Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1965/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi və onun vəkili və nümayəndəsi Nümayəndə Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X12 iştirakı ilə, Ərizəçi “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi” (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1990-cı ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktının müəyyən edilməsi barədə (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1984-cü il tarixdə Gürcüstanın Dmanisi rayonunun Şindilər kəndində anadan olmuşdur. Onun doğumu Dmanisi rayonu Qızılkilsə kənd xalq deputatları Soveti tərəfindən xx.xx.1984-cü il tarixdə 44 nömrəli aktla qeydiyyata alınmışdır və buna müvafiq olaraq o, Vİ-Tİ (TH) seriyalı, 284563 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. xx.xx.1990-cı il tarixdə ailə üzvlərilə birlikdə daimi yaşamaq məqsədilə Azərbaycana gələrək Şamaxı rayonunun Kərkənc kəndində məskunlaşmış, həmin vaxtdan etibarən daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır. 1991-ci ildə Şamaxı rayon Kərkənc kənd orta məktəbinin birinci sinfinə getmişdir. 2000-ci ildə həmin məktəbin doqquzuncu sinfini bitirmişdir. Lakin doqquzuncu sinfi bitirdiyinə dair sənəd almamışdır. Daha sonra təhsilini heç yerdə davam etdirməmişdir. 2006-cı ildə Azərbaycan Respublikasının vətəndaşı X27 ilə ailə quraraq Şamaxı rayonundan Bakı şəhərinə gəlmişdir. Həmin vaxtdan Bakı şəhərinin ərazisində yaşayır. Həmin evlilikdən üç uşağı doğulub. Lakin şəxsiyyətini təsdiq edən sənədin olmadığı üçün Şıxıyev Anarla nikaha daxil ola bilməmişdir. Hazırda o, ünvan 1 ünvanında yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvana olduğu yer üzrə qeydiyyata alınmışdır. X6 xx.xx.1956-cı il tarixdə Gürcüstanın Dmanisi rayonunun Şindilər kəndində anadan olub. Anası Gürcüstan SSR-nin vətəndaşı olub, 2005-ci ildə SSRİ nümunəli pasportlar Azərbaycanda qüvvədən düşdükdən sonra anası nə Gürcüstan dövləti tərəfindən, nə də Azərbaycan dövləti tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilmişdir. O, xx.xx.2021-ci il tarixdə Şamaxı rayonu, Kərkənc kəndində vəfat edib. Anası vəfat edəndə onun sadəcə SSRİ nümunəli pasportu var idi, bu səbəbdən də onun ölümü dövlət qeydiyyatına alınmayıb. X7 xx.xx.1954-cü il tarixdə Gürcüstanın Dmanisi rayonunurn Şindilər kəndində anadan olub. Atası Gürcüstan Respublikasının vətəndaşıdır, hazırda Şamaxı rayonunun Kərkənc kəndində yaşayır, pensiyaçıdır. Həyat yoldaşı X27 xx.xx.1981-ci il tarixdə Ermənistanın Qafan rayonunda anadan olub. Yoldaşı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan sovxozu adlanan ünvanda yaşayır, fərdi əməklə məşğuldur. X9 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olub. Qızı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan sovxozu adlanan ünvanda yaşayır, Bakı şəhəri 256 nömrəli orta məktəbin 7-ci sinif şagirdidir. X8 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olub. Oğlu Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan sovxozu adlanan ünvanda yaşayır, Bakı şəhəri 256 nömrəli orta məktəbin 7-ci sinif şagirdidir. Kiçik oğlu X28 xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonunun ərazisində yerləşən 3 saylı doğum evində anadan olub. Lakin onun şəxsiyyətimi təsdiq edən sənədi olmadığı üçün ona oğlunun doğulması barədə xəstəxana tərəfindən tibbi şəhadətnamə verilmədi. Oğlunun hazırda doğum faktını və şəxsiyyətini təsdiq edən hər hansı bir sənədi yoxdur. Bu səbəbdən də o, vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Oğlu hazırda Bakı şəhəri 256 nömrəli orta məktəbin məktəbəhazırlıq qrupunda oxuyur. X1 xx.xx.1977-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunun Şindilər kəndində anadan olub. Qardaşı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Şamaxı rayonunun Mədrəsə kəndində yaşayır. X2 xx.xx.1979-cu il tarixdə Gürcüstanın Dmanisi rayonunun Şindilər kəndində anadan olub. Qardaşı Azərbaycan Respublikasının vətəndaşıdır. O, orda Bakı şəhəri Hövsan qəsəbəsində yaşayır (ünvanı dəqiq bilmirəm). X3 xx.xx.1981-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunun Şindilər kəndində anadan olub. Qardaşı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi adlanan yerdə (ünvanı dəqiq bilmirəm) yaşayır. X4 xx.xx.1987-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunun Şindilər kəndində anadan olub. Bacısının hazırda hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi yoxdur. Onun sadəcə doğum haqqında şəhadətnaməsi var. Bu səbəbdən də o, vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-ın himayəsindədir. Bacısı hazırda Şamaxı rayonunun Kərkənc kəndində yaşayır. O, 1990-cı ildən Azərbaycan Respublikasının ərazisində yaşasa da, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməmiş, Gürcüstan Respublikasının isə vətəndaşı hesab edilmir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8752713 nömrəli arayışdan görünür ki, o, Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Bundan başqa, Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 01/299066 nömrəli arayışdan da görünür ki, o, Gürcüstan Respublikasının vətəndaşı hesab edilmir. Hazırda onun 39 yaşı var, lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi olmadığı üçün o, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi qeyri-müəyyən vəziyyətdə Azərbaycanda yaşayır. O, xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyinə yardım edilməsini xahiş etmişdir. DMX onun müraciətinə xx.xx.2024-cü il tarixli, 3-37/2- N-1444-26-1-08-2502/2024 nömrəli məktubla aşağıdakı məzmunda cavab vermişdir: “Odur ki, 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşamağınız və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağınız faktı məhkəmə qaydasında müvəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərsiniz.” O, 1990-cı ildən etibarən Azərbaycan Respublikasının ərazisində daimi yaşasa da, qeydiyyatsız yaşadığı üçün onun Azərbaycanda daimi yaşadığını təsdiq edən sənədi yoxdur. Bu səbəbdən də bu vaxta qədər Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmişdir. O, eyni zamanda, doğulduğu ölkənin də vətəndaşı hesab olunmur. Baxmayaraq ki, o, heç bir ölkənin vətəndaşı deyil, onun vətəndaşlığı olmayan şəxs statusunu təsdiq edəcək sənədi də yoxdur. Onun Azərbaycanda daimi yaşamağını və vətəndaşlığı olmayan şəxs olduğumu təsdiq edən sənədi olmadığı üçün o, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün vəsatət qaldıra bilmir. Onun da Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyi üçün Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşamağı və vətəndaşlığı olmayan şəxs olduğu təsdiq edilməlidir. Mən isə bu faktları təsdiq edən sənədləri heç bir qaydada ala bilmir. Vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktını ona verilmiş Azərbaycan Respublikası ərazısində daimi yaşamaq üçün icazə vəsiqəsi təsdiq edir. Onun vəziyyətində olan şəxslərin isə daimi yaşamaq üçün icazə vəsiqəsi ilə təmin edilməsi səlahiyyətini qanunvericilik heç bir orqana həvalə etməyib. Bu səbəbdən də o, 1990-cı il tarixdən hal-hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı faktını təsdiq edən sənədi heç bir qaydada ala bilmir. Belə ki, o, 1990-cı ildən daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır. SSRİ-nin süqutundan sonra həm Azərbaycan Respublikası, həm də Gürcüstan Respublikası vətəndaşlıq məsələlərini tənzimləyən qanun qəbul ediblər. Həmin qanunlara əsasən, o, nə Gürcüstan Respublikasının, nə də ki, Azərbaycan Respublikasının vətəndaşı hesab edilir. Göründüyü kimi, o, Azərbaycan Respublikasının ərazisində vətəndaşlığı olmayan şəxsə çevrilmişdir. Azərbaycan Respublikası qanunvericiliyi isə 1992-ci ilin yanvarın 1-dən sonra Azərbaycan Respublikası ərazisində vətəndaşlığı olmayan şəxsə çevrilən şəxslərin sənədləşdirilmə (vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi ilə təmin edilmə) qaydasını müəyyən etmədiyi üçün ona Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə İdarəsi tərəfindən şəxsiyyət vəsiqəsinin verilməsi də mümkün olmur. Belə ki, “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin yüsusi sənədləri haqqında” Əsasnamənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatanadək və 16 yaşına çatdıqdan sorrra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına verilir. Göründüyü kimi, qanunvericilik 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin ancaq 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə verilməsini nəzərdə tutur. O isə Azərbaycan Respublikasında 1992-ci il yanvarın 1-dək daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxs olmadığıdan qanunvericilik ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin verilməsini nəzərdə tutmayıb. Göründüyü kimi, qanunvericilik norması onun və onun vəziyyətində olan şəxslərin Azərbaycan Respublikası ərazisində qanuni yaşaması üçün heç bir qayda müəyyən etməyib. Məhz bu səbəbdən də, qanunvericilik onun vəziyyətində olan şəxslərin (keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və Şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin) Azərbaycan Respublikası vətəndaşlığına qəbulla bağlı vəsatətinin həmin şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü issəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surətli əsasında qəbul edilməsini nəzərdə tutur. Buna müvafiq olaraq, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmət onun vəziyyətində olan şəxslərin Azərbaycan Respublikası vətəndaşlığına qəbulla bağlı vəsatətini həmin şəxslərin Azərbaycan Respublikasında daimi yaşaması faktı və həmin şəxslərin heç bir ölkənin vətəndaşı olmaması faktının müəyyən olunduğu məhkəmə qətnaməsi əsasında qəbul edir. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün vəsatət qaldıra bilməməyi onun sənədsiz vətəndaşlığı olmayan şəxs vəziyyətində - qeyri-müəyyən statusda yaşamağına səbəb olur ki, bu da, onun “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsilə nəzərdə tutulan şəxsi və ailə həyatına hörmət hüququnu pozur və bu məsələdə o, ayrı-seçkiliyin qurbanı olur. Belə ki, o, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi əmlaka sahib olmaq, başqa yerə getmək imkanından və hər hansı bir dövlətin himayəsindən məhrum olmuşdur. Vətəndaşlığının olmaması Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmağını qeyri-mümkün edir və bu da onun (xüsusən“fin kod” tələb edilən) bir çox dövlət və qeyri-dövlət xidmətlərinə çıxışının məhdudlaşdırılmasına səbəb olur, nəticədə o, hüquqlara çatımlılığı itirir - hüquq subyekti kimi qəbul edilmir. Bundan başqa, şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün kiçik oğlunun doğum faktının qeydə alınıb doğum haqqında şəhadətnamə ilə təmin edilməsi də mümkün olmur. Onun doğum faktının qeydə alınıb doğum haqqında şəhadətnamə ilə təmin edilməsi üçün onun şəxsiyyəti təsdiq edən sənədə malik olmağım tələb olunur. Ona görə də, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək məqsədilə vəsatət qaldıra bilməyi üçün onun 1990-cı il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi və onun vəkili və nümayəndəsi Nümayəndə hər biri ayrılıqda ərizənin məzmununa uyğun izahat verməklə ərizənin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X23 ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Alikhan Nasibov bildirmişdir ki, ərizəçi onun qızıdır. Qızı Ərizəçi Anar Şıxıyevlə ailə qurmuşdur. Onların nikahlarından 3 uşaqları olmuşdur. Zveydə 1990-cı ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşayır və heç bir dövlətin vətəndaşlığına mənsub deyildir. Məhkəmə ərizəçinin və şahidlərinin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti vətəndaşlıq Məsələləri Baş İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli 3-37/2- N-1444-26-1-08-2502/2024 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli 31315/m nömrəli müraciətinizə əsasən Dövlət Mıqrasıya Xidməti tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinızin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparılmış və Sizin Azərbaycan Respublikasının vətəndaşı olmadığınız nəticəsinə gəlinmişdir. Bu barədə xx.xx.2023-cü il tarixti 8752713 nömrəli arayış tərtib edilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş İl ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Sözügedən Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Odur ki, 2006-cı il yanvarın 1dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşamağınız və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağınız faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərsiniz. İş materiallarında olan Şamaxı rayonu Kərkənc kənd tam orta məktəbin 67 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 20 may 1984-cü il təvəllüdlü Ərizəçi 1991ci ildə Azərbaycan Respublikası Şamaxı rayonu Kərkənc kənd tam orta məktəbin İ(birinci) sinfinə daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli ünvan 8fatbaşına kitablarından çıxarışdan görünür ki, Şamaxı rayon Kərkənc kənd XDS İcraiyyə Komitəsinin 1993-1995-ci illərin təsərrüfatbaşına kitablarında Ərizəçi atası X13 təsərrüfatında qeydiyyatdadır. Ailə tərkibi aşağıdakı kimidir: X24 -ailə başçısı, X17-yoldaşı, X29-oğlu, X25-oğlu, X26-oğlu, Ərizəçi-qızı, 1984-cü il X16-qızı -1987-ci il. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin xx.xx.2023-cü il tarixli 3-37/2-N-1956-xx-xx- 5587/2023 saylı arayışından görünür ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, xx.xx.1984-cü il təvəllüdlü, Zveyda Nasibovaya (himayə sənədi N-***- *******5) ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən 24 fevral 2023-cü il tarixindən 29 fevral 2024-cü il tarixinədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 20 may 1984-cü il təvəllüdlü Ərizəçi 31315/m nömrəli, 27 yanvar 2023-cü il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan SSSR pasportunun surətindən görünür ki, milliyətcə azərbaycanlı olan X18 xx.xx.1954-cü il tarixdə Gürcüstan SSR, Dmanisi rayonu, Şindilər kəndində doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.2009-cu ildə doğulmuşdur. X10, anası X11r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X19 xx.xx.2007-ci ildə doğulmuşdur. X10, anası X11r. İş materiallarında olan Gürcüstan Ədliyyə Nazirliyi Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin 01/299066 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi (d/t:xx.xx.1984-cü il) Gürcüstan vətəndaşı deyildir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü ildə doğulmuşdur. X7, X6dır. İş materiallarında olan Azərbaycan Respublikasının DSX Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli 3-38-2/33-1148/24 saylı məktubundan görünür ki,”Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, xx.xx.1984-cü il təvəllüdlü X5 2002-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkan xaricindədir. xx.xx.1984-cü il təvəllüdlü X5 xx.xx.2002-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinin əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilir. Həmin Məcəllənin 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli, 527-İQ nömrəli Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Həmin Qanunun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi 20 may 1984-cü ildə Gürcüstanın Dmanisi rayonunun Şindilər kəndində doğulmuşdur. Ərizəçi X7, X6dır və ərizəçinin hər iki valideyinin mülliyətcə azaərbaycanlıdırlar. Həmçinin məhkəmə iclasında ərizəçinin və şahid qismində dindirilmiş şəxsin izahat və ifadələrindən müəyyən edilmişdir ki, ərizəçinin valideynləri 1990-cı ildən Şamaxı rayonunda yaşayırlar. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı ilə nikahdadır və onların nikahlarından 3 övladları olmuşdur. Həmçinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsibiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nətcələrinə dair xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışından və Gürcüstan Ədliyyə Nazirliyi Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin 01/299066 saylı, xx.xx.2023-cü il tarixli arayışından Ərizəçi nə Azərbaycan Respublikasının, nə də ki, Gürcüstan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1990ci ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı və heç bir dövlətin vətəndaşı olmadığı faktı müəyyən ediləmlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci, 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1984-cü ildə Gürcüstan Respublikasının Dmanisi rayonunun Şindilər kəndində anadan olmuş Ərizəçi 1990-ci ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı və heç bir dövlətin vətəndaşı olmadığı faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1965/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1965/2024
12.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver