Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1916/2022 11.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, ərizəçilər Ərizəçi* və Ərizəçi2 doğumun qeydə alınmasına dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçilər Ərizəçi* və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan X* doğumunun *8.02.202*-ci il tarixdə qeydə alınması, ata qrafasında X2 və ana qrafasında Ərizəçi2 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəyə əlavə edilmiş doğum haqqında tibbi şəhadətnamədən görünür ki, Ərizəçi2 Bakı 7 nömrəli Doğum evində *8.02.202*-ci il tarixdə qadın cinsli uşaq doğmuşdur. Ərizəyə əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçilərə ünvanlanmış *9.04.2022-ci il tarixli məktubdan görünür ki, atalığın müəyyən edilməsi şöbədə mümkün deyildir, lakin uşağın doğumunun qeydə alınması şöbədə mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” qaydalarının 2.5.*, 2.5.2 və 2.5.3-cü bəndlərinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənədlər təqdim edilməlidir. Həmin Qaydaların 2.*5-ci bəndinə əsasən nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək *0 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. Qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, uşağın doğumu ilə bağlı müvafiq tibb müəssisəsindən verilmiş doğum haqqında şəhadətnamə mövcüddur. Müvafiq qeydiyyat şöbəsində doğumun qeyd edilməsinin qeydiyyata alınmasından imtina deyil, doğum haqqında şəhadətnamədə ata qrafasında Ərizəçi* qeyd edilməsindən imtina edilmişdir. Ərizəçilər isə doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmadığı və onların bərpasının mümkün olmadığı hallarda doğumun qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *53.2.*-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin *53.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə hesab edir ki, hazırkı ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə bununla bağlı ərazi üzrə müvafiq qeydiyyat şöbəsinə müraciət etmək hüququnun olması və ona əsassız imtina edildiyi təqdirdə ərizəçinin həmin sənədi verməli olan qeydiyyat şöbəsinə qarşı inzibati icraat qaydasında müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in *53-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçilər Ərizəçi* və Ərizəçi2 doğumun qeydə alınmasına dair ərizəsinin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Ərizəçilərə ərazi üzrə müvafiq qeydiyyat şöbəsinə müraciət etmək hüququnun olması və ona əsassız imtina edildiyi təqdirdə ərizəçinin həmin sənədi verməli olan qeydiyyat şöbəsinə qarşı inzibati icraat qaydasında müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardaddan *0 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1916/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1916/2022
11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver