Məhkəmə qərarları › İş №2(003)-1905/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1905/2021

06.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1905/2021 06.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, iddiaçı Ərizəçi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1978-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər 3 ay müddətində orduya, aviasiyaya və donanmaya könüllü yardım cəmiyyətinin Bakı şəhəri Əzizbəyov rayon təşkilatında traktorçu-maşinist ixtisası üzrə kurs keçməsi faktının müəyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. İddia ərizəsindən görünür ki, Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1978-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər 3 ay müddətində orduya, aviasiyaya və donanmaya könüllü yardım cəmiyyətinin Bakı şəhəri Əzizbəyov rayon təşkilatında traktorçu-maşinist ixtisası üzrə kurs keçməsi faktının müəyən edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində qeyd edilmişdir ki, müvafiq qanunvericilikdə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s.barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası MPM-in 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki ərizəyə məhkəmə qaydasında baxıla bilməz və ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə hesab edir ki, hazırkı ərizəyə məhkəmədə baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə bununla bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, həmin müraciətin təmin edilməsindən əsassız imtina edildiyi təqdirdə ərizəçinin həmin orqana qarşı inzibati icraat qaydasında müvafiq inzibati-iqtisadi məhkəmədə iddia qaldırmaq hüququ da vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Ərizəçi xx.xx.1978-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər 3 ay müddətində orduya, aviasiyaya və donanmaya könüllü yardım cəmiyyətinin Bakı şəhəri Əzizbəyov rayon təşkilatında traktorçu-maşinist ixtisası üzrə kurs keçməsi faktının müəyən edilməsi barədə iddia ərizəsinin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar