Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1825/2021 29.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlnun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsində istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanına istifadə hüququnın itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi, ev 8, 9 saylı mənzil 1994-cü ildə cavabdeh X1 Bakı şəhərəri 7 saylı Dövlət Notariat Kontorunda alqı-satqı müqaviləsi əsasında almışdır və ev onun xüsusi mülkiyyətində olmuqla evin mülkiyyətçisi özüdür. O mənzili aldığı zaman cavabdehlər ona bildirdilər ki, onlar bir müddətdən sonra onun mənzilindən pasport qeydiyyatından çıxacaqlar. Bundan sonra o uzun müddət Respublikadan kənarda olmuş, bu yaxınlarda isə Respublikaya qayıdaraq, öz mənzilində abadlıq işləri aparmağa başlamışdır. O bu yaxınlarda “Asan” Xidmətə arayış ilə bağlı müraciət etdikdə ona məlum olmuşdur ki, cavabdehlər onun mənzilinin pasport qeydiyyatından çıxmayıblar və onllarında hazırda harada yaşaması ona məlum deyil. Belə ki cavabdehlər onun xüsusi mülkiyyətində olan mənzilinin pasport qeydiyyatında 27 ildir ki, qeydiyyatdadırdlar. Cavabdehlərin əvəzinə də kommunal xidmət haqlarını ödəmək onunüçün maddi çətinlik yaradır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdehin məhkəməyə məlum olan axırıncı ünvanına göndərilmiş, lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatı Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 02.09.1994-cü il tarixli 228 nörməli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Mərdəkan qəsəbəsi Məktəbli küçəsi, ev 8 9 saylı mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 155 saylı Mənzil Kommunal İstismar Sahəsinin 29.04.2021-ci il tarixli, 610 nömrəli arayışında qeyd edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanınDA qeydiyyatda olmalarına baxmayaraq həmin mənzildə yaşamarılar və yaşadıqları yerləri məlum deyildir. İş materillarında olan Bakı şəhəri Xəzər RPİ QvŞV şöbəsi tərəfindən 116.03.2021-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İddiaçı ünvanladığı 19.03.2021-ci il tarixli ***-*******1 nömrəli məktubda sonuncuya Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması ilə bağlı məhkməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Əlavə Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququ qeydə alınmış və bu barədə iddiaçıya 02.09.1994-cü il tarixli 228 nörməli qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin mülki iş üzrə materiallarında müəyyən edilir ki, cavabdehlər iddiaçının ailə üzvü deyildir. İddiaçı cavabdehlərin istifadə hüquqlarının itirilməsini tələb etsə də, cavabdehlərin mübahisəli evdən istifadə hüququ müəyyən edilmir. Belə ki, həmin hüququn yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində, əvvəlki Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrində, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslar mövcud deyildir. Hər hansı hüquqa xitam verilməsi və ya itirilmiş hesab edilməsi üçün əvvəlcə hüququn olması müəyyən edilməlidir. Cavabdehin evdən istifadə hüququnun olması müəyyən edilmədiyindən istifadə hüququnun itirilməsi barədə tələb də təmin edilə bilməz. Cavabdehin iddiaçının mülkiyyətində olan evdə formal olaraq qeydiyyatda olması isə mübahisəli evə istifadə hüquqlarının olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Ona görə də cavabdehin evdən istifadə hüququnun olması müəyyən edilmədiyindən iddiaçının istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilməməlidir. Məhkəmədə iddiaçı tərəf cavabdehin istifadə hüququna xitam verilməsi barədə tələb irəli sürməsini yalnız onun həmin evdən qeydiyyatdan çıxara bilmədiyi ilə əsaslandırmışdır. Belə olan halda hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Eyni zamanda məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, mənzildən istifadə hüququnun olması müəyyən edilməyən cavabdehlərin iddiaçının (mülkiyyətçinin) iradəsinə zidd olaraq onun mənzilində yaşayış yeri üzrə qeydiyyatda qalması mülkiyyətdən maneəsiz istifadə hüququna xələl gətirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 ünvanına olan istidafə hüququnun itirilməsi barədə iddia tələbi rədd olunsun. Bu Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ondan Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1825/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1825/2021
29.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver