Məhkəmə qərarları › İş №2(003)-1953/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1953/2020

15.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1953/2020 15.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası mərhum Azməmmədov MirzəMəmməd Absətar oğlunun həqiqətən də X2 doğma oğlu olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Səməd Vurğun küçəsində yerləşən döngə 2, 9 saylı evin 1/2 hissəsi onun mərhum babası (atasının atası) X4 məxsus olmaqla onun xüsusi mülkiyyətində olmuşdur. Hazırda həmin evə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsindən təqdim edilmiş RX seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli çıxarış təqdim edilmişdir və orada babasının payı göstərilmişdir. Hazırda o miras qalmış həmin paya dair qanun üzrə vərəsəliyi sənədləşdirməkdən ötrü Bakı şəhəri 7 saylı dövlət notariat kontoruna ərizə ilə müracət etmişdir. Orada sənədləri yoxlanıldıqdan sonra ondan atasının doğum haqqında şəhadətnaməsi tələb edilmişdir. Onda olmadığı üçün həmin sənədi almaq üçün arxivə müraciət etmiş, lakin arxivdə də həmin sənəd aşkar edilməmişdir. Notariat kontorundan ona bu səbəbdən imtina məktubu təqdim edildi və qohumluq faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Onun mərhum X35Məmməd Absətar oğlu olmuşdur. Atası xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Babası, yəni atasının atası X6 olmuşdur. X19 xx.xx.1968-ci il tarixdə vəfat etmişdir. Atası MirzəMəmməd və babası Absətdar Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Səməd Vurğun küçəsi döngə 2, 9 saylı evdə pasport qeydiyyatında olmaqla, orada yaşamışlar. O özü də hal–hazırda həmin evdə yaşayır və orada pasport qeydiyyatdadır. Sonradan ərizəçi məhkəmyə dəqiləşmə barədə ərizə verərək, xx.xx.2003-cü ildə ölmüş Azməmmədov (Əzməmmədov) X14 xx.xx.1968-ci il tarixdə ölmüş X2 oğlu olması faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Həmçinin izahatında bildirdi ki, bu fakt ona evin öz adına rəsmiləşdirilməsi üçün lazımdır. Maraqlı şəxs Bakı şəhəri 7 saylı notariat ofisi məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 1994-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Əzməmmədov X5 Saida İbrahim qızı ilə nikaha daxil olmuş, bu barədə nikah qeydləri kitabında 599 nömrə ilə qeydə alınmışdır. Nikha bağlanıqdan sonra ərə Əzməmmədov, arvada Əzməmmədova soyadı verilmişdir. İş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxx 1968-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 Mamed oğlu xx xxxxx 1968-ci il tarixdə doğulmuşdur. Atası Azməmmədov X24, anası Azmamedova Nisa (Nisə) Bəşir qızıdır. İş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2003-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Azməmmədov X25 xx.xx.2003-cü ildə ölmüşdür. Bu barədə 825 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz dövlət reysti tərəfindən verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2017ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Səməd Vurğun küçəsi döngə 2 ev 9 Ərizəçi 5/12 hissədə, 1/2 hissədə X2, 1/12 hissədə Əzməmmədov Ağa-X20 mülkiyyətindədir. İş materiallarında olan evlənmək haqqında İ-ИЕ 341049 nömrəli, xx.xx.1961-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X7 ilə X15 nikaha daxil olmuşlar. Nikahdan sonra ərə Əzməmmədov, arvada Əzməmmədova soyadı verilmişdir. Bu barədə nikah aktları kitabında 385 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Dövlət Arxivinin Bakı şəhəri 7 saylı xüsusi notariusuna ünvanladığı A-120 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, arxiv fondunda mühafizə edilən sənədlərdə 1930-cu ilə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Qala (Şüvəlan) kəndi üzrə doğum haqqında qeydiyyat kitablarında X8 təvəllüdü haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri 7 saylı xüsusi notariusunun X21-Məmməd oğluna ünvanladığı xx.xx.2020-ci il tarixli, D/36 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1968-ci il tarixdə ölmüş X1 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və mülkiyyətdə olan 0,4224 ha. torpaq sahəsindən 1/2 hissəyə dair qohumluğu təsdiq edən sənəd doğum haqqında şəhadətnamə olmadığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək imkan xaricindədir. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1968-ci il tarixdə ölmüşdür. Bu bardə akt qeydləri kitabında 54 nömrə ilə qeydiyyat aparılmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 ifadəsində bildirmişdir ki, ərizəçi onun qohumudur. X2xx.xx.1968-ci il tarixdə ölmüşdür. Əzməmmədov X25 X2 oğludur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X17 ifadəsində bildirmişdir ki, ərizəçi onun qohumudur. X2xx.xx.1968-ci il tarixdə ölmüşdür. Əzməmmədov X25X2 oğludur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 ifadəsində bildirmişdir ki, ərizəçi onun qohumudur. X2xx.xx.1968-ci il tarixdə ölmüşdür. Əzməmmədov X25 X2 oğludur. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə xx.xx.2003-cü ildə ölmüş Azməmmədov (Əzməmmədov) X14 xx.xx.1968-ci il tarixdə ölmüş X2 oğlu olmasına dair qohumluq əlaqələrinin olması faktı tam sübuta yetirildi. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinə dair hüquqi əhəmiyyəti olan faktların müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər bərabər pay hüquqlu vərəsələr sayılırlar. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2003-cü ildə ölmüş Azməmmədov (Əzməmmədov) X14 xx.xx.1968-ci il tarixdə ölmüş X2 oğlu dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, xx.xx.2003-cü ildə ölmüş Azməmmədov (Əzməmmədov) X14 xx.xx.1968-ci il tarixdə ölmüş X2 oğlu olmasına dair qohumluq əlaqəsinin olması faktının hüquqi əhəmiyyəti olduğundan və ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə qeyd edilən qohumluq əlaqəsinin olması ərizəçi tərəfin izahatı ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, ərizə qeyd əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır və ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2003-cü ildə ölmüş Azməmmədov (Əzməmmədov) X14 xx.xx.1968-ci il tarixdə ölmüş X2 oğlu olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar