Məhkəmə qərarları › İş №2(003)-182/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-182/2023

01.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-182/2023 01.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs AR ƏƏSMN Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə (maraqlı şəxs – AR ƏƏSMN Dövlət Sosial Müdafiə Fondu, 2 saylı Bakı DOST Mərkəzi publik hüquqi şəxsi) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 0*.11.1977-ci il tarixdən 2*.12.1993-cü il tarixə kimi Azərbaycan Respublikası Tikinti Quraşdırılma Nazirliyinin Metal Konstruksiya zavodunun Termo sexində 4-cü dərəcəli tablayıcı vəzifəsində işləməyi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.19*7-ci ildə Naxçıvan MR Culfa rayonunda anadan olmuşdur. Sonradan 1972-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə gələrək öz ailə üzvləri ilə birlikdə yaşayır. Bildirmək istəyir ki, 0*.11.1977-ci il tarixdən 2*.12.1993-cü il tarixə kimi Azərbaycan Respublikası Tikinti Quraşdırılma Nazirliyinin Metal Konstruksiya zavodunun Termo sexinedə 4-cü dərəcəli tablayıcı vəzifəsində işləmişdir. Hal-hazırda pensiya almaq üçün Xəzər rayon Əmək və Əhalinin Sosial müdafiəsi Fonduna müraciət etmişdir. «Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosoial sığorta stajının müəyyən olunması,əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1 bəndinə əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasında müəyyən edilir. O, əmək kitabçasını müəmmalı şəkildə itirmiş və bu barədə də Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna müraciət etmişdir. Onun 1977-ci il tarixdən 1993-cü il tarixə kimi tarixədək Azərbaycan Respublikası Tikinti Quraşdırılma Nazirliyinin Metal Konstruksiya zavodunda 4-cü dərəcəli tablayıcı vəzifəsində vəzifəsində işləməyi faktını məhkəmədə şahidlər təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmunun uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs AR ƏƏSMN Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*.11,1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə isdən tanıyan və ərizəçinin isini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Ən azı iki nəfər şahid olmalı: Şahidlər ərizəçini birgə isdən tanımalı (eyni dövrdə işləməli); Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Yəni müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (isə daxil olma və isdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin, sözügedən qərarın 3.4cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Lakin iş materiallarından göründüyü kimi, ərizəçinin həmin zavodda işləməsi faktını müəyyən etmək üçün tələb olunan şahidlərin əmək kitabçaları iddia ərizəsinə əlavə edilməmişdir. Şahidlərin həmin müəssisədə işləməsini təsdiq edən hər hansı fakt, sənəd, sübut yoxdursa, həmin şəxslərin digərinin xeyrinə şahidliyinin mötəbərliyi iş üzrə həlledici sübut kimi qəbul edilə bilməz. “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 16-cı maddəsinə əsasən, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). Lakin iş üzrə ərizəçinin əmak stajı 18 il müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 1977-ci ildən ərizəçi Həsən ilə birlikdə Azərbaycan Respublikası Tikinti Quraşdırılma Nazirliyinin Metal Konstruksiya zavodunda işləmişdir. O, həmin müəssisədə 1991-ci ilədək işləmişdir. O, işdən çıxanda Həsən hələ də orada işləyirdi. Ərizəçi 0*.11.1977-ci il tarixdən 2*.12.1993-cü il tarixə kimi Azərbaycan Respublikası Tikinti Quraşdırılma Nazirliyinin Metal Konstruksiya zavodunda 4-cü dərəcəli tablayıcı vəzifəsində işləmişdir. Digər şahid X2 ifadəsində göstərmişdir ki, 1977-ci ilin noyabr ayından 200*-ci ilin fevral ayınadək ərizəçi ilə birlikdə Azərbaycan Respublikası Tikinti Quraşdırılma Nazirliyinin Metal Konstruksiya zavodunda işləmişdir. Həsən termo sexdə işləyirdi. Metal konstruksiya olub. O, digər şahidin ifadəsindəki xüsusatları da təsdiq etmişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1). Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 30*.1.1). Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi Maştağa Hərbi Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Ərizəçi 1993-200*-ci il tarixdən müəssisədə təsərrüfat briqadiri vəzifəsində işləmişdir. İş materiallarında olan DİN Baş Polis İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Ərizəçi məxsus olan əmək kitabçasının tapılması barədə Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır. İş materiallarında olan ƏƏSMN 2 saylı Bakı DOST Mərkəzinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Ərizəçi 2 saylı xidmət nümayəndəliyindən heç bir növ əmək pensiyası, sosial müavinət, təqaüd və ünvanlı dövlət sosial yardım almır. İş materiallarında olan Milli Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Tikinti Quraşdırma Nazirliyinin Metal Konstruksiya zavodunun arxiv sənədləri Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Elm və X1 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Tikinti Quraşdırma Nazirliyinin “Metal Konstruksiya zavodu”na aid sənədlər arxiv fonduna təhvil verilmədiyi üçün vətəndaş Ərizəçi barədə məlumat yoxdur. Beləliklə məhkəmə iclasında ərizəçinin özünün verdiyi izahatından, ərizəçinin vəsatəti ilə dindirilmiş şahidlərin ifadələrindən və həmçinin təqdim edilmiş sübutlardan aydın olmuşdur ki, həqiqətən də, Ərizəçi 0*.11.1977-ci il tarixdən 2*.12.1993-cü il tarixə kimi Azərbaycan Respublikası Tikinti Quraşdırılma Nazirliyinin Metal Konstruksiya zavodunda 4-cü dərəcəli tablayıcı vəzifəsində işləmiş, lakin bunun başqa qaydada təsdiq edilməsi mümkün olmadığından bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahidin ifadəsini və işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların da məhkəmədə müəyyən edilməsinə yol verilir. Azərbaycan Respublikası 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçinin əmək fəaliyyəti barəsində sənədlər itmiş və onun həmin sənədləri başqa qaydada bərpa etməsi mümkün olmamışdır. Ərizəçinin əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcud deyildir. O, 2018-ci ildə itmiş əmək kitabçasının Tapıntılar Bürosunda olub-olmaması barədə Baş Polis İdarəsinə sorğu etmişdir. Əmək kitabçaları ilə Azərbaycan Respublikası Tikinti Quraşdırılma Nazirliyinin Metal Konstruksiya zavodunda işlədiyi təsdiq edilmiş iş üzrə şahid qismində iştirak edən şəxslər Ərizəçi onlarla birlikdə eyni müəssisədə 0*.11.1977-ci il tarixdən 2*.12.1993-cü il tarixə kimi işləməyinə dair ifadə vermişlər. Göstərilən hallar Ərizəçi 0*.11.1977-ci il tarixdən 2*.12.1993-cü il tarixə kimi Azərbaycan Respublikası Tikinti Quraşdırılma Nazirliyinin Metal Konstruksiya zavodunda 4-cü dərəcəli tablayıcı vəzifəsində işləməyi barədə qənaətə gəlməyə tam əsas verir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Ərizəçi 0*.11.1977-ci il tarixdən 2*.12.1993-cü il tarixə kimi Azərbaycan Respublikası Tikinti Quraşdırılma Nazirliyinin Metal Konstruksiya zavodunda 4-cü dərəcəli tablayıcı vəzifəsində işləməyi faktı müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 30*, 307, 3*8, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi 0*.11.1977-ci il tarixdən 2*.12.1993-cü il tarixə kimi Azərbaycan Respublikası Tikinti Quraşdırılma Nazirliyinin Metal Konstruksiya zavodunda 4-cü dərəcəli tablayıcı vəzifəsində işləməyi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar