Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1884/2022 21.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi XXX Orxan Kamal oğlunun iştirakı ilə, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 İddiaçı MMC-nin Cavabdeh qarşı “Xəzər rayon, Şüvəlan bağlar massivi çöl şüvəlan ərazisindən keçən 110 kv-luq 2cı, 3-çü Şimal hava xəttinin 37-38 saylı dayaqlar arası mühafizə zonasında inşa edilən qeyri-qanuni tikilinin (market) sökülməsinə və ərazinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəməiclasında baxaraq, m üə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı “Xəzər rayon, Şüvəlan bağlar massivi çöl şüvəlan ərazisindən keçən 110 kv-luq 2cı, 3-çü Şimal hava xəttinin 37-38 saylı dayaqlar arası mühafizə zonasında inşa edilən qeyri-qanuni tikilinin (market) sökülməsinə və ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Abşeron REŞ" MMC-nin Bakı Elektrik Şəbəkəsinin balansında və istismarında olan Şüvəlan qəsəbəsi ərazisindən keçən 110 kv-luq 2, 3-çü Şimal hava xəttinin mühafizə zonasında vət. Cavabdeh tərəfindən qeyri-qanuni tikinti (market) inşa edilmişdir. Qanunsuz tikilinin dayandırılmasına dair tərəflərindən xəbərdarlıq olunaraq bildiriş verilmişdir. Xəzər rayon İcra hakimiyyətinə, Xəzər rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyiyinin Tikintidə X5 115/01-03-274 saylı, xx.xx.2021 tarixli məktublarla müraciət olunmuşdur.Tərəflərindən edilən müraciətlərə baxmayaraq əmin qeyri-qanuni inşa edilmiş market fəaliyyət göstərir. Mühafizə zonalarının bu qaydada pozulması EVXnin normal istismarını ,qəza hallarında işlərin vaxtında aparılmasını çətinləşdirir və insan tələfatı ilə nəticələnən hadisələr baş verir. Qəzanın aradan qaldırılmaması isə Abşeron regionunun enerii ilə təchizatından məhrum olmasına və Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli 24 saylı fərmanı ilə təsdiq olunmiş”Azərbaycan Respublikasının Regionlarının Sosial İqtisadi İnkişafı Dövlət proqramı" çərçivəsində yerinə yetirilməsi nəzərdə tutulmuş pianların həyata keçirilməsinə maneə törədir. Bununla da Nazirlər kabinetinin 21-5-63 saylı X4 Veriliş xətlərin mühafizə gücləndiricisi haqqında olan göstərişi və yüksək gərginlikli hava xətlərinin X3 nəzərdə tutulmuş mühüm qaydaları kobudcasına pozulmuşdur. Hava xəttinin mühafizə zonasında inşa olunmuş tikililər imkan vermir ki xətlərdə cari və əsaslı təmir işləri aparılsın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarı ilə “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə qaydalarının və gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” təsdiq edilmişdir. Bu qaydalara əsasən elektrik şəbəkələinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraltin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır və mühafizə zonaları müəyyən olunur. Həmin qərara əsasən Hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fazası şəklində 110 kvluq yüksək gərginlikli hava xətlərinin mühafizə zonası 20m məsafə ilə müəyyən edilir. Şüvəlan bağlar massivi çöl şüvəlan qəsəbəsi ərazisindən keçən 110 kv-luq 2, 3cü Şimal hava xəttinin 37-38 saylı dayaqlarının mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni inşa olunmuş tikinti (market) cavabdehin öz vəsaiti hesabına sökülməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi XXX Orxan Kamal oğlu iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirdi ki, artıq 15 ildir o market işlədir və yaxın zamanda sənədləşmə işlərini həll edəcək. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" REŞ MMC tərəfindən AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X5, Xəzər Rayon İcra Hakimiyyətinin Başçısına, Xəzər rayon Polis İdarəsinə məktub ünvanlanaraq 110kV 2-ci, 3-cü Şimal HX-nin 37-38 saylı dayaqlar arası mühafizə zonasında hal-hazırda qeyri-qanuni fəaliyyət göstərən tikilinin (mağaza) sökülməsinə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, vətəndaş Cavabdeh inşa etdiyi marketin "xxxx" MMC-nin Bakı Elektrik şəbəkəsinin 110 kv Yüksək Gərginlikli 2-ci 3-cü şimal hava xəttinin mhafizə zonasına düşməsi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarına əsasən qeyri-qanuni olması barədə xəbərdar edilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 22 sentyabr 2022-ci il tarixli 10/4546 №-li məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar massivi, Çöl Şüvəlan ərazisində Cavabdeh məxsus tikilinin (marketin) yerləşdiyi ərazidən keçən hava xətti 110 kV-luq “2-ci, 3-cü Şimal hava xətti”dir. “Gərginliyi 100 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5-ci bəndinin a) abzasına görə, 110 kV-luq hava elektrik xəttinin hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 20 m müəyyən edilmişdir. Ekspertə təqdim edilən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar massivi, Çöl Şüvəlan ərazisindən keçən 110 kV-luq “2-ci, 3-cü Şimal hava xətti”nin 37-38 saylı dayaqlarının yerləşdiyi ərazidə Cavabdeh məxsus tikili (market), həmin hava elektrik xəttinin mühafizə zonasında yerləşir. Belə ki, tikili (market) ilə 100 kV-luq “2-ci, 3-cü Şimal hava xətti”nin sağ tərəf yan xətti arasında olan məsafə 1,2 m təşkil edir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən Elektroenergetika obyektlərinin yerləşdirilməsi üçün torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ayrılır. Elektroenergetika obyektlərinin yerləşdiyi ərazidə ətraf mühitin və əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mühafizə zonaları müəyyənləşdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə qaydalarının və gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən Elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə qaydaları”nın 5-ci bəndinin a) abzasına əsasən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq qadağandır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5-ci bəndinin a) abzasına görə, 110 kV-luq hava elektrik xəttinin hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 20 m müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, ekspert rəyi, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildi ki, Cavabdeh faktiki istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar massivi, Çöl Şüvəlan ərazisində yerləşən torpaq sahəsində inşa edilmiş tikilinin (market) ərazidən keçən 110 kV-luq “2-ci, 3-cü Şimal hava xətti”nin 37-38 saylı dayaqlarının yerləşdiyi ərazidə tikildiyini nəzərə aldıqda, həmin tikili elektrik şəbəkəsinin mühafizə zonasına düşür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Cavabdeh məxsus tikili yüksək təzyiqli elektrik şəbəkəsinin mühafizə zonasında inşa edildiyini və bu tikililərin inşası üçün müvafiq icazənin olmadığını nəzərə alaraq hesab edir ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar massivi, Çöl Şüvəlan ünvanında aparılan bütün qanunsuz tikinti işləri cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalı və həmin ərazidə tikinti quraşdırma işlərinin aparılması cavabdehə qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması iləəlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir” (119.1). İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 102,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 102,0 manat cavabdehdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar massivi Çöl Şüvəlan qəsəbəsi ərazisindən keçən 110 kv-luq 2-ci, 3-cü Şimal hava xəttinin 37-38 saylı dayaqlarının mühafizə zonasında Cavabdeh tərəfindən inşa olunmuş tikinti (market) cavabdehin öz vəsaiti hesabına sökülsün və həmin tikilinin yerləşdiyi torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətə gətirilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri - 102 (bir yüz iki) manat Cavabdeh tutulub X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1884/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1884/2022
21.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver