Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2/2025 18.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və torpaq sahəsinin sərhədlərinin bərpa edilməsi tələbinə dair iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsinin bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun istifadəsində olan Xəzər rayonu (keçmiş Əzizbəyov), Çüvəlan qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin (arxa hissəsindən 40 kv.m; ön hissədən 50 kv.m) bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1023a saylı bağ sahəsinin alqısatqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı, onun hüquqi nəticəsi olan xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın və **********80 reyestr nömrəli torpaq sahəsinin plan və ölçülərinin ləğv edilməsi, eləcə də Bakı Şəhər İcra hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə mənim aramda bağlanmış 8463 saylı xx.xx.2005-ci il tarixli müqavələyə əsasən Bakı şəhəri Şüvəlan qəsəbəsində 0.08 ha torpaq sahəsində yerləşən 1023 nömrəli bağ sahəmin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış sərhədlərinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1023a saylı bağ sahəsinin alqısatqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satğı müqaviləsinin etibarsızlığı, onun hüquqi nəticəsi olan xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın, xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın, elecədə xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli (seriya MH 0090073) Çıxarışın və xx.xx.2008-ci il tarixli **********80 reyestr nömrəli (AA002638) torpaq sahəsinin plan və ölçülərinin ləğv edilməsi, Bakı Şəhər İcra hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə arasında bağlanmış 8463 saylı, xx.xx.2005-ci il tarixli müqavələyə əsasən Bakı şəhəri Şüvəlan qəsəbəsində 0.08 ha torpaq sahəsində yerləşən 1023 nömrəli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış sərhədlərinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azadılması barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1023a saylı bağ sahəsinin alqısatqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı, onun hüquqi nəticəsi olan xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın, xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın, elecədə plan və ölçü sənədinin ləğv edilməsi, Bakı Şəhər İcra hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə arasında bağlanmış 8463 saylı, xx.xx.2005-ci il tarixli müqavələyə əsasən Bakı şəhəri Şüvəlan qəsəbəsində 0.08 ha torpaq sahəsində yerləşən 1023 nömrəli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış sərhədlərinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəflər arasında bağlanmış barışıq sazişini təqdim edərək tərəflər arasında barışığın əldə edildiyini bildirdi və barışıq sazişinin təsdiq olunmaqla iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı aralarında bağlanmış barışıq sazişinin təsdiq olunmaqla iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunmaqla iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat veriməsinə baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1023 və 1023a saylı bağların ara sərhəddi kimi tərəflərin razılığı ilə buna qədər çəkdikləri hasarı qəbul edir və qeyd olunan hasarın 1023 və 1023a saylı bağları fakitiki olaraq kəsən hissələrinə münasibətdə bir-birlərinin mülkiyyət hüququnu tanıyır və qarşılıqlı olaraq güzəştə getmələri, hazırkı Sazişlə 1023 və 1023a saylı bağlar üzrə torpaq sahələrinin sərhədlərini yalnız sazişin tərkib hissəsi olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X3 1 saylı Bakı Ərazi İdarəsinin 3-21- 3-30/247975/2024 saylı, 28 noyabr 2024-cü il tarixli məktuba qoşma olaraq əlavə etdiyi mütəxəssis rəyinin, rəydə göstərilmiş bölgü sxem və torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən razılaşmaları, bölgüdən sonra 1023 saylı bağ sahəsinin faktiki sahəsi 0,0808 ha, 1023a saylı bağ sahəsinin faktiki sahəsi isə 0,1157 ha olması və qeyd olunmuş bölgüyə etiraz və əlavələr olmaması, 1023a saylı bağ sahəsinin 58.0 kv-m. təşkil edən hissəsinin qonşu 1024 saylı bağ sahəsinin hasarı daxilində yerləşməsi ilə bağlı məsələ hazırki mübahisənin və barışıq sazişinin predmetinin təşkil etməməsi barədə barışıq əldə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Odur ki, məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum olmadığından tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2025-ci il tarixdə aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin: - Tərəflər razılaşırlar ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1023 və 1023a saylı bağların ara sərhəddi kimi tərəflərin razılığı ilə buna qədər çəkdikləri hasarı qəbul edir və qeyd olunan hasarın 1023 və 1023a saylı bağları fakitiki olaraq kəsən hissələrinə münasibətdə bir-birlərinin mülkiyyət hüququnu tanıyır və qarşılıqlı olaraq güzəştə gedirlər. - Tərəflər hazırkı Sazişlə 1023 və 1023a saylı bağlar üzrə torpaq sahələrinin sərhədlərini yalnız sazişin tərkib hissəsi olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X3 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3- 30/247975/2024 saylı, 28 noyabr 2024-cü il tarixli məktuba qoşma olaraq əlavə etdiyi mütəxəssis rəyi, rəydə göstərilmiş bölgü sxem və torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına əsasən razılaşır, bölgüdən sonra 1023 saylı bağ sahəsinin faktiki sahəsi 0,0808 ha, 1023a saylı bağ sahəsinin faktiki sahəsi isə 0,1157 ha olur və qeyd olunmuş bölgüyə etiraz və əlavələr yoxdur. - Tərəflər eyni zamanda razılaşırlar ki, 1023a saylı bağ sahəsinin 58.0 kv-m. təşkil edən hissəsinin qonşu 1024 saylı bağ sahəsinin hasarı daxilində yerləşməsi ilə bağlı məsələ hazırki mübahisənin və barışıq sazişinin predmetinin təşkil etmir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və torpaq sahəsinin sərhədlərinin bərpa edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, MPM-in 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2/2025
18.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver