Məhkəmə qərarları › İş №2(003)-1850/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1850/2020

08.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1850/2020 08.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh15 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, X1, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 və Cavabdeh18 qarşı “evdən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 və Cavabdeh18 qarşı “evdən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Dəmiryolu küçəsi, 7 saylı ev tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Qeyd edilən evdə o və iddiaçının ailə üzvləri qeydiyyatdadır. Bu günlərdə “ASAN Xidmətdən” arayış alanda iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, X4, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 və Cavabdeh18 adlı şəxslər də iddiaçıya məxsus mənzildə qeydiyyatdadır. Cavabdehlərin qeyd edilən mənzildə pasport qeydiyyatında olması ümumiyyətlə formal xaraker daşıyır. Hal-hazırda cavabdehlərin iddiaçının mənzilində qalması iddiaçının mülkiyyətinə dair sərbəst hərəkət etməyinə maneə yaradır, yəni həmin mənzilə dair sərəncam hüququnu məhdudlaşdırır. Cavabdehlərin İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Dəmiryolu küçəsi, 7 saylı evə dair istifadə hüququnu itirilmiş hesab olunmalı və cavabdehlərin həmin evə dair pasport qeydiyyatı ləğv edilməlidir. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9nın, Cavabdeh10, Cavabdeh11, X2, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 və Cavabdeh18 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Dəmiryolu küçəsi, 7 saylı evə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh15 məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, qeyd edilən ev iddiaçıya məxsusdur. Həmin yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsinə etiraz etmir. Eyni zamanda izahatında bildirdi ki, digər cavadehlər Cavabdeh1 onun qaynatası, Cavabdeh2 onun qaynanası,Cavabdeh3 onun qaynı, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 onun qaynının uşaqları, Cavabdeh7 onun baldızı, Cavabdeh8 və Cavabdeh9 baldızının uşaqları, Cavabdeh11 onun qardaşı, X4, Cavabdeh13 və Cavabdeh14 onun qardaşının ailəsi, Cavabdeh16, Cavabdeh17 və Cavabdeh18 isə onun ailəsi və Cavabdeh10 onun dostunun bacısı olduğunu bildirdi. Qeyd etmişdir ki, adlarını qeyd etdiyi cavabdehlər həmin ünvanda formal qeydiyyatda olsalar da həmin ünvanda yaşamırlar. Göstərilənlərə əsasən iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdehlər Cavabdeh16, Cavabdeh3, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1 və Cavabdeh11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 147-ci maddəsinə əsasən işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, digər cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 X3, Cavabdeh13, Cavabdeh14, Cavabdeh17 və Cavabdeh18 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Cavabdehlərin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehlərin qeydiyyatda olduqları yer üzrə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbə nümayəndəliyinə göndərilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə İnzibati Ərazi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli 451 saylı məktubunda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 və Cavabdeh18 Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Dəmiryolu küçəsi, ev 7 ünvanında formal qeydiyyatda olmalarını, lakin Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Dəmiryolu küçəsi, ev 7 ünvanında qeydiyyatda olmalarına baxmayaraq həmin ünvanda yaşamadıqlarını göstərmişdir. Cavabdehlərin sonuncu yaşayış yeri üzrə yerli hakimiyyət orqanı nümayəndəsinin məhkəmə bildirişini alması barədə müvafiq qeyd aparılaraq möhürlə təsdiq olunmuş məhkəmə bildirişi məhkəməyə qaytarıldıqdan sonra məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri 52 saylı Notariat kontorunda bağlanmış AN – İ № ******* saylı xx xxxxxxx 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Alxasova Elmira Adıgözəl qızı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Dəmiryolu küçəsi, 7 saylı evi İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylıxx.xx.2013-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Dəmiryolu küçəsi, 7 saylı evxüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, X4, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 və Cavabdeh18 iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Dəmiryolu küçəsi, 7 saylı evdə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubliası Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə X6 üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 451 saylı məktubdan aydın olur ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, X4, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 və Cavabdeh18Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Dəmiryolu küçəsi, 7 saylı evdə qeydiyyatda olsalar da həmin ünvanda yaşamırlar. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Alxasova Elmira Adıgözəl qızı mülkiyyətində olanBakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Dəmiryolu küçəsi, 7 saylı evi İddiaçı satmışdır. Mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, X4, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 və Cavabdeh18hazırda həmin mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Əlavə Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, “Mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, cavabdehlərin mənzildə qeydiyyatda qalmaları iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarı ilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. İddiaçıya məxsus mənzil uzun müddət ərzində başqa ünvanda yaşayan cavabdehlərin yaşayış yeri sayılmadığından, eləcə də, yalnız öz yaşayış yerini müəyyən müddətə tərk etmiş şəxslər yaşayış yerini itirmədiyindən, cavabdehlərin isə iddiaçıya məxsus evi müəyyən müddətə deyil, iddiaçıya satılması ilə bağlı daimi yaşamaq üçün başqa ünvana köçüb getməsi ilə əlaqədar tərk etdiyi, bununla da qeydiyyatda olduğu həmin evdən istifadə hüquqlarını itirməsi tam təsdiq olunduğundan, cavabdehlər FCavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, X4, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 və Cavabdeh18Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Dəmiryolu küçəsi, 7 saylı evə olan istifadə hüquqları xx xxxxxx 2013-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlandığı tarixdə artıq itirilmişdir. Yuxarıda qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, X4, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 və Cavabdeh18Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Dəmiryolu küçəsi, 7 saylı evə olan istifadə hüquqları alqı-satqı və ipoteka müqaviləsinin bağlandığı xx xxxxxx 2013-ci il tarixdə artıq itirildiyindən, həmin hüququn itirilmiş hesab edilməsi barədə iddia tələbi rədd edilməlidir. Məhkəmədə iddiaçı tərəf cavabdehlərin istifadə hüququnun itirilməsi barədə tələb irəli sürməsini onların həmin mənzildən qeydiyyatdan çıxara bilmədiyi ilə əsaslandırmışdır. Belə olan halda hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Eyni zamanda məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, mənzildən istifadə hüququ olmayan cavabdehin iddiaçının (mülkiyyətçinin) iradəsinə zidd olaraq onun mənzilində yaşayış yeri üzrə qeydiyyatda qalması mülkiyyətdən maneəsiz istifadə hüququna xələl gətirir. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 218.3). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, X3, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 və Cavabdeh18 qarşı “evdən istifadə hüququnun itirilməsinə” dair iddia tələbi rədd olunsun. Qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9nın, Cavabdeh10, Cavabdeh11, X2, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 və Cavabdeh18Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Dəmiryolu küçəsi, 7 saylı evdən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar