Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1981/2020 02.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8265 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2018-ci il tarixdə ona məxsus bağ evində mebellərin yığılması işləri ilə əlaqədar tanış olmuşdur. Bir müddət sonra cavabdehə ona məxsus Mərdəkan qəsəbəsində yerləşən evini göstərərək, ondan həmin bağ evi üçün mebellərin onun sifarişi əsasında yığılmasını xahiş etmişdir. Onların arasında olan şifahi razılaşma əsasında işlərin smeta dəyəri 51365 manat təşkil etmişdir.Cavabdehin razılığı əsasında tərəfindən işlərə başlanılmış və cavabdeh tərəfindən mütəmadi şəkildə hissələrə bölünməklə ödənişlər həata keçirilmişdir. Cavabdeh tərəfindən 43100 manat ödəniş ödənilmiş qalıq olan 8265 manat pul vəsaiti isə cavabdeh tərəfindən bu hünədək ödəməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat vererək bildirdi ki, təxminən 2016-cı ilin sonlarında cavabdehə məxsus olan Mərdəkan qəsəbəsində yerləşən bağ evinə mebəlellərin sifarşini qəbul etmiş, bununla bağlı 51365 manat dəyərində smeta tərtib olunaraq aralarında razlaşmışlar. Cavabehlə işlərin 3 ay ərzində yekunlaşağağını razılaşsalarda, müəyyən problemlərinin olmasına görə, həmçinin sonradan əlavə sifariş olduğundan işi 2017-ci ilin sonlarına yaxın qüsursuz olaraq təhvil vermişlər. Cavadeh hissə hissə olaraq ödəniş etmiş, sonuncu dəfə 2017-ci ilin təxminən may-iyun aylarında 5000 manatı ödədikdən sonra ödəniş etməmişdir. İşi yekunlaşdırdıqdan sonra 8265 manatı ödənilməsini xahiş etsədə, cavabdeh hər dəfə bir bəhanə ilə pulu ödəməkdən yayınmışdır. Həmçini qeyd etdi ki. işin icrasının gecikdirildiyi təqdirdə qalan məbləğin ödənilməməsi barədə cavabdehlə heç bir anlaşma olmamışdır. Odur ki, tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahat verərək bildirdi ki, 2016-cı ilin sonlarında onunla (sifarişçi) iddiaçı arasında bağ evi üçün mebellərin hazırlanmasına dair şifahi podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı 3 ay ərzində sifariş olunmuş mebelləri hazırlamağı öhdəsinə götürmüş, lakin həmin öhdəliyin icra edilməsini gecikdirməklə mebelləri 2017-ci ilin sonlarında tam olaraq təhvil vermişdir. İlk olaraq 20000 manat ödəniş etmiş, sonradan iddiaçı pulunun qurtardığını bildirərək işi yekunlaşdırmaq üçün ondan yenə də pul istəmişdir. Sonuncu dəfə 2017-cilin may ayında 5000 manat ödəniş etsə də iddiaçı işi vaxtında icra etməmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsi nəticəsində ona maddi zərər dəymiş, belə ki, yay ayında bağ evinə köçməli olduğu halda mebellər hazır olmadığından üç ay ərzində o kirayə bağ evi tutmağa məcbur olmuşdur. İddiaçıya bildirmişdir ki, işi vaxtında tam icra etməsə qalan məbləği ödməyəcəkdir. İddiaçı isə işi 2017-ci ilin sonlarına yaxın yekunlaşdırmişdır. Hesab edir ki, onun İddiaçı sözügedən mebellərə görə borcu qalmamışdır. Lakin belə bir borcun mövcud olması ehtimal edilsə belə, hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti buraxılmaqla verilmişdir. Qeyd edilənlərə əsasən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, o mebel sexində usta işləyir. 2016-cı ildə Fərdinin evində işləmişdir. Tərəfindən görülən işlər 2017ci ildə yekunlaşmışdır. Sonuncu tumba noyabr ayında cavabdehin evinə qoyulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin izahatından tərəflər arasında şifahi razılıq əsasında Cavabdeh məxsus evdə İddiaçı tərəfindən sifariş olunmuş mebelləri hazırlaması barədə razılıq əldə edilmiş Şifahi razılaşmanın əsasında iddiaçı tərəfindən sifariş üzrə işlər 2017-ci ili sonlarına yaxı tam və qüsursuz görülmüşdür. Cavabdeh tərəfindən sifariş üzrə işlərin icra vaxtında təhvil verilməməsi ilə bağlı hal mübahisələndirilmişdir. Həmin görülmüş işlərin müqabili olaraq cavabdeh tərəfindən razılaşdırılmış ödənişdən 43100 manat ödəniş ödənilmiş, qalıq olaraq 8265 manat pul vəsaiti isə cavabdeh tərəfindən ödəməmişdir. Hazırda İddiaçı görülmüş işlərin müqabili olaraq cavabdeh tərəfindən 8265 manat pulun ödənilməli olduğunu iddia edir. Cavabdeh isə borcunun olmadığını, əgər borcu olmuş olsa belə tələb etmək üçün iddia müddətinin ötürülmüş olduğunu iddia edir. İddiaçı tərəfindən məhkəmə təqdim edilmiş olan “Whats app” yazışmalarından tərəflər arasında görülmüş işşlərin müqabili olaraq borcun ödənilmədiyi aşkar olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə görə Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə qarşılıqlı razılıq əsasında öz üzərinə götürdüyü öhdəlikləri tam olaraq icra etmişdir. Lakin cavabdeh tərəfində qarşılıqlı razılıq üzrə razılaşdırılmış ödəniş həyata keçirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Göründüyü kimi qanunverici icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. İşin hallarından görünüdüyü kimi tərəflər arasında olan şifahi razılaşma üzrə görülmüş xidmət üzrə ödənişin tələb etmə anı 2017-ci ildən başlamışdır. İşin tərəflər arasında mübahisə edilməyən halından görünür ki, iddiaçı üzərinə götürdüyü işləri 2017-ci ilin sonlarına yaxın təhvil vermişdir. Cavabdeh tərəfindən sonuncu ödəniş isə 2017-ci ilin may-iyun aylarında olmuşdur. Məhkəmə qeyd edir ki, hazırki iddia üzrə iddia müddət üç il müəyyən edilmişdir. İddia ərizəsi isə məhkəməyə xx xxxx 2020-ci ildə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqlarının müdafisəi üzrə məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməmişdir. Məhkəmə həmçinin iddia müddəti ilə bağlı COVİD 19 karonavirus pandemiyası ilə bağlı ölkə ərazisində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən tətbiq edilmiş karantin reijmi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2020-ci il və xx xxxxx 2020-ci il Qərarlarına uyğun tövsiyyələri ilə əlaqədar respublika məhkəmələrində tətəbiq olunan məhdud iş rejimini də nəzərə alır. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh tərəfindən razılaşma üzrə öhdəliyi lazımınca icra etmədiyindənİddiaçı iddia tələbi təmin edilməli, cavabdehdən 8265 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8265 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1981/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1981/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver