Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1908/2025 10.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “evdən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İşin halları: İddiaçı cavabdeh X5 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X10 və azyaşlı övladları xx.xx.2009-cu il təvəllüdlü X17, xx.xx.2009-cu il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X7 ünvan 2-dən əşyaları ilə birgə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, cavabdeh X10 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonra cavabdeh ünvan 2-ə gəlin gəlmişdir. Həmin vaxt mübahisəli ev anası X1 mülkiyyətində olmuşdur. Onun xx.xx.2015-ci il tarixdə vəfat etməsindən sonra xx.xx.2024-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və o digər vərəsələrlə birgə 1/4 hissədə pay almışam. Bundan sonra isə digər vərəsələr paylarını ona bağışlamış və xx.xx.2024-cü il tarixdən əmlak bütünlükdə onun adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X10 ilə aramızda bağlanmış xx.xx.2008-ci il tarixli nikah qeydi pozulmuş, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X17, xx.xx.2009-cu il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X14 ananın yanında saxlanmış, hər uşağa görə hər ay 180 manat, cəmi 540 manat aliment tutulmuş, xx.xx.2009-cu il təvəllüdlü X13 xəstəliyi ilə əlaqədar 100 manat aliment tutulmuşdur. Beləliklə, Mübahisəli evə 2008-ci il tarixdə gəlin kimi köçən cavabdeh X10 ilə evin həmin vaxt mülkiyyətçisi olmuş X3 arasında Mülki Məcəllənin 228-ci maddəsində təsbit olunan yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranmadığına görə cavabdeh X10 və azyaşlı övladları xx.xx.2009-cu il təvəllüdlü X17, xx.xx.2009-cu il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X14 mübahisəli evdən çıxarılmalıdır. Hazırda isə cavabdehdən uşaqlarla birgə evdən çıxmasını xahiş etsə də onlar evdən çıxmırlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə müraciət edərək cavabdeh X10 və azyaşlı övladları xx.xx.2009-cu il təvəllüdlü X17, xx.xx.2010-cu il təvəllüdlü X15 və xx.xx.2013-cü il təvəllüdlü X7 ünvan 2-dən əşyaları ilə birgə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmənin iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X10 yazılı mülahizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, İddiaçı ilə arasında olan xx.xx.2008-ci il tarixdə Əzizbəyov rayon Qeydiyyat şöbəsi tərəfindən 633 saylı rəsmi nikahı qeydə alınmışdır. Birgə nikahdan övladlarımız xx.xx.2009-cu il təvəllüdlü X17, xx.xx.2010-cu il təvəllüdlü X15 və xx.xx.2013-cü il təvəllüdlü X14 dünyaya gəlmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-1946/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X13, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X7 nikah pozulduqdan sonra onun yanında saxlanılması qət olunmuşdur. İddia tələbini qəbul etmir. Onun mübahisəli evdən başqa yaşayış yeri yoxdur. Hesab edir ki, iddiaçı iddia tələbini hər hansı kompensasiya vermədən irəli sürməsi də qanuni deyildir. Belə ki, o Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Gülçülük Sovxozu ev 5-ə gəlin gəlmiş və hazırda da uşaqları onunla birlikdə yaşayır. O sözü gedən ünvanda qeydiyyatda olmasa da uşaqları həmin ünvanda qeydiyyatdadırlar. Xəzər rayon Məhkəməsinin 2(003)-1946/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən göründüyü kimi də uşaqların onun yanında saxlanılması qət edilmişdir. O evdən çıxaralacağı halda mübahisəli evdə qeydiyyatda olmaqla yaşayan uşaqları da onunla birlikdə qalmalı olduğundan əlavə xərclər tələb olunacaq və bu halda o uşaqları ilə birlikdə evsiz yaşamalı olarlar. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş sənədlər ASSR qeydiyyat vəsiqəsini sürətindən görünür ki, X2 ünvan 2 ünvanına dair qeydiyyat vəsiqəsi verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin sürətindən görünür ki, X1 vərəsələri X19, X20, İddiaçı və X9r. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı X19, X20, İddiaçı və X6 paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı İddiaçı tam paylı mülkiyyətindədir. Xəzər Rayon Məhkəməsinin 2(003)-1946/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə X10 aralarında olan nikah pozulmuş, birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X13, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X7 nikah pozulduqdan sonra onun yanında saxlanılması, xx.xx.2009-cu il təvəllüdlü X13, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh İddiaçı X4 xeyrinə hər uşağa görə hər ay 180 (bir yüz səksən) manat olmaqla, cəmi 540 manat manat sabit pul məbləğində aliment tutulsun, həmçinin xx.xx.2024-cü il tarixdən başlayaraq (xx.xx.2009cu il təvəllüdlü X13 xəstəliyi ilə əlaqədar) cavabdeh İddiaçı X4 xeyrinə 100 manat aliment tutulması qət olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.4-cü maddəsinə əsasən “Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya istifadə hüququna əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və digər diqqətə layiq hallar onun özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.” “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır. Belə ki, İddiaçı cavabdeh X10 və azyaşlı övladları xx.xx.2009 təvəllüdlü X17, xx.xx.2010 təvəllüdlü X15 və xx.xx.2013 təvəllüdlü X7 ünvan 4 ünvanındakı yaşayış sahəsindən çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2008-ci il tarixli nikahdan sonra qeyd olunan ünvana gəlin gəlmiş, lakin həmin əmlak əvvəlcə iddiaçının anası X1 mülkiyyətində olmuş, onun vəfatından sonra qanuni vərəsəlik hüququ əsasında iddiaçı əmlakın tam mülkiyyətçisi olmuşdur. Mübahisəli mənzil xx.xx.2024-cü ildə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Cavabdeh və övladları həmin mənzildə qeydiyyatda olmasalar da, hal-hazırda orada yaşayırlar. İddiaçı bildirir ki, dəfələrlə könüllü çıxmalarını istəsə də, cavabdeh və övladları evi tərk etməmişlər. Cavabdeh iddianı qəbul etməmiş, nikah pozulduqdan sonra azyaşlı uşaqların onun yanında saxlanıldığını, evdən çıxarıldığı halda başqa yaşayış yerinin olmadığını, uşaqların isə həmin ünvanda qeydiyyatda olduğunu, çıxarıldıqları halda onların yaşayış hüquqlarının pozulacağını bildirmişdir. İş materiallarından müəyyən olundu ki, evin tam mülkiyyətçisi İddiaçıdur. Cavabdeh X10 iddiaçıya məxsus olan mübahisəli evdə yaşayır. Cavabdeh həmin mənzildə qeydiyyatda deyildir. Mübahisəli ev xx.xx.2024-cü ildə İddiaçı adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 2 ünvanında olan mnzilinə hər hansı bir hüquqları mövcud olmayan cavabdehin bu mənzildə yaşaması iddiaçının mənzilə olan mülkiyyət hüquqlarını məhdudlaşdıran hal olduğundan iddia tələbi əsaslıdır və cavabdeh həmin mənzildən çıxarılmalıdırlar. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdeh mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində İddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Cavabdeh tərəfindən mübahisə predmeti olan mənzilin onun qanuni sahibliyində və istifadəsində olması halı ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə Azərbaycan Respublikası MM-in 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddianın məzildə yaşayan azyaşlı uşaqları — X17, X15 və X11 aid hissəsi ilə bağlı qeyd edir ki, uşaqlar birgə nikahdan doğulmuş uşaqlardı, iddiaçı onların atasıdır və onların həmin mənzildə istifafdə hüquqları vardır. Bu gün uşaqların cavabdeh ananın himayəsində olmasına baxmarayaraq gələcəkdə onlar istənilən vaxt ataları ilə də yaşamağı seçə bilərlər. Odur ki. iddianın bu hissəsi rədd edilməlidir. Bundan başqa məhkəmə eyni zamanda qeyd etməyi lazım bilir ki, cavabdeh X4 həmin ünvanda hal-hazırda faktiki olaraq yaşadıqları və alternativ yaşayış yerinin olmamasını. İşsiz olmaslnı. Himayəsində 3 azyaşlı uşaqlarının olmasını nəzərə alınmaqla, onun dərhal mənzildən çıxarılmasının maraqlara zidd və sosial təhlükəli nəticələrə yol açacaq bir tədbir olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən “Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya istifadə hüququna əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və digər diqqətə layiq hallar onun özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.” Bu norma mülkiyyətçinin hüquqlarını qorumaqla yanaşı, keçmiş ailə üzvünün və onunla birlikdə yaşayan şəxslərin (xüsusilə azyaşlıların) sosial müdafiəsinin təmin edilməsinə yönəlmişdir. Həmçinin Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadına əsasən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasının (xitamı) tələb etmək hüququndan nə zaman həyata keçirmək məsələsinə qəldikdə isə, Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Həmin konstitusion dəyərindən çıxış edərək məhkəmələr müraciətdə qaldırılan ikinci məsələsini - keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasını - həll etməlidirlər. Bu konstitusion dəyərin məqsədi konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmamasıdır. Bunu reallaşdırması üçün məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması vacibdir. Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013cü il tarixli Qərari). Bu konstitusion şərh göstərir ki, keçmiş ailə üzvünün yaşayışdan çıxarılması məsələsinə baxılarkən yalnız mülkiyyət hüququ deyil, konstitusiya səviyyəsində müdafiə olunan sosial və şəxsi hüquqlar da dəyərləndirilməlidir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən qanuni normalar, və iş üzrə mövcud faktiki hallar birlikdə nəzərə alınmaqla cavabdeh X5 mübahisə predmetinə aid olan evdə 3 (üç) il müddətində yaşamaq hüququ verilməli, 3 il başa çatdıqdan sonra isə, mülkiyyətçi olan iddiaçının hüquqlarının tam bərpası üçün cavabdeh məcburi qaydada mübahisəli evdən çıxarılmalıdırlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X4 ünvan 2 ünvanına 3 il müddətinə istifadə hüququ saxlanılmalı və o, xx.xx.2028-ci il tarixdə əşyaları ilə birgə çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, qətetdi: İddia tələbi qismən təmin olunsun. Cavabdeh X4 ünvan 2 ünvanına 3 il müddətinə istifadə hüququ saxlanılsın və cavabdeh X10 xx.xx.2028-ci il tarixdə əşyaları ilə birgə ünvan 2 ünvanından çıxarılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1908/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1908/2025
10.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver