Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1986/2020 08.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, Ərizəçi və vəkili X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Ərizəçi xx.xx.2001-ci ildə Bakı şəhərində doğulması və doğum faktının qeydiyyata alınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1 nömrəli Klinik Xəstəxananın doğum şöbəsinin vermiş olduğu xx xxxxxx 2001-ci il tarixli arayışa görə X2 xx xxxxxx 2001-ci il tarixdəxəstəxanada qız uşağı olmuşdur. O uşağı X5 yanına gətirmiş. Bir müddətdən sonra uşağı Qafarov Habilin üstünə ataraq, çıxıb getmişdir. Bir neçə vaxtdan sonra anası X3 bir daha uşağa görə narahat olmayaraq, uşağa baş çəkmək üçün gəlməmişdir. Yeni doğulmuş uşağı X11 və anası X1 böyütmüşlər. Həmin vaxtdan uşağın anası X3 uşağın onun adına qeydiyyata alınmasını istəmədiyindən X5 X3 ilə rəsmi nigahları olmadığından yeni doğulmuş uşağın qeydiyyata alınması mümkün olmamışdır. Doğum haqqında şəhadətnaməsi olmadan, həmin uşaq Ərizəçi adı altında təhsil almış və 9-cu sinifi bitirmişdir. Bundan başqa Binə qəsəbəsində yerləşən poliklinikadan alınan arayışa görə Ərizəçi orada qeydiyyatda olmaqla yanaşı, həm də sağlamdır. Daha sonra ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizəsini dəqiqləşdirərək, Ərizəçi xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulması, soyadının “Qafarova”, adının “Zəminə”, ata adının “Habil”, milliyyətinin Azərbaycanlı, atasının X11-milliyyətinin Azərbaycanlı, anasının X3 milliyyətinin Azərbaycanlı kimi qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkili X9 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayarq, maraqlı şəxs Bakı şəhəri Xəzə rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə marraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan DİN-nin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, X2 qeydiyyatda olduğu yer barədə məlumat yoxdur. İş materiallarında olan Səhiyyə Nazirliyi 29 nömrəli Bakı şəhər xəstəxanasının xx.xx.2019-cu il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, Ərizəçi xx.xx.2001-ci ildə doğulmuşdur. İş materiallarında olan Xəzər rayonu S.Abbasov adına 117 nömrəli tam orta məktəbin xx.xx.2019-cu il tarixli 444 nömrəli arayışından görünür ki, Ərizəçi 2016/2017-ci il tarixlərdə 117 nömrəi tam orta məktəbin 9-cu sinfini bitirmişdir. İş materiallarında olan Xəzər rayonu S.Abbasov adına 117 nömrəli tam orta məktəbin məhkəmə ünvanladığı xx.xx.2020-ci il tarixli 25 nömrəli şəkilli məktubunda Ərizəçi orta məktəbin 1-ci sinfinə qəbul edildiyi, 2016/2017-ci il tarixlərdə 117 nömrəi tam orta məktəbin 9-cu sinfini bitirməklə ona orta təhsil haqqında şəhadətnamə verilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Zəminə onun nəvəsidir, Zəminə xx.xx.2001-ci il tarixdə doğulmuşdur. Doğulduqdan 3 ay sonra uşağın anası Aysel Mustafayeva uşağı oğlu Habil Qfarov a vermişdir. Nəvəsi Zəminəni o böyütmüşdür. Hazırda Zəminə onunla yaşayır. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Zəminəgilin qonşusudur. Zəminə xx.xx.2001-ci il tarixdə doğulmuşdur. Beləliklə, ərizəçi tərəfin izahatı və işin materialları ilə Ərizəçi xx.xx.2001-ci il tarixində Bakı şəhərində anadan olması, milliyyətinin Azərbaycanlı olması, atasının X11, anasının X3 olması tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müvafiq sənədlər olunmadığına görə onun doğum akt qeydinin verilməsində imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, doğum haqqında müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduğundan Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin aparılmasından imtina etməsi nəticəsində o, öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulması, soyadının “Qafarova”, adının “Zəminə”, ata adının “Habil”, milliyyətinin Azərbaycanlı, atasının X11-milliyyətinin Azərbaycanlı, anasının X3 milliyyətinin Azərbaycanlı olması ərizəçi tərəfin izahatı və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulması, soyadının “Qafarova”, adının “Zəminə”, ata adının “Habil”, milliyyətinin Azərbaycanlı, atasının X11-milliyyətinin Azərbaycanlı, anasının X3 -milliyyətinin Azərbaycanlı kimi qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1986/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1986/2020
08.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver