Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2031/2021 06.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi doğum faktının təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi doğum faktının təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət, edərək X2 doğum faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 27.08.2020-ci il tarixdə Ümid yeri uşaq sığınacağına yerləşdirilmiş sığınacaqda hər bir ehtiyacı ödənilmişdir. Laki, o, heç bir sənədi olmadan naməlum şəxs kimi sığınacağa yerləşdirilmişdir. Odur ki, yaşı dəqiq bilinmir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizəni müdafiə etdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, o, uşağın doğma nənəsidir. Uşağın atasının adı Ziya. Uşaq 26.11.2009-cu il tarixdə Ziya ilə onun qızının qeyri-rəsmi münasibətdə olduğu şəxsdən doğulmuşdur. Onun 1 yaşı tamam olmamış atası çıxıb getmişdir. Qızı narkotik maddə aludəçisidir və uşağı onun yanına qoyub getmişdir. O, da uşağa qulluq edə bilmədiyindən sığınacağa vermişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını və şahid ifadəsini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Ərizəçi tərəfindən verilmiş (uşaq fotosu əks olunmuş) arayışdan görünür ki, 19.08.2019-cu il tarixdə keçirilən Tibbi Ekspertiza təyininə əsasən 10-11yaşlı X3 həqiqətəndə 27.08.2020-ci il tarixindən ünvan 1 ünvanda yerləşən Ərizəçi uşaq sığınacağında məskunlaşmışdır. İş materiallarında olan Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin rəyinə əsasən X2 məhkəmə-tibb müayinəsinə və tibbi sənədlərə əsasən müəyyən edilmiş yaşı 10-11 ilə uyğun gəlir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə iclasında müəyyən edildi ki, Mələk Tağıyeva 27.08.2020-ci il tarixdə Ərizəçi Uşaq Sığınacağına yerləşdirilmiş, sığıncağa yerləşdirilərkən şəxsiyyətini təsdiq edən sənəd olmamışdır. Hazırda Ərizəçi uşaq sığınacağında yaşayır, bundan sonra onun yaşaması, təhsil alması üçün onun sənədə ehtiyac vardır. Şahid qismində ifadəsi alınmış nənəsinin ifadəsindən müəyyən olunur ki, uşaq 26.11.2009-cu il təvəllüdlüdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.5.3-cü bəndinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilməlidir. Həmin Qaydaların 2.6-cü bəndinə əsasən bu Qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Beləliklə, məhkəmə, sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli X2 26.11.2009-cu il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 26.11.2009-cu il tarixdə Bakı şəhərində doğulması barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2031/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2031/2021
06.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver