Məhkəmə qərarları › İş №2(003)-2029/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2029/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2029/2021 01.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 10244.11 manat məbləğində pulun 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 10274.11 manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki işin Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 15.04.2016-cı il tarixli, ***-**- ** saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh Balakişi qızına məxsus fərdi istixananı təbii qazla təchiz edir. Həmin istixanaya İddiaçı İB tərəfindən **********00230 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində G-6 markalı, 28024564 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin və “X4”nın 4.9-cu bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğaca müdaxilə edərək təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan cavabdehin istixanasına quraşdırılmış qaz sayğacına baxış keçirərkən qaz sayğacına müdaxilə edildiyi aşkar edilmişdir. Çıxarılan qaz sayğacı İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Labaratoriyasına göndərilmiş. Laboratoriyada sayğac yoxlanılarkən AME-nin möhürü 2019-cu ilin 3-cü rübünə uyğun olmaması, sayğacın hesablama mexanizminin işləməməsi, daxilə hava keçməsi və istismara yararsız olması müəyyən edilmişdir. MDS-nin MS-29/1640- 000381- 10 saylı rəyi əsasında İddiaçı İB tərəfindən itirilmiş qazın bərpası məqsədi ilə 31.03.2020ci il tarixli ******* saylı “Təbii X4nın pozulması haqqında” akt tərtib edilmiş cavabdeh imzalamaqdan imtina etmişdir. Beləliklə qaz sayğacına müdaxilə etdiyinə görə itirilmiş təbii qazın dəyəri 5184 manat təşkil etmişdir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 10244.11 (5060.11 manat sayğac vasitəsi ilə istifadə edilib) manat borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və borcdan əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. “Azəriqaz" İB-nin məsul işçiləri tərəfindən sayğaca müdaxilə ediməsi nəticəsində dəymiş ziyan haqqında tərtib edilmiş aktla təqsirli hərəkəti ilə təbii qazdan qeyri-qanuni istifadə edildiyi, bunun nəticəsində Birliyə maddi ziyanın vurulması faktı öz təsdiqini tapsa da, cavabdeh tərəfindən dəymiş ziyanla və borcla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış 15.04.2016-cı il tarixli, ***-**-** saylı müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Məlum olduğu kimi, sahə üzrə qanunvericilikdə sayğaca müdaxilə, qaz xəttinə qeyri-qanuni qoşulma hallarında təbii qazın talanması nəticəsində olunmuş qazın dəyərinin müəyyən edilməsi ilə əlaqədar münasibətlər tənzimlənilmir. Bu münasibətlər vaxtı ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin 16 noyabr 2006-cı il tarixli, 55 nömrəli əmri ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii X4nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”ilə nizamlanırdı. Lakin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirinin 31 yanvar 2011 -ci il tarixli 8 nömrəli əmri ilə 16 noyabr 2006-cı il tarixli 55 nömrəli əmr qüvvədən düşürülmüş və nəticədə faktiki münasibətlər hüquqi nizamlanmadan kənar qalmışdır. Beləliklə, sahə üzrə qanunvericilikdə yaranmış boşluq zahiri xarakter daşımadığına, normativ tənzimləməyə zərurət olduğuna, normativ tənzimləmə qanunla qadağan olunmadığına və normativ tənzimləmə mövcud olmadığına görə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 13.1 maddəsindən irəli gələrək, qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) SOCAR-ın kollegial idarəetmə orqanı olan Şuranın 14.03.2011 -ci il tarixli, 11 nömrəli qərarı ilə “İstehlakçılar tərəfindən təbii X4nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qavdalarını təsdiq etmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qeyri-qanuni istifadəyə görə hesablanmış 5184 manat məbləğində dəymiş ziyanın əvəzinin, debitor borc olan 5060.11 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin ümumilikdə 10274.11 manat pulun tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh istifadəsində olan sayğaca müdaxilə etdiyindən itirilmiş qazın dəyəri 5184 manat hesablanaraq ondan tələb olunur, qalan 5060.11 manat məbləğində borc isə cavabdeh istifadə etdiyi qazın dəyərini ödəmədiyindən yaranmış borc məbləğindən ibarətdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, sərfiyyatla bağlı iddia tələbini qəbul edir və onun ödənilməsinə etiraz etmir. Lakin, cavabdeh tərəfindən istifadəsində olan sayğaca heç bir müdaxilə edilmədiyini, sayğaca müdaxilənin olması barədə heç vaxt məlumatının olmadığını bildirərək, sayğaca cavabdeh tərəfindən müdaxilənin olunmasına dair hər hansı bir sübutun məhkəməyə təqdim olunmadığını nəzərə alaraq həmin hissədə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirmişdir ki, təbii qazdan istifadəyə görə yaranmış borcdan cavabdeh tərəfindən 1000 manat məbləğləğində də ödəniş edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 15.04.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. Həmçinin həmin müqavilədən görünür ki, cavabdehin ünvanına G-6 markalı 28196432 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” ******* nömrəli 31.03.2020-ci il tarixli aktın surətindən görünür ki, MSK 29/1640-00381-10 saylı akt əsasında 25920 m3 qaz sərfiyyatı hesablanaraq məbləği 5184 manat müəyyən edilmişdir. İş materiallarında olan “qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” MS- 29/1640-00381-10 saylı 18.03.2020-ci il tarixli aktın surətindən görünür ki, Dövlət yoxlamasına aparılmış G6 markalı mexaniki tipli qaz sayğacına Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və sayğacın hesablama mexanizminin işləmədiyi, hava keçirməsi, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Baxış keçirilmiş sayğacın zavod nömrəsi 28026256-dır. İş materiallarında olan abonentin saldosundan görünür ki, cavabdehin hazırda 9244.11 manat məbləğində borcu vardır. Həmin borcun bir hissəsi, yəni akt əsasında hesablanmış zərər görə 5184 manat, digər hissəsi isə, yəni istifadə olunmuş lakin dəyəri ödənilməmiş qazın dəyəri 4060,11 manat (9244,11 – 5184=4060.11 ) təşkil edir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İddiaçı, sayğaca müdaxilə edilməsi nəticəsində ona 5184 manat ziyanın (itirilmiş qazın dəyəri) cavabdehdən tələb etsədə, həmin ziyanın cavabdehin təqsiri nəticəsində baş verməsinə dair hər hansı bir mötəbər bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə iddia ərizəsində cavabdehin ünvanına 28024564 nömrəli sayğacın quraşdırıldığı, dəymiş zərərin hesablanmasına əsas olmuş aktdan isə görünür ki, baxış keçirilən sayğacın nömrəsi 28026256, iş üzrə tərəflər arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 15.04.2016-cı il tarixli müqavilədən isə görünür ki, cavabdehin ünvanına quraşdırılmış sayğacın nömrəsi 28196432-dir. Bununla da məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ünvanına quraşdırılmış sayğaca müdaxilə etməsi və həmin müdaxilənin nəticəsi səbəbindən 5184 manat məbləğində zərərin dəyməsi barədə iddiaçı tərəfindən sübuta yetirilmədiyindən və məhkəmə araşdırılması zamanı da müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin digər hissəsinə qiymət verərək hesab edir ki, cavabdehdən 4060,11 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, işin araşdırılmış hallarından görünür ki, cavabdeh tərəfindən istifadə edilmiş, lakin dəyəri ödənilməmiş qaza görə həmin məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»nın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsaəsn öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehdən istehlak etdiyi təbii qazın dəyəri 4060.11 manat alınıb iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 15 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan xərclər iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh istehlak etdiyi təbii qaza görə 4060.11 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 15 (on beş) manatı İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar