli **********846 nömrəli məktubu ilə ərizəni təmin etməmiş və məktubunda bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsi qonşu bağ nömrələrinin ardıcılığı və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin həmin məktubunda qeyd edilmişdir ki, göstərdiyi ərazi ümumi hasar daxilindədir. Lakin torpaq sahəsinin üzərində hasarlama işlərinin aparılması üçün həmin torpaq sahəsinə gedib baş çəkərkən adını Bəxtiyar kimi tanıdığı şəxs ona aid olan sahədə və onun ətrafında olan torpaq sahəsində əkin işləri aparırmışdır. Cavabdeh tərəfindən heç bir sənədi olmadan ona məxsus 0.12 ha torpaq sahəsində daxil olmaqla təxminən ümumilikdə 1 ha torpaq sahəsini zəbt etmişdir. Mübahisəli bağ sahəsinin ona məxsus olması barədə sənədlər tələb etsə də o, sənəd vermədən onu hədələmişdir. 22 iyun 2021-ci il tarixli etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X2 Rayon Polis İdarəsinə araşdırılması üçün 01 oktyabr 2021-ci il tarixdə ərizə ilə müracət etmişdir. 23 oktyabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə Xəzər Rayon Polis İdarəsi qərar qəbul etmişdir. Həmin qərarda göstərilmişdir ki, Cavabdeh istifadə etdiyi torpaq sahəsinin üzərində hər-hansı bir sənəd təqdim etməmişdir. Cavabdeh torpaq sahəsinin üzərinə hər-hansı bir sənəd təqdim edə də bilməzdi, çünki həmin torpaq sahəsi order əsasında kooperativin üzvlərinə ayrılmış həmçinin ona da ayrılmışdır. Lakin bağ sahəsi uzun müddət ərzində ona order əsasında ayrılsa da o hüquqlarının təmin edilməsi üçün müvafiq işlərin (tikinti, kommunal xətlərinin çəkilməsi) görülməsi imkanından məhrum olunmuşdur. Türkan qəsəbəsində bağ sahəsinin ona ayrılması barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına 8 iyun 2021ci il tarixdə ərizə ilə müraciət etmiş və həmin təşkilatın 17 iyun 2021-ci il tarixli məktubu ilə orderdə göstərilən keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İcra Hakimiyyəti) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli 3775 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı 1(bir) vərəqdən ibarət qərar göndərmişdir. Həmin qərarın siyahısının 5 sırasıda ona bağ sahəsinin ayrılması göstərilmişdir. Bununla əlaqədər olaraq order və Bakı şəhər XDS İKnin (indiki Bakı şəhər İcra Hakimiyyəti) xx.xx.1991-ci il tarixli 3/75 saylı qərarı ilə ona ayrılmış Bakı şəhəri Türkan Qəsəbəsində yerləşən bağ sahəsinin üzərinə onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması qanuna uyğundur. Lakin Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsi zəbt olduğundan o Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən çıxarış ala bilmir. Həmçinin, hesab edir ki, cavabdeh qanunsuz istifadə etdiyi torpağına görə vurduğu maddi ziyana görə 10 (on) min manat ödəməlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsinin Bakı filalı tərəfindən verilmiş Bakı şəhəri XDS xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarından görünür ki, İddiaçı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İcraiyyə Komitəsinin Türkan bağlar sahəsindəki 217 nömrəli koorperativinin 5 nömrəli orderinə əsasən 0,12 ha torpaq sahəsi olan 861a/2 nömrəli bağ ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-1815/2022 nömrəli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertiza təyin edilmişdir. İş materiallarında olan təyin edilmiş ekspertiza tədqiatının nəticəsi olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********57 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər XDS İcraiyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən Türkan qəsəbəsində İddiaçı ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə mövqeyini əks etdirən sxemin təqdim edilməməsi səbəbindən xx.xx.2022-ci il tarixli 2(003)-1815/2022 nömrəli qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Əlavə olaraq bildirik ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) həmin torpaq sahəsinin ayrılmasına qərar qəbul etmiş təşkilat tərəfindən tərtib olunur. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçılar mübahisə predmetinə aid olan torpq sahəsinin onlara aid olduğu iddia etsələrdə, buna dair sübut, dəlil məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə həmçinin iş materiallarına əlavə edilmiş İddiaçı torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri XDS xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İcraiyyə Komitəsinin Türkan bağlar sahəsindəki 217 nömrəli koorperativinin 5 nömrəli orderinə əsasən 0,12 ha torpaq sahəsi olan 861a/2 nömrəli bağ ayrılmış olsa da, Bakı şəhəri XDS xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarı ilə ayrılmış torpaq sahələrinə dair təqdim edilmiş sxemlərdə miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafə göstərilməmiş və müvafiq orqanda qeydə alınmamışdır. Məhkəmə iddianın dəlillərini və iş materiallarını bu kontekstdə də araşdıraraq hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması barədə iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdeh qanunsuz istifadə etdiyi torpağına görə 10000 manat vurduğu maddi ziyanın, 30 manat dövlət rüsumunun alınıb ona verilməsi və zəbt edilmiş Bakı şəhəri Türkan bağlar sahəsində 217 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsində olan 861a/2 nömrəli bağ sahəsindən Cavabdeh çıxarılması barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar