Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-198/2025 21.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı oğlunun Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən 0,0060 ha hissəsindən çıxarılması və həmin torpaqda tikilmiş tikilinin cavabdeh X2 hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 23 may 2023-cü il tarixdə Bakı şəhəri 53 saylı Notariat ifisində AN-1№ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqviləsi bağlamaqla ünvan 2 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi almışdır. Mülkiyyət hüququ Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən xx.xx.20223-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış və bununla bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********28 nömrəli çıxarış verilmişdir. Çıxarışa əsasən 0.03 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin torpaq sahəsinin planı və ölçüsü ilə bağlı sənəddə topaq sahəsinin A№916497 seriyalı reyestr nömrəsinə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 83-cü Qala küçəsi, 48 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi onn xüsusi mülkiyyətidir. Ona məxsus torpaq sahəsinin bir hissəsi daha dəqiq desək 0.0060 ha hissəsinə cavabdeh icazəsiz keçərək özünə özbaşına tikili inşa etmişdir. Cavadehin ona məxsus olan torpaq sahəsinin müəyyən hisssəsində inşa etdiyi tikili onun mülkiyyətindən maneəsiz istifadə etməyinə maneə olur, bu da konstitusion hüquqlarının pozulması deməkdir. Nəticə etibarı ilə cavabdeh həmin ərazidə onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinə qeyri-qanuni sahiblik edir. Dəfələrlə cavabdehə ona məxsus olan torpaq sahəsində yerləşən tikilinin sökülməsi ilə bağlı müraciət etsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. Cavabdeh onun xüsusi mülkiyyətində olan torpaq sahəsini boşaltmır. Cavabdehə torpaq sahəsinin yerində qarşılıqlı razılıqla dəyişiklik etməyi barədə təklifləri ilə razılığa gəlmək fikrində deyildir. Cavabdeh mənə məxsus ünvan 2 ünvanında yerləşən 0.0060 ha hissəsindən çıxarılması və həmin torpaqda tikilmiş tikilinin Cavabdeh hesabına sökülməsinə dair qətnamə çıxarmağınızı xahiş edirəm. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatın dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X4 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0,03 ha hissəsini 24500 manata İddiaçı satmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDKR PHŞ tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi (Yeni qaydalarla: ünvan 3 ünvanında yaşayış məntəqələrinin torpaqları təyinatlı sahəsi 0,03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-22277/25 saylı ekspert rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 300.0 kv.m olsa da, faktiki olaraq hasardaxili 255.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. İddiaçının torpaq sahəsinə dair plan ölçüdəki koordinatlara əsasən hasarlama düzgün aparılmadığından mülkiyyətdə olan 300.0 kv.m torpaq sahəsinin 45.0 kv.m hissəsi faktiki olaraq Cavabdeh istifadəsindədir. Həmçinin cavabdeh tərəfindən əlavə 35.0 kv.m torpaq sahəsi istifadə edilməkdədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sənəd üzrə sahənin yerləşməsi ilə faktiki vəziyyət arasında fərq mövcuddur. Belə ki, sxemə əsasən əlavə sahə yol (şimal) tərəfdən olub (35.0 kv.m), sahənin 45.0 kv.m hissəsi isə qonşunun istifadəsinə qalmaqla azalmışdır. Həmçinin qonşu fərdi yaşayış evinin 3.0 kv.m hissəsi (tikintialtı sahənin bir hissəsi) iddiaçının sahəsinə düşür. Sözügedən fərdi yaşayış evi **********27-10301 reyestr nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hazırki halda İddiaçı cavabdehlər Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və 158.4-cü maddəyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1- ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iclasında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-22277/25 saylı ekspert rəyi iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, mübahisə predmeti olan tikiliyə cavabdeh tərəfindən hüquqları dövlət qeydiyyatından keçmişdir. Eyni zamanda cavabdeh tərəfindən iddiaçya məxsus torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir. Bu səbəbdən həmin ekspert rəyi əsas götürülməli və iddia ərizəsi qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Həmçinin Məhkəmə ekspertiza xərcinin tərəflərdən tutulması ilə bağlı qeyd edir ki, 50 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin zəbt edilmiş 45.0 kv metr hissəsindən çıxarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinə görə 100 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-198/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-198/2025
21.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver