Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1954/2022 05.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs1 arasında X1 Birliyi 10 avqust 2000-ci il tarixli “bağın icarəyə verilməsi haqqında” 29211 nömrəli müqaviləyə əsasən Maraqlı şəxs1 verilmiş Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,12 torpaq sahəsinin alqısatqısına dair müqavilənin bağlanmış hesab edərək, X1 Birliyi 10 avqust 2000-ci il tarixli “bağın icarəyə verilməsi haqqında” 29211 nömrəli müqaviləyə əsasən ayrılmış Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,12 torpaq sahəsinə dair sahiblik, istifadə və sərəncam vermək hüquqlarının mövcud olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs1 məxsus X1 Birliyi 10 avqust 2000-ci il tarixli “bağın icarəyə verilməsi haqqında” 29211 nömrəli müqaviləyə əsasən ona məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsi 0,12 torpaq sahəsini almışdır. Həmin torpaq sahəsinə dair çıxarışın olmaması səbəbi ilə onlar aralarında 10 oktyabr 2001-ci il yazılı müqavilə bağlamışlar. Torpaq sahəsini satdıqdan Əliyev X3 Federasiya köçmüş və oranın vətəndaşı olmuşdur. Uzun müddətdir ki, torpaq sahəsinə sahiblik edən və faktiki mülkiyyətçisi olduğundan həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış əldə etmək istəyir, lakin torpaq sahəsinə dair müqavilənin Maraqlı şəxs1 adına olması səbəbi ilə həmin torpaq sahəsi ilə əlaqədar ilkin sənədləşmələr onun adına aparılmalıdır. Bu səbəbdən o, Maraqlı şəxs1 ilə əlaqə saxlayaraq sənədləşmə işlərinin aparılmasına köməklik göstərməsini xahiş etmişdir. Sənədləşmənin həyata keçirilməsi üçün xx.xx.2014-cü il tarixində qardaşı X2 etibarnamə vermişdir ki, torpaq sahəsinə dair müvafiq qurumlara müraciət edərək, onun adına çıxarış əldə etsin və qanunvericiliyin tələblərinə uyğun həmin torpaq sahəsini faktiki sahibi və mülkiyyətçisi olaraq onun adına yəni Ərizəçi adına rəsmiləşdirsin. Bu səbəbdən əlində olan müvafiq sənədlər əsasında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmək məcburiyyətində qaldı. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlaka dair hüquqlarının qeydiyyata alınmasına və çıxarışın verilməsinə dair müraciətinə baxaraq, imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs1 ayrılmış “30 d” saylı bağ sahəsinin qovluğu İdarənin arxivində aşkar edilmiş, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 30 "d" saylı bağ sahəsinin yerinə uyğundur. Lakin bağ sahəsinin alınması ilə bağlı notarial qaydada təsdiq ediləniş alqısatqı müqaviləsi təqdim edilməmişdir. Göründüyü kimi hazırda faktiki olaraq onun istifadəsində olan və torpaq sahəsinin ayrıldığı şəxsin Maraqlı şəxs1 öz əl yazması və eləcə də etibarnamə üzrə səlahiyyətli nümayəndəsi ilə həmin torpaq sahəsinin ona məxsusluğu öz təsdiqini tapır. Lakin formal əsaslar üzrə ərizəsi təmin edilmir. Bundan başqa Maraqlı şəxs1 adından müraciət edildikdə isə Maraqlı şəxs1 Rusiya Federasiyası vətəndaşı olması səbəbi ilə torpaq sahəsinin onun mülkiyyətinə verilməsinin Torpaq Məcəlləsinin tələbləri ilə qadağan olunması əsası gətirilir. Hazırda onunla torpağı satan Maraqlı şəxs1 arasında torpaqla əlaqədar hər hansı bir mübahisə mövcud deyil, hətta Maraqlı şəxs1 satdığı torpaqla bağlı onun sənədləşmə işlərinin həyata keçirilməsi zamanı yaranacaq mübahisələri həll etməyə kömək etmək məqsədi ilə qardaşına etibarnamə də vermişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin ediməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs1 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs1 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Füzuli onun böyük qardaşıdır. O Ərizəçi tanıyır, onun qardaşı 10 il bundan əvvəl ona məxsus olan torpaq sahəsini Ərizəçi satmışdır. Məhkəmə iş materiallarını araşdırıb, şahid ifadələrini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan X1 Birliyi 10 avqust 2000-ci il tarixli “bağın icarəyə verilməsi haqqında” 29211 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu, Mərdəkan qəsəbəsi 0,12 torpaq sahəsi Maraqlı şəxs1 ayrılmışdır. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli qəbzdən görünür ki, X1 Birliyi 10 avqust 2000-ci il tarixli “bağın icarəyə verilməsi haqqında” 29211 nömrəli müqavilə əsasən ona məxsus olan bağ sahəsini 2800 ABŞ dollarına Ərizəçi satmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin Ərizəçi ünvanladığı xx.xx.2021-ci il tarxili **********04 saylı məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 30 “d” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Maraqlı şəxs1 ayrılmış 30 “d” saylı bağ sahəsinin qovluğu İdarəinin arxivində aşkar edilmişdir. Həmçinin göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 30 “d” saylı bağ sahəsinin yerinə uyğundur. Lakin həmin bağ sahəsinin alınması ilə bağlı notarial qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi təqdim edilmədiyindən müraciətin icrası mümkün olmamışdır. İş materiallarında olan Maraqlı şəxs1 məxsus pasprtdan görünür ki, Əliyev X3 Federasiyasının vətəndaşıdır. Məhkəmə iclasında müəyyən edildi ki, X1 Birliyi 10 avqust 2000-ci il tarixli “bağın icarəyə verilməsi haqqında” 29211 nömrəli müqaviləyə əsasən Maraqlı şəxs1 Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,12 torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Füzuli tərəfindən 2001-ci ildə Ərizəçi satılmışdır. Sonradan Əliyev X3 Federasiyasına köçmüş, həmin ölkənin vətəndaşı olmuş və bu səbəblərdən satılmış olan torpaq sahəsinin rəsmiləşdirilməsi mümkün olmamışdır. İşin faktiki hallarından da görünüdüyü kimi X1 Birliyi 10 avqust 2000-ci il tarixli “bağın icarəyə verilməsi haqqında” 29211 nömrəli müqaviləsi əsasında Maraqlı şəxs1 ayrılmış olan Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu, Mərdəkan qəsəbəsi 0,12 torpaq sahəsi hazırda Ərizəçi sahibliyindədir. Lakin Maraqlı şəxs1 Rusiya Federasiyasının vətəndaşı olması Ərizəçi almış olduğu torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasını mümkünsüz edir ki, bu da sonda Ərizəçi hüquqlarının pozulması ilə nəticələnir. Həmçinin də mövcud qanunvericiliyə görə Maraqlı şəxs1 başqa ölkənin vətəndaşı olması səbəbindən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə almasını mümkünsüz etdiyindən, tərəflər arasında torpağa dair alqı-satqını müqaviləsini həyata keçirilə bilinməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu səbəbdən də məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs1 arasında X1 Birliyi 10 avqust 2000-ci il tarixli “bağın icarəyə verilməsi haqqında” 29211 nömrəli müqaviləyə əsasən Maraqlı şəxs1 verilmiş Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,12 torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış hesab edilməli, X1 Birliyi 10 avqust 2000-ci il tarixli “bağın icarəyə verilməsi haqqında” 29211 nömrəli müqaviləyə əsasən Maraqlı şəxs1 ayrılmış Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,12 torpaq sahəsinə Ərizəçi sahiblik, istifadə və sərəncam vermək hüquqlarının mövcud olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 370-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında X1 Birliyi 10 avqust 2000-ci il tarixli “bağın icarəyə verilməsi haqqında” 29211 nömrəli müqaviləyə əsasən Maraqlı şəxs1 verilmiş Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,12 torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış hesab edilsin. X1 Birliyi 10 avqust 2000-ci il tarixli “bağın icarəyə verilməsi haqqında” 29211 nömrəli müqaviləyə əsasən Maraqlı şəxs1 ayrılmış Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,12 torpaq sahəsinə Ərizəçi sahiblik, istifadə və sərəncam vermək hüquqlarının mövcud olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1954/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1954/2022
05.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver