Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1886/2024 24.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum akt qeydinin bərpa edilməsi tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X*nun *925-ci il tarixdə ünvan 1 ünvanında doğulmağını, milliyəti azərbaycanlı olan, adının X3 olmasına dair doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun X* *925-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X* Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Maraqlı şəxs tərəfindən 07 mart 2024-cü il tarixli məktubundan görünür ki, X*nun doğum haqqında şəhadətnamənin surətinin (çıxarış) istənməsi ilə balğlı Maraqlı şəxsnə təqdim edilən məlumatlara əsasən atası təvəllüdü *925-ci il olduğu məlum olmuşdur. Eyni zamanda bildirilmişdir ki, Maraqlı şəxsndə arxiv kitabları *948-ci ildən saxlandığından qeyd olunan şəxsin doğumu haqqında şəhadətnamənin surətinin (çıxarışın) veriləsi mümkün deyildir. X* ölümünə kimi ünvan 2ünvanında yaşamışdır. Onun doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itmişdir. Buna görə də doğum haqqında akt qeydinin bərpası və təkrar ona verilməsi zərurəti vardır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 27 sentyabr 2023-cü il tarixli məktubu ilə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində *925-*928-ci illərə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu üzrə doğum haqqında bərpa kitablarında X2 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Hal-hazırda atasının doğum haqqında şəhadətnaməsi yoxdur. Atasından qalan miras əmlakın qəbulu üçün onun doğum haqqında şəhadətnaməsi tələb olunan oraqna təqdim edilməlidir. Onun məhkəmədən tələbi doğum faktının müəyyən edilməsi olmadığından rayon məhkəməsinə “doğum akt qeydinin bərpa edilməsi” tələbi ilə müraciət edir. Belə ki, atasından qalan əmlakda yaşayır. Evin sənədləşdirilməsi ilə bağlı zərurət yaranmışdır. Onun X*nun qızı olduğunu müəyyənləşdirmək üçün X*nun doğum haqqında şəhadətnaməsinin əldə edilməsi zərurəti vardır. Həmin əmlakın miras əmlak kimi qəbul edilməsi üçün tələb olunan sənədin başqa yolla əldə edilməsi mümkün deyil. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, ərizədə və ərizəçinin məhkəmə iclasında vermiş olduğu izahatında müəyyən edilir ki, ərizəçinin tələbi X*nun *925-ci il tarixdə ünvan 1 ünvanında doğulmağını, milliyəti azərbaycanlı olan, adının X3 olmasına dair doğum akt qeydinin bərpa edilməsidir. Məhkəmə ilk öncə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *0.04.20*5-ci il tarixli 4 nömrəli qərarının 9.*-ci bəndində qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmçinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 202*-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununa əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 337-34*-ci (XXXVİİ fəsli) maddələri ləğv edilmşdir. Göründüyü kimi ərizəçinin ərizəsi üzrə vətəndaş vəziyyət aktları qeydiyyatının düzgün olmaması ilə bağlı mülki işlə üzrə icraatın tənzimləndiyi müddəalar Mülki Prosessual Məcəlləsindən ləğv edilmişdir. Həmçinin ərizəçinin ərizəsindən görünür ki, ərizəçinin ərizəsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yox, məhz inzibati orqan tərəfindən doğum akt qeydinin bərpa edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin * mart 200*-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edilməsi barədə qaydalara əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir (maddə *). Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır (maddə 2). Həmçinin qaydalar əsasən qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər (maddə *2). Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarından göründüyü kimi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Göründüyü kimi ərizəçinin hazırkı tələbi üzrə doğum akt qeydinin bərpa edilməsi inizbati orqan olaraq Qeydiyyat şöbələri tərəfindən həyata keçirilr. Ərizəçi ilkin olaraq inzibati orqana doğum akt qeydinin bərpa edilməsi ilə bağlı müraciət etməli və bərpa edilməsindən imtina edilərsə yuxarı inzibati orqana və ya inzibati mühakimə icraatı qaydasında inzibati məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26*.0.*-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin *70.*-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 26*.0.*— 26*.0.3 və 26*.0.6—26*.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 26*.0.*-ci və ya 26*.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi ilə bağlı aidiyyəti üzrə (Qeydiyyat şöbəsinə) inzibati orqana və (və ya) inzibati məhkəməyə şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin **4.*.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. İş materiallarından görünür ki, *4.03.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, ərizənin verilməsi ilə bağlı *00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verildiyindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *70, 26*, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum akt qeydinin bərpa edilməsi barədə mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi izah edilsin ki, doğum akt qeydinin bərpa edilməsi ilə bağlı aidiyyəti üzrə (Qeydiyyat şöbəsinə) inzibati orqana və (və ya) inzibati məhkəməyə şikayət etmək hüququ vardır. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş (*4.03.2024-cü il tarixli əməliyat İD 424204895, qəbzin nömrəsi 4082) *00 manat dövlət rüsumu dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan *0 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1886/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1886/2024
24.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver