Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-20/2021 16.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, iddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi X4, İddiaçı2 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, İddiaçı1 İxtisaslaşdırlmış Mədə-Bağırsaq sanatoryasının nümayəndəsi X5, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq sanatoriyası, İddiaçı2 Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Cavabdeh qarşı “Qanunsuz inşa edilmiş tikililərin sökülməsi və sahənin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq sanatoriyası, İddiaçı2 Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq sanatoriyası daimi və qanuni istifadəsində olan Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin, hasarın onun hesabına sökülməsi sahənin əvvəlki vəziyyətə gətirilməsi ərazinin boşaldılması və dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 Mədə-Bağırsaq Sanatoriyası 1965-ci ildən fəaliyyət göstərir. Kurortlar Şurasının müraciətinə əsasən Bakı şəhər XDS İcraiyyə Komitəsinin 10.11.1959-cu il tarixli 05/820 saylı sərəncamı ilə «Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının tikintisi üçün 26 ha. torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi təyinatı üzrə istifadə edilmiş, orada müalicə və yataq korpusları tikilmiş, ərazidə abadlıq və yenidənqurma işləri aparılmışdır. 01.06.2004-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının adına Torpaqdan daimi istifadə hüququna aid Dövlət Aktı verilmişdir. Sanatoriyada müalicə olunanların rahatlığını və təhlükəsizliyini təmin etmək, sanatoriyanın ərazisinə kənar şəxslərin girişinin qarşısını almaq məqsədilə sanatoriyanın ərazisinin daş hasara alınması nəzərdə tutulmuşdur. Həmin məqsədlə də sanatoriyanın məsul şəxsləri tərəfindən sanatoriyanın ərazisinə baxış keçirilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Baxış keçirilərkən müəyyən olunmuşdur ki, ayrı-ayrı şəxslər tərəfindən sanatoriyanın ərazisi zəbt edilmiş, ərazi hasara alınmış və zəbt edilmiş ərazilərdə qeyri-qanuni tikililər inşa edilmişdir. Həmçinin iş üzrə Cavabdeh tərəfindən ərazi zəbt edilmiş, hasara alınmış və ərazidə tikililər inşa edilmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı1 Mədə Bağırsaq sanatoriyası 1965-ci ildən fəaliyyət göstərir. Bakı şəhəri X11 tərəfindən İddiaçı1 Mədə-Bağırsaq sanatoriyası üçün 2 dəfə torpaq sahəsi ayrılmışdır. Birinci dəfə 10 noyabr 1959-cu ildə 05/820 saylı sərəncamla sanatoriyanın tikintisi məqsədilə 21.33 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsi təyinatı üzrə istifadə edilmiş, orada müalicə və yataq korpusları tikilmiş, ərazidə abadlıq işləri aparılmış, sanatoriyanın işçiləri üçün xidməti evlər tikilərək istifadəyə verilmişdir. 2-ci dəfə isə sanatoriyanın rəhbərliyinin müraciətinə əsasən yeni korpusun tikintisi üçün 30 aprel 1970-ci ildə 29/607 saylı qərarla 6.20 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi 20/86 saylı aktla naturada təhvil verilmiş, təyinatı üzrə istifadə edilmiş, rentgen kabineti, yeni korpus, klub, inzibati tikililər inşa edilmişdir. Hər iki torpaq sahəsinə 2004-cü ildən torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı verilmişdir. Son illər sanatoriyanın ərazisində irimiqyaslı təmir-tikinti və yenidənqurma işləri aparılmış və ərazidə xeyli abaldıq işləri görülmüşdür. Bütün bunlarla yanaşı, sanatoriyada müalicə olunanların rahatlıqlarını, təhlükəsizliklərini təmin etmək üçün sanatoriyanın ərazisinə kənar şəxslərin girişinin qarşısını almaq məqsədilə sanatoriyanın ərazisinin daş hasara alınması nəzərdə tutulmuşdur. Həmin məqsədlə sanatoriyanın bütün ərazisinə baxış keçirilmiş və məlum olmuşdur ki, iş üzrə cavabdeh tərəfindən sanatoriyaya məxsus torpaq sahəsi zəbt edilmiş, orada tikililər inşa edilmişdir. Sanatoriyanın rəhbərliyinin zəbt edilmiş sahənin boşaldılması, inşa edilmiş tikintinin sökülməsi barədə tələbinə cavabdeh əməl etmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 İxtisaslaşdırlmış Mədə-Bağırsaq sanatoryasının nümayəndəsi X10 və İddiaçı2 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 hər biri ayrı-ayrılqda iddianı müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, 0,035 ha torpaq sahəsi ona onun atasına ayrılmış torpaq sahəsidir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının adına verilmiş 01.06.2004-cü il tarixli, JN-1054 saylı torpaqdan daimi istifadə hüququna dair Dövlət aktından görünür ki, Bakı şəhər X11 İcraiyyə Komitəsinin 10.11.1959-cu il tarixli, 05/820 saylı sərəncamına əsasən İddiaçı1 Mədə-Bağırsaq sanatoriyasının tikintisi üçün 16,9 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Dövlə Arxivinin Bakı filalı tərəfindən 28.09.2009-cu il tarixli 2846 nömrəli arxiv arayışından görünür ki, XDS-nin 06.10.1950-ci il tarixli qərarına əsasən Zeynal-zadə Əli Abas oğluna ev tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reysestri Xidmətinin məhkəmə ünvanladığı arayışlarda qeyd edilmişdir ki, iddiaçılar İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq sanatoriyası İddiaçı2 Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasıyasnın cavabdeh X3 qarşı qanunsuz inşa edilmış tikililərin sökülməs və sahənin boşaldılması tələbinə dair mülki iş üzrə mütəxəssis rəyinin verilməsi barədə Bakı şəhən Xəzər Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(003)-34/2020 nömrəli müraciəti ilə əlaqədar 01 iyun 2004-cü il tarixli JN 1054 (kod ********) nömrəli “Torpaqdan dami istifadə hüququna dair Dövlət Aktının koordinatları (əvvəllər istıiadə edilən) “Pulkova 1942” koordinat sistemində işlənmişdir. X8 koordinatları ilə naturada stifadədə olan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olması səbəbindən müvafiq araşdırmanın aparılması mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23584 saylı 18.02.2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak X2 Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislər tərəfindən tərtib olunmuş 02.12.2019-cu il tarixli **********60 saylı mütəxəssis arayışına əsasən iş üzrə cavabden Cavabdeh tərəfindən zəbt edildiyi iddia olunan torpaq sahəsinin iddiaçıların təqdim etdiyi sənədlər əsasında (Bakı şəhər X7 İcraiyyə Komrtəsinm 10.11.1959-cu il tarixli, 05/820 saylı sərəncamı və JN seriyalı, 01.06.2004-cu il tarixli torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı və digər sənədlər) iddiaçının balansında olan torpaq sahəsinin hüduğları daxılində yerləşibyerləşmədiyini müəyyən etmək mümkün olmadı. İş materiallarında olan “X12 və Ekspertiza Mərkəzi” MMC-nin 22.06.2021-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, 01 iyun 2004-cü il tarixli JN-1054 (kod ********) nömrəli dövlət aktı ilə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının daimi istifadəsinə verilmş torpaq sahəsi dövlət aktında qeyd edilən koordinatlar daxilində yerləşir. Cavabdeh tərəfindən zəbt edildiyi iddia olunan torpaq sahəsinin koordinatları ilə 01 iyun 2004-cü il tarixli JN-1054 (kod ********) nömrəli dövlət aktı ilə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının daimi istifadəsinə verilmiş torpaq sahəsi dövlət aktında qeyd edilən koordinatlar daxilində yerləşir. Zəbt olunan ərazi var sahəsi 546 m2-dir, cavabdeh tərəfindən orda meyvə ağacları əkilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə araşdıması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının adına verilmiş 01.06.2004-cü il tarixli, JN-1054 saylı torpaqdan daimi istifadə hüququna dair Dövlət aktından görünür ki, Bakı şəhər X11 İcraiyyə Komitəsinin 10.11.1959-cu il tarixli, 05/820 saylı sərəncamına əsasən İddiaçı1 Mədə-Bağırsaq sanatoriyasının tikintisi üçün 16,9 ha torpaq sahəsi ayrılmışdır. Həmçinin mütəxəssis rəyi əsasında müəyyən edildi ki, 01 iyun 2004-cü il tarixli JN- 1054 (kod ********) nömrəli dövlət aktı ilə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının daimi istifadəsinə verilmiş torpaq sahəsi dövlət aktında qeyd edilən koordinatlar daxilində yerləşir. Cavabdeh tərəfindən zəbt edildiyi iddia olunan torpaq sahəsinin koordinatları ilə 01 iyun 2004-cü il tarixli JN-1054 (kod ********) nömrəli dövlət aktı ilə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının daimi istifadəsinə verilmiş torpaq sahəsi dövlət aktında qeyd edilən koordinatlar daxilində yerləşir. Zəbt olunan ərazi var sahəsi 546 m2 təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi Cavabdeh torpaq sahəsindən tamamilə çıxarılması əsaslı hesab edilə bilməz. Belə ki, mütəxəssis rəyindən də, görünüdüyü kimi cavabdeh tərəfindən iddiaçılara məxsus olan torpaq sahəsinin yalnız 546 m2 hissəsi zəbt edilmişdir. Bu isə iddiaçıların qanunvericiliklə tanınan və qorunan hüquqlarının cavabdeh tərəfindən pozulması kimi qiymətləndirməyə rəvac verir. Belə olan halda məhkəmə hesab edir ki, 01 iyun 2004-cü il tarixli JN-1054 (kod ********) nömrəli dövlət aktı ilə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının daimi istifadəsinə verilmiş və Cavabdeh tərəfindən zəbt edilmiş olan 546 m2 hissəsi boşaldılmalıdır. İddiaçının iddia tələbinin həmin ərazidə qanunsuz inşa edilmiş tikilələri və hasarın sökülməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06.03.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə tərəfindən tədqiq edilmiş “X12 və Ekspertiza Mərkəzi” MMC-nin 22.06.2021-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, zəbt olunan ərazi var sahəsi 546 m2-dir və cavabdeh tərəfindən orda meyvə ağacları əkilmişdir. Göründüyü kimi iddiaçı həmin ərazidə cavabdeh tərəfindən qanunsuz tikililərin tikilmiş olduğunu iddia etsə də, zəbt olunmuş ərazidə (546 m2) qanunsuz tikililər aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin həmin ərazidə qanunsuz inşa edilmiş tikilələri və hasarın sökülməsi hissəsində rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 01 iyun 2004-cü il tarixli JN-1054 (kod ********) nömrəli dövlət aktı ilə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının daimi istifadəsinə verilmiş torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş olan 546 m2 hissəsi boşaldılmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia təmin edildiyindən mütəxəssis və ekspert xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı1 İxtisaslaşdırılmış Mədə-Bağırsaq sanatoriyası daimi və qanuni istifadəsində olan torpaq sahəsinin 546 m2 (01 iyun 2004-cü il tarixli JN-1054 (kod ********) nömrəli dövlət aktı) hissəsi Cavabdeh tərəfindən boşaldılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-20/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-20/2021
16.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver