Məhkəmə qərarları › İş №2(003)-196/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-196/2022

28.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-196/2022 28.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı1 və onun vəkili, digər İddiaçı3 nümayəndəsi X11, İddiaçılar İddiaçı2, İddiaçı3, Cavabdeh, onun nümayəndəsi X2 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsində maneələrin aradan qaldırılmasına dair” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsində maneələrin aradan qaldırılmasına dair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, o, 30.06.2008-ci ildə X8 0,04 ha torpaq sahəsini 5000,0 manata almişdir. Qeyd edilən torpaq sahəsi əvvəllər Abşeron rayonuna aid olub, hazırda Xəzər rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşir. Onun torpaq sahəsinə bitişik 2 torpaq sahəsi vardır. Hazırda onlardan **********42 saylı 0,08 ha torpaq sahəsi İddiaçı2 mülkiyyətindədir və çıxarışı vardır. Digər **********85 saylı 0,08 ha torpaq sahəsi iki yerə bölünmüşdür və ondan 0,04 ha torpaq sahəsi İddiaçı1 aldına alqı-satqı edilmişdir, lakin çıxarışın verilməsindən imtina edilmişdir. İkinci hissəsi isə İddiaçı3 adına alqı-satqı edilmişdir və çıxarış verilməsindən imtina edilmişdir. Üçüncü **********44 0,08 ha torpaq sahəsi İddiaçı2 adınadır. Torpaq sahəsinin çıxarışı vardır. Azərbaycan Respublikası DƏDRX-dən İddiaçı1 və İddiaçı3 torpaq sahələri ilə bağlı çıxarış verilməsindən ona görə imtina edilmişdir ki, zəruri hesab olunan yolun bir hissəsində İddiaçı1 tərəfindən ev tikilmişdir. Bundan sonra qeyd edilən torpaq sahələrinin sahiblərinin razılaşmaları əsasında həmin yol dəyişdirilmiş və sxemdə öz əksini tapmışdır. Həmin yolun eni 4,0 metr uzunluğu isə 70,0 metr olması nəzərdə tutulmuşdur. Lakin cavabdeh qeyd olunan yolda daş hasar tikməklə və dəmir darvaza qoymaqla yolu daraldıb, baş yola giriş məhdudlaşdırılıb. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, könüllü şəkildə razılaşmanı icra etmir və buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdehlərə məxsus Xəzər rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən torpaq sahələrinə mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılmasına, cavabdehin tikmiş olduğu daş hasarın sökülməsinə, eni 4,0 metr olmaqla yolun genişləndirilməsinə və dəmir darvazanın sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək əlavə olaraq bildirmişdir ki, cavabdeh X4 tərəfindən verilmiş iddia ərizəsinə yazmış olduğu etirazında qeyd edir ki, “iddia ərizəsində göstərilən ev, daş hasar və dəmir darvaza onun oğlu X3 məxsusdur. Etirazda göstərilən bu xüsusat düzgün deyil, çünki torpaq sahəsinə dair çıxarış alındıqdan sonra məlum olunacaq ki, torpaq sahəsi kimə məxsusdur. Bundan başqa, cavabdeh göstərir ki, guya 5 sot torpaq sahəsini 2008-ci ildə ondan 17.500 manata alımışdır. Bu xüsusat da düzgün deyil, çünki cavabdeh ona 17.500 ABŞ dolları ödəməklə gələcəkdə torpaq sahəsinin almaq niyyətini bildirmiş, məhz buna görə də ödəniş etmişdir. Sonradan isə içəri işlər üçün 500 manat vermişdir. Cavabdeh etirazında göstərir ki, torpaq alanda torpaq sahəsinin yerləşmə yeri və sənədləşdirməni gözləmədən evin tikintisinə başlayacaqları ilə əlaqədar guya ondan, yəni iddiaçıdan icazə alıblar, guya torpaq sahəsini mən ölçmüşəm və hasarın haradan çəkiləcəyini mən göstərmişəm. Bu xüsusatlar yalandır və bu həqiqətə uyğun deyildir. O, yalnız evin tikilməsinə icazə vermişdir. Bundan əlavə, cavabdeh göstərmişdir ki, oğlu Elməddin evi tikdirən zaman guya özünün verdiyi kordinatları bir neçə dəfə dəyişdirmiş, hörülmüş hasarları sökdürmüş, Elməddinə xeyli miqdarda ziyan vurmuşdur. Nəticə etibarilə bu gün mövcud olan hasar və dəmir darvazanın qoyulması ilə razılaşmışdır. Bu da yalandır. Cavabdeh göstərir ki, guya iddiaçı, yəni mən ona 5 sot torpaq sahəsini satmışam, bu da yalandır, çünki bizim aramızda ümumiyyətlə alqı-satqı müqaviəsi bağlanmamışdır. Etirazda göstərilir ki, torpaq satan şəxs yol üçün əlavə 3 sot torpaq vermişdir. Bu da doğru deyil. Həmin torpaq sahəsi yalnız köhnədən olan plana düşən hissə olmaqla 3 sot deyil, 3,5 sotdan ibarət olmuşdur. Etiraza da adı olan X9 4 sot torpaq sahəsinin olması göstərilməsi doğru deyil, çünki Almaz ona ayrılmış sahəsini öz aralarında razılaşmaya əsasən İddiaçı3 vermişdir. Etirazda göstərilir ki, mübahisə edilən hasar və darvaza iddiaçının yəni, mənim razılığımla hörülmüş və darvaza qoyulmuşdur. Bu xüsusat da əsassız və yalandır. Etirazda göstərilir ki, iddiaçının yəni, mənim evimin tikilməsi 2016-cı ildə olub, bu da həqiqətə uyğun deyil, çünki onun evinin tikilməsi 2009-cu ilin 4-cü rübündə başlamış və 2010-cu ildə tamamlanmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı1 vəkili, digər İddiaçı3 nümayəndəsi X22 məhkəmə iclasında iddianın təmin edilməsini xahiş etdi. İddiaçı X26 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı3 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəməyə iddiaya etiraz ərizə ilə müraciət edərək izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. O, Abbasov X7 şəhəri, Cəlil Məmmədquluzadə küçəsi ev 6 ünvanda yaşayır. Həmin ev mülkiyyət hüququ əsasında ona məxsusdur. İddia ərizəsində göstərilən ev, daş hasar və dəmir darvaza onun oğlu X3 məxsusdur. Həmin evin yerləşdiyi torpaq sahəsi (5 sot) o, oğlu üçün 2008-ci ildə İddiaçı1 onun çox saylı xahiş və təkidlərindən sonra ona 17500 manat pul ödəməklə almışdır. Sonradan torpağa görə əlavə olaraq 500 manat da alıb. Cəmi 18000 manat. Torpağı alanda torpaq sahəsinin yerləşdiyi yeri və sənədləşməni gözləmədən evin tikintisinə başlayacağı barədə İddiaçı1lə razılığa gəlmişlər. Torpaq sahəsini şəxsən İddiaçı1 özü ölçüb və hasarın haradan çəkiləcəyini göstərmişdir. Oğlu evi tikdirən zaman özünün verdiyi koordinatları bir neçə dəfə dəyişdirmiş, hörülmüş hasarları sökdürmüşdür, oğluna xeyli miqdarda maddi ziyan vurmuş, axır nəticədə bu gün mövcud olan hasar və dəmir darvazanın qoyulması ilə razılaşmışdır. Oğlu evi və evin ətrafında olan hasarı 2011-ci ildə tikib başa çatdırmışdır. İddiaçı1 5 sot torpaq sahəsini ona satarkən aldığı torpaq sahəsi 32 sot olmuşdur. Torpağı satın alan zaman vasitəçi Zakir adlı makler olmuşdur. Toprağı satan şəxs yol üçün əlavə 3 sot torpaq vermişdir. İddiaçı1 32 sot torpaq sahəsini aşağıdakı şəkildə qohumlara satmışdır: X10 5 sot, Cavabdeh Qələndər oğlu 5 sot, İddiaçı1 Qələndər oğlu 5 sot, X21 5 sot, İddiaçı3 4 sot, X23 4 sot, X18 4 sot. Torpaq ümumilikdə 4 nəfərdən satın alınıb hərəsi 8 sot olmaqla aşağıdakı şəxslərin adına sənədləşdirilib: İddiaçı2 8 sot, X12 8 sot, X5, İddiaçı1 Qələndər oğlu 4 sot, İddiaçı3 4 sot. Sonradan torpaq sahələrini alıcıların adına olan torpaq sahələri ilə bağlı çıxarış verilməsindən ona görə imtina edilmişdir ki, “Torpaq sahələrinin planı və ölçüsündə” təsdiq edilmiş yolun üzərində İddiaçı1 tərəfindən 2016-cı ildə ev tikilmişdir. Hal-hazırda iddiaçıların qeyd etdikləri yol onların özləri tərəfindən düşünülmüş yoldur. Dəfələrlə müraciət etməyi baxmayaraq ona satdığı 5 sot torpağı sənədləşdirməkdən imtina edir. oğlunun orada 5 sot torpaq sahəsində evinin olmasını və onun da fikrini öyrənmədən və razılığını almadan torpaq sahələrinin öz adlarına olmasından istifadə edərək yolun yerinin dəyişdirmişlər. Bildirir ki, mübahisə edilən hasar və darvaza İddiaçı1 razılığı ilə hörülmüş və darvaza qoyulmuşdur. Darvazanın yan tərəfdə qoyulmasının səbəbi oradan yol üçün ayrılmış torpaq sahəsinin hesabına hər birinin çıxışı olmaqla ümumi yola çıxış olması və oradan da küçəyə çıxmağı razılaşdırılmışdır. Lakin iddiaçının hərəkətləri nəticəsində oğlunun tikdiyi evin qarajına maşın salmaq və oradan hansı bir əşyanı maşınla çıxarmaq qeyri-mümkündür. Bundan əlavə aralarında olan danışıqlar zamanı İddiaçı1 bildirmişdir ki, guya ona satdığı torpaq 5 sotdan artıqdır. Bu məsləyə də aydınlıq gətirilməsi üçün oğlu Əmlak Ekspert Mərkəzinə müraciət edərək torpaq sahəsinin dəqiq ölçüsünün verilməsini xahiş etmişdir. Ekspertin verdiyi sənəddən görünür ki, oğlunun ev tikdiyi torpaq sahəsinin ölçüsü dəqiq 5 sotdur. Məhkəmənin nəzərinə çatdırır ki, oğluna məxsus sökülməsi tələb olunan hasar 2011-ci ildə inşa edilmiş və dəmir darvaza qoyulmuşdur. Həmin vaxt həmin yerdə yol olmamışdır. Yolun əsil yerinin zəbt edən İddiaçı1 Qələndər oğlu həmin yolun üzərində tikdiyi evin hasarlarını 2016-cı ildə inşa etmişdir və hal-hazırda göstərdiyi yolun enini də özü müəyyənləşdirmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verimiş “mülkiyyət hüququnun həyata keçirilməsində maneələrin aradan qaldırılmasına, cavabdehin tikmiş olduğu daş hasarın sökülməsinə, eni 4 metr olmaqla yolun genişləməsinə və dəmir darvazanın sökülməsinə” dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X15 bildirmişdir ki, mübahisəli əraziyə tərəfindən yerində baxış keçirilmiş və müəyyən olunmuşdur ki, hazırda İddiaçı1 və Cavabdeh istifadəsində olan hissələrə küçə tərəfdən giriş-çıxış mövcuddur və həmin sahələrdən küçəyə giriş-çıxış qapısı quraşdırılmışdır. Baxış zamanı X13 və İddiaçı3 istifadəsində olan torpaq sahəsinin küçəyə giriş-çixiş yolu kimi təqdim olunmuş hissəsində küçə tərəfdən başlanğıcında mişar daşından hasar hörülmüşdür. Faktiki vəziyyətdə yol kimi iddia olunan sahənin eni başlanğıc hissədə (küçəyə tərəf) 3,57 metr, mərkəz hissədə 3,3 metr, cavabdehin sərhəd hasarının sonunda 5,5 metr təşkil edir. İş materiallarına əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin rəqəmli kadastr xəritəsindən çıxarış hissəsindən görünür ki, həmin torpaq sahələrinə yol həmin torpaq sahələrinin şimal-qərb istiqamətindən nəzərdə tutulmuşdur. Faktiki vəziyyətdə yol kimi nəzərdə tutulmuş sahənin bir hissəsi İddiaçı1 istifadəsində olan həyətyanı sahəyə, bir hissəsi İddiaçı1 məxsus fərdi yaşayış evinin altına, qalan hissəsi X13 və İddiaçı3 istifadəsində olan hissəyə düşür. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 30.06.2008-ci il tarixdə Abşeron rayonu 2 saylı dövlət notariat kontorunda bağlanmış AN-İ ******* saylı “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin surətindən görünür ki, satıcı X1 rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsini İddiaçı3 mülkiyyətinə vermişdir. İş materiallarına əlavə edilmiş 30.06.2008-ci il tarixdə Abşeron rayonu 2 saylı dövlət notariat kontorunda bağlanmış AN-İ ******* saylı “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin surətindən görünür ki, satıcı X1 rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsini İddiaçı1 mülkiyyətinə vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* qeydiyyat nömrəli 09.08.2011-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 20.05.2018-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 01.04.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, 89-cu Binə küçəsi, “7” saylı sahə ərazisində yerləşən 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazı İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış 29.04.2021-ci il tarixli məktubda deyilir: “Sizin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən torpaq -sahəsinin bölgü sxeminin tərtib edilməsi barədə ********** nömrəli, 12.04.2021-ci il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, bölgüsü nəzərdə tutulan torpaq sahələrinin hüquqmüəyyənedici sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında ciddi uyğunsuzluq mövcuddur. Belə ki, hüquqmüəyyənedici sənəddə yol kimi nəzərdə tutulan sahə üzərində yaşayış evi mövcuddur. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır.” İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazı İdarəsi tərəfindən İddiaçı3 ünvanlanmış 13.05.2014-cü il tarixli məktubda deyilir: “Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair ********** nömrəli, 26.04.2014-cü il tarixli ərizənizə və əlavə edilmiş sənədlərə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində baxılmışdır. Yoxlama-ölçü işləri aparılması ilə əlaqədar mütəxəssislərimiz ünvanda olarkən məlum olmuşdur ki, təqdim edilmiş sənədlərdə torpaq sahəsinə dair bölgü sxemi düzgün tərtib edilməmişdir və 4 torpaq sahəsi eyni hasar daxilindədir. Həmin torpaq sahələrinin 3-də bölgü aparılmış, lakin bütün bölgülər səhv aparılmışdır. Belə ki, bölgü sənəd üzrə aparılmamışdır və bu səbəbdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata sənədlərdə uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Xahiş edirik nəzərə alasınız.” İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazı İdarəsi tərəfindən verilmiş AA 009842 saylı torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə dair X14 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6707 saylı, 25.02.2022-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq müəyyən edilir ki, faktiki vəziyyətdə İddiaçı1 istifadəsində olan hissəyə və Cavabdeh istifadəsində olan hissəyə küçə tərəfdən giriş-çıxış mövcuddur və həmin sahələrdən küçəyə giriş-çıxış qapısı quraşdırılmışdır. Baxış zamanı X13 və İddiaçı3 istifadəsində olan torpaq sahəsinin küçəyə giriş-çixiş yolu kimi təqdim olunmuş hissəsində küçə tərəfdən başlanğıcında mişar daşından hasar hörülmüşdür. Faktiki vəziyyətdə yol kimi iddia olunan sahənin eni başlanğıc hissədə (küçəyə tərəf) 3,57 metr, mərkəz hissədə 3,3 metr, cavabdehin sərhəd hasarının sonunda 5,5 metr təşkil edir. İş materiallarında olan **********44 reyestr nömrəli, **********85 reyestr nömrəli və **********42 reyestr nömrəli çıxarışlara əsasən verilmiş hər biri 0,08 ha olan torpaq sahələri birbirinə bitişik olmaqla yerləşir. “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin rəqəmli kadastr xəritəsindən çıxarış hissəsindən görünür ki, həmin torpaq sahələrinə yol həmin torpaq sahələrinin şimal-qərb istiqamətindən nəzərdə tutulmuşdur. Faktiki vəziyyətdə yol kimi nəzərdə tutulmuş sahənin bir hissəsi İddiaçı1 istifadəsində olan həyətyanı sahəyə, bir hissəsi İddiaçı1 məxsus fərdi yaşayış evinin altına, qalan hissəsi X13 və İddiaçı3 istifadəsində olan hissəyə düşür. Həmin rəydən aydın olur ki, faktiki vəziyyətdə yol kimi iddia olunan sahənin eni başlanğıc hissədə (küçəyə tərəf) 3,57 metr, mərkəz hissədə 3,3 metr, cavabdehin sərhəd hasarının sonunda 5,5 metr təşkil edir. Beləliklə, məhkəmə araşdırılması zamanı, ekspert rəyi ilə müəyyən edilmişdir ki, faktiki vəziyyətdə İddiaçı1 istifadəsində olan hissəyə və Cavabdeh istifadəsində olan hissəyə küçə tərəfdən giriş-çıxış mövcuddur və həmin sahələrdən küçəyə giriş-çıxış qapısı quraşdırılmışdır. Baxış zamanı X13 və İddiaçı3 istifadəsində olan torpaq sahəsinin küçəyə giriş-çixiş yolu kimi təqdim olunmuş hissəsində küçə tərəfdən başlanğıcında mişar daşından hasar hörülmüşdür. Faktiki vəziyyətdə yol kimi iddia olunan sahənin eni başlanğıc hissədə (küçəyə tərəf) 3,57 metr, mərkəz hissədə 3,3 metr, cavabdehin sərhəd hasarının sonunda 5,5 metr təşkil edir. Faktiki vəziyyətdə yol kimi nəzərdə tutulmuş sahənin bir hissəsi İddiaçı1 istifadəsində olan həyətyanı sahəyə, bir hissəsi İddiaçı1 məxsus fərdi yaşayış evinin altına, qalan hissəsi X13 və İddiaçı3 istifadəsində olan hissəyə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.2-ci maddəsinə əsasən, tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. 25.10.2001-ci il tarixli Dövlət Şəhərsalma Norma və Qaydalarının 9-cu cədvəlinə əsasən hərəkət zolağının eni 2,75-3,0 metr və səkinin piyada hissəsinin eni isə 0-1,0 metr olması müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, faktiki vəziyyətdə yol kimi qeyd edilməklə tutulmuş sahə Dövlət Şəhərsalma Norma və Qaydaların 9-cu bəndi üzrə qiymətləndirilməlidir (yəni kəndllərdə tətbiq edilən cədvəl). Eyni zamanda məhkəmə onuda qeyd edir ki, tərəflər arasında qonşuluq münasibətləri mövcuddur və sözügedən sahə məhəllə arası yol kimi qiymətləndirilməlidir. Sözügedən normanın 9-cu cədvəlinə uyğun olaraq isə məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsi əsasən hərəkət zolağının eni minimum 2,75 metr, səkinin piyada hissəsi 0-1 metr, yəni maksimum 4,0 metr (səkinin piyada hissəsinin eni ilə birlikdə) müəyyən edilsə də, bu imperativ deyil dispozitif norma kimi qəbul edilməklə minimum 2,75 metr kimi müəyyən edilməsi də mümkündür. Hazırki halda isə görünür ki, iddia olunan sahənin eni (yol kimi) başlanğıc hissədə (küçəyə tərəf) 3,57 metr, mərkəz hissədə 3,3 metr, cavabdehin sərhəd hasarının sonunda 5,5 metr təşkil edir. Yəni, qanunvericikdə göstərilən cədvəl göstəricilərinə münasibətdə yolun eni bəzi hissədə minimum məsafəni, bəzi hissələrdə isə hətta maximum olmalı məsafəni tamamlamaqla qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsində maneələrin aradan qaldırılmasına” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar