Məhkəmə qərarları › İş №2(003)-1829/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1829/2022

06.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1829/2022 06.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun Ermənistan Respublikası Yeğeqnadzor rayonunda qeydə alınmış doğum haqqında akt qeydi bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx *96*-ci ildə Ermənistan Respublikasının Yeğeqnadzor rayonunda anadan olmuşdur. Hazırda Bakı şəhəri Buzovna qəsəbəsi Südçülük Tərəvəzçilik sovxozunda yaşayır. O Ermənistan Respublikasında anadan olduğundan doğum haqqında şəhadətnamə erməni dilində yazılıb və yarasız hala düşüb, buna görə də onun doğulmağı barədə akt qeydi yəni doğum haqqında şəhadətnamə demək olar ki, yoxdur. Burada onu qəbul etmirlər. O Ermənistan Respublikası Yeğeqnadzor rayonunda qeydə alınmış doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, ordan ona imtina məktubu verərək bildirdilər ki, doğum haqqında akt qeydinin bərpa edilməsi şöbədə mümkün olmadığından məhkəmə tərəfindən müəyyən edilməlidir. Doğum haqqında akt qeydinin bərpa edilməsi onun sənədlərinin qaydaya salınması üçün vacibdir. Həmin sənədi başqa cür ala bilmir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək, izahatında qeyd etdi ki, o, haqqında şəhadətnamənin alınması məqsədi ilə qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi onun doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmir. Göstərilənlərə əsasən məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 bildirdi ki, ərizəçi onun qardaşıdır. Ərizəçi xx xxxx *96*-ci ildə Ermənistan Respublikası Yeğeqnadzor rayonunda anadan olub. Onlar *984-cü ildə atası ilə birgə Bakı şəhərinə köçmüşlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirdi ki, ərizəçi onun qardaşıdır. Ərizəçi xx xxxx *96*-ci ildə Ermənistan Respublikası Yeğeqnadzor rayonunda anadan olub. Onlar *984-cü ildə atası ilə birgə Bakı şəhərinə köçmüşlər. Məhkəmə iclasının vaxtı və yeri barədə alzımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi 2*.04.2022-ci il tarixdə ünvanlanmış məktubdan görünür ki, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 0*.03.200*-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların *3-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və fcnsdluq idarələri tərəfindən icra edilir. Hazırkı halda yuxarıda adı çəkilən Müddəaların *4-cü bəndinin tələbinə uyğun olaraq tnş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktların qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən şöbəyə daxil olmuş müraciətininin həyata keçirilməsinin mümkün olmaması bildirilmiş, bununla əlaqədar aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Ermənsitan Respublikası Yegeqnadzor rayonu Yeğegiz kənd sovetliyindən verilmiş doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, X5 *4.**.*966-cı ildə Ermənsitan SSR Yeğeqnadzor rayonu Ələyəz kəndində doğulmuşdur. X*, miliyyəti Azərbaycanlı, anası X2, milliyəti Azərbaycanlı olduğu qeyd edilmişdir. İş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 24.06.*999-cu ildə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 02.07.20*4-cü ildə ölmüşdür. Beləliklə, ərizəçi tərəfin izahatı və işin materialları ilə Ərizəçi xx.xx.*96*-ci il tarixdə Ermənistan Respublikası Yeğeqnadzor rayonunda anadan doğulması, milliyyətinin Azərbaycanlı olması, atasının X4, anasının X2 olması tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müvafiq sənədlərlə təsdiq olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.*-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, doğum haqqında müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduğundan Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.*96*-ci il tarixdə Ermənistan Respublikası Yeğeqnadzor rayonunda doğulması ərizəçi tərəfin izahatı, şahid ifadəsi və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.*96*-ci il tarixdə Ermənistan Respublikası Yeğeqnadzor rayonunda doğulması, milliyyətinin Azərbaycanlı olması, atasının X4 – milliyyətinin Azərbaycanlı, anasının X2 -milliyyətinin Azərbaycanlı kimi qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar