Məhkəmə qərarları › İş №2(003)-2021/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2021/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2021/2021 31.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdehdan 3600 manat məbləğində borc pulun və 30 manat dövlət rüsumun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 4 il bundan əvvəl cavabdehlə tanış olmuş, həmin vaxtdan etibarən onlar birlikdə faktiki ər-arvad münasibətində yaşamışlar. 2020 ci ilın iyun ayında Ağa Rza ondan borca pul istəmiş, o, atasından almış olduğu 4700 manatı ona vermişdir. Həmin puldan cavabdeh ona 1100 ( bir min yüz) manat qaytarmış, 3600 ( üç min altı yüz) manat pulu isə qaytarmamışdır. O, dəfələrlə cavabdehə müraciət etmiş ki, onun pullarını qaytarsın. O isə hər dəfə ona qarşı fiziki zor tətbiq etmiş və bildirmişdir ki, pulu ona qaytarmayacaq. Cavabdeh onu döyməsi faktları ilə əlaqədar o, dəfələrələ Xəzər rayon Polis İdarəsinin 3-cü PB-nə müraciət etmişdir. Aradan xeyli müddət keçməsinə baxmayaraq onun pulunu cavabdeh qaytarmır. Beləliklə, cavabdeh ona 3600 (üç min altı yüz) manat pul ödəməlidir. O, dəfələrlə cavabdehdən pulunun ödənilməsini tələb etsə də, cavabdeh pulu ödəməkdən imtina etdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçıiddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, iddiaçıdan 4700 manat borc pul almışdır. Həmin borcun 1100 manatını Ruslan adlı dostu ilə iddiaçıya göndərmiş, qalan 3600 manat borc pulu isə iddiaçıya şəxsən özü vermişdir. Hazırda onun iddiaçıya borcu yoxdur. Bu barədə yazılı əriəzsini məhkəməyə təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Xəzər RPİ–nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru Anar Hacıyev tərəfindən qəbul edilmiş 19.01.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, İddiaçı ərizəsi əsasında Cavabdeh barəsində toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmişdir. Xəzər RPİ–nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru Anar Hacıyev tərəfindən qəbul edilmiş 19.01.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, o, İddiaçı ilə 4 il əvvəl tanış olmuş və qeyri rəsmi olaraq bir yerdə yaşamışlar. Yaşadıqları vaxtlar ərzində Aytəkin üçün çoxlu pullar xərcləmiş, evinə mebellər almış və onun evini təmir etmişdir. İddiaçı ona məxsus sənədləri yararsız hala salmış, ona maddi ziyan vurmuşdur. 2020-ci ilin yay aylarında İddiaçı 4700,0 manat pul almış, həmin puldan 1100,0 manatını qaytarmış qalan hissəsini qaytarmamışdır. Onun üçün çoxlu pullar xərcləmişdir. Onun İddiaçı borcu yoxdur, Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı Aytəkin Həsənovdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, iddiaçıdan pul vəsaitini almasına dair hüquqlarından istifadə etmiş, pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi iddiaçı cavabdehə 4700,0 manat pul vermişdir. Eyni zamanda iddiaçı həmin məbləğin 1100,0 manatının cavabdeh tərəfindən ona qaytarıldığını son nəticədə cavabdehin ona 3600,0 manat borcu qaldığını iddia edir. Cavabdeh də iddiaçıdan 4700,0 manat borc aldığını etiraf edir. Cavabdeh, həmin puldan 1100,0 manatını Ruslan adlı dostu ilə iddiaçıya göndərdiyini, qalan 3600 manat borc pulu isə iddiaçıya şəxsən özü verdiyini bildir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh 4700,0 manat borc pulun verilməsi və həmin məbləğdən 1100,0 manat pul vəsaitinin iddiaçıya qaytarılması işin mübahisəsiz halıdır. Məhkəmə ilk növbədə, cavabdeh tərəfindən pulun alınmasını nəzərə alaraq, iddiaçının xeyrinə tutulmasını istədiyi əsas borcun 3600,0 mnat məbləğində pul vəsaitinin cavabdehə verilməsi ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Odur ki, iddiaçının 4700,0 manat məbləğində pul vəsaitini cavabdehə verməsi üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə olan halda, cavabdeh 4700,0 manat məbləğində pul vəsaitini aldığını etiraf etdiyindən və həm iddiaçı, həm də cavabdeh həmin məbləğdən 1100,0 manatın qaytarılmasını təsdiq etdiyindən iddiaçı tələbinin, yəni cavabdehin ona 3600,0 manat borcu olmasını sübut etmək yükündən azad olmuş, həmin məbləğin iddiaçıya qaytarılmasını sübuta yetirmək vəzifəsi isə cavabdehə keçmişdir. Odur ki, məhkəmə 3600,0 manat məbləğində pul vəsaitinin qaytarılmaması halının iddiaçı tərəfindən mübahisələndirildiyini nəzərə alaraq, qeyd edilən hallara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, cavabdeh tərəfindən 4700,0 manat məbləğində pul vəsaitinin ona verməsinin etiraf edilməsindən savayı həmin məbləğin 3600,0 manat məbləğində olan hissəsini iddiaçıya qaytarmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi 3600,0 manat məbləğində pul vəsaitini cavabdehə verdiyini sübuta yetirmiş, cavabdeh isə həmin məbləğin iddiaçıya qaytarmasını sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıdan 4700,0 manat məbləğində pul vəsaiti almış və həmin məbləği iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin məbləğdən 1100,0 manatını iddiaçıya qaytarmışdır. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq iddiaçıdan aldığı 4700,0 manat məbləğində pul vəsaitindən 3600,0 manatını ona qaytarmamışdır. İddiaçının iddia etdiyi 3600,0 manat məbləğində pul vəsaitinin cavabdehə verildiyi cavabdehin özü tərəfindən etiraf edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Cavabdeh tərəfindən iddiaçıdan ümumilikdə alınmış pul məbləğindən hazırki idia tələbi üzrə tələb olunan 3600,0 manatın qaytarılması bildirilsə də, həmin məbləğin iddiaçıya qaytarılmasına dair hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlirki, iddia tələbi təmin edilərək Cavabdeh 3600 manat məbləğində borc pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçı X1 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” (maddə 77.1). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3600,0 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3630,0 (üç min altı yüz otuz) manat pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar