Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1964/2021 30.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, X6 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, X6 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 12500 manat pulu, ödənilmiş dövlət rüsumuna görə 30 manat və hüquqi yardıma görə ödədiyi 150 manat pulu, ümumilkdə 12680 manat pul məbləğinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, oğlu X4 üçün fərdi yaşayış evi tikmək niyyətində idi. 15 iyul 2019-cu il tarixdə bacısı oğlu Cavabdeh3 onun oğlu X9 qəsəbəsi 149 saylı məktəb ilə “Opimal” marketin arasında yol qırağında yerləşən təxminən 8 sot torpaq sahəsindən 3 sotunu, hər sotonu 5000 /beş/ min manat olmaq şərti ilə ona satmasını bildirmişdi. Həmin yeri oğlu Seymura göstərmiş və o ona 500 manat məbləğində beh pul verməklə niyyətinin inandırıcı olmasını təsdiqləmişdir. 16 iyul 2019-cu il tarixdə Cavabdeh3 yaşadığı Binə qəsəbəsi Bolluq massivində yerləşən fərdi yaşayış evinə gəlmiş və ondan 14500 /on dord/ min beş yüz manat pul görürərək, oğlu, Seymura göstərdiyi torpaq sahəsini onun adına keçirəcəyini vədd etmişdir. O, Cavabdeh3 qohu olduğuna və ona inandığı üçün 15000 /on beş/ min manat pulu vermişdir. Pulu ondan aldıqdan sonra oğlu X3 şəxsiyyət vəsiqəsinin əslini ondan aldı və Binə qəsəbəsində yerləşən 31 saylı Notariat ofisində dediyi kimi həmin torpaq sahəsi üzrə etibarnamə və 1744 saylı Sərəncamı onlara verdi. 17 iyul 2019-cu il tarixdə o, oğlu Seymur və nəvəsi Fərid ilə birlikdə aldıqları həyətə getdilər və orada onlara ev sahibi Cavabdeh1 həyat yoldaşı qarşıladı. Onlar bildirdilər ki, ümumi həyətin bir hissəsini, yəni 3 sotunu onlar alımış və ölçü işləri etmək və evin harada tikilməsini müzakirə etməyə gəlmişlər. Sonra isə xeyir dua verdi. Onlar bidirdilər ki, həyat yoldaşı Cavabdeh1 evdə deyil və o evə gələndə onunla tanış ola bilərlər. Həmin vaxt onlar həyətin bir neçə foto şəklini çəkdilər. Bir aydan sonra o oğlu Seymurla birlikdə aldıqları həyətə gəldilər və burada onlara Cavabdeh1 və onun qardaşı Cavabdeh2 qarşılayıb bildirdilər ki, Cavabdeh3 onları da aldatmış onlardan aldığı pulları onlara verməmişdir. Bu səbəbdən də onlara həyətlərindən 3 sot torpaq sahəsini satmaqdan imtina edirlər. Onlar əllərində olan sərəncam və etibarnaməni onlara göstərdilər. Cavabdehlər isə bildirdilər ki, onları aldatmışlar, bu sənədlər saxtadır və onları həyətdən qovdular. Bundan sonra o Cavabdeh3 pullarını tələb etdi. Qurban onu aldatmağa başladı, dəfələrlə söz verdi ancaq yerinə yetirmədi. O, məcburiyyət qarşısında qalıb Xəzər rayon polis idarəsinə müraciət etdi. Xəzər RPİ-də araşdırılma aparıldı və onun cavabdehlərə verdiyi pul məbləğı sübuta yetirildi. O onların cinayət məsuliyyətinə cəlb olunmasını istəyirdi. Lakin Xəzər RPİ-nin İŞnin müstəntiqi polis kapitanı Anar Bəxtiyarov cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 iyul 2020-ci il “Qərar”ının təsviri hissəsində qeyd edir ki, toplanmış materialın məzmununda cinayət tərkibi yaradacaq əsas olmadığından cinayət işinin başlanması rədd edilir. Ona görə də, məcburiyyət qarşısında qalıb mülki qaydada məhkəməyə müraciət edir. Bu müddət ərzində Cavabdeh3 ona 2500 manat pul qaytarmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, torpaq sahəsinin alınması məqsədi ilə verilmiş puldan ona 2500 manat qaytarılmışdır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 18 may 2021-ci il tarixli iclasında izahatı alınmış Cavabdeh1 izahatında bildirmişdir ki, iddianı qəbul etmir iddianın təmin edilməsinə etiraz edir. İddiaya münasibətdə həmçinin bildirmişdir ki, Pul ona verilməyib, alqı-satqıda da iştirak etməyib, evin çıxarışı var və bibisi oğlunun adınadır. Qurbanala alqı-satqını 12000 manata razılaşmışlar. Həmin puldan 11500 manat pul Elmara verilmişdir. Məhkəmənin 09.06.2021-ci il tarixli iclasında izahatı alınmış Cavabdeh3 bildirmişdir ki, iddianı qəbul etmir. Həmçinin bildirmişdir ki, Seymur ona 14500 manat pul vermişdir. Həmin 14500 manat pulu Elmara vermişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər Rayon Polis İdarəsinin 22.07.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı və X3 şikayəti əsasında toplanmış materialları üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. İş materiallarında olan Xəzər Rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 22.07.2020-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh3 ifadəsində bildimişdir ki, qohumu X4 təxminən 2019-cu ilin yay aylarında torpaq almaq fikrtinə düşmüş və 15 iyul 2019-cu il tarixdə Seymur ilə görüşərək Xəzər rayonu Binə qəsəbəsində 149 saylı orta məktəbin yan hissəsində Optimal marketin ara hissəsində təxminən 8 sot torpağın 3 sotunu ona göstərmişdir. Həmin vaxt Seymur Əliyevə torpaq sahəsinin Elmar adlı şəxsə məxsus olmasını bildirmiş və Seymurun şəxsiyyət vəsiqəsinin əslini alaraq Xəzər rayon Binə qəsəbəsində yerləşən 31 saylı notariat kontorunda torpaq sahəsi üzrə etibarnaməni təsdiq etdirərək, Seymura vermişdir.16.07.2019-cu il tarixdə Seymurun anası Meyxanımdan 3 sot torpaq sahəsinə görə 14500 manat pul almışdır. Həmin vaxt isə Seymur işdə olmuşdur. Bundan bir müddət sonra isə Elmar pulu ələ keçirib torpaq sahəsini satmamış və pulu da qaytarmaqdan imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində 0,03 ha. torpaq sahəsinin satılması ilə bağlı tərəflər arasında razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən 15000 manat pul müqabilində 0,03 ha. torpaq sahəsi İddiaçı satılmışdır. Həmin torpaq sahəsinin satılması müqabilində iddiaçı tərəfindən 14500 manat pul ödənilmişdir. Lakin sonradan torpaq sahəsi cavabdehlər tərəfindən iddiaçıya satılmasından imtina edilmişdir. İddiaçı ödənilmiş olan pulun qaytarılmasını tələb etsə də, ödəniş geri qaytarılmamışdır. Ödənilmiş olan puldan 2500 manat iddiaçıya qaytarılmışdır. Həmçinin məhkəmə müəyyən etdi ki, İddiaçı və X3 şikayəti əsasında toplanmış materialları əsasında Xəzər Rayon Polis İdarəsinin 22.07.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır (maddə 135.1). Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur (maddə 135.2). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə157.2). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1). Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehlər Cavabdeh3, X6 və Cavabdeh2 müştərək qaydada 12500 manat pul alınaraq İddiaçı ödənilməlidir. İddiaçının iddia tələbinin vəkil xidmətləri üçün 150 manat ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş hüquqi yardımın göstərilməsi ilə bağlı 231 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X2 ilə İddiaçı arasında hüquqi xidmət göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş 15.04.2021-ci il tarixli, 20917 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 150 manat Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X1 bank hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, X6 və Cavabdeh2 müştərək qaydada 12500 manat pul, 30 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi ilə bağlı 150 manat pul, ümumilkdə 12680 manat pul alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, X6 və Cavabdeh2 müştərək qaydada 12500 manat pul, 30 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi ilə bağlı 150 manat pul, ümumilkdə 12680 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1964/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1964/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver