Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2033/2020 05.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzad Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtixyar Zeynal oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Əskərov Zöhrab İmaməli oğlunun, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə mülkiyyət hüququna dair qeydiyyatın dövlət reyestrindən çıxarılması, çıxarışın etibarsız hesab edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Sahə 755D - ünvanda olan 02 hektar torpaq sahəsinin Cavabdeh1 adına qeydiyyatın dövlət reyestrindən çıxarılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən cavabdehə verilmiş ********** nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon icra hakimiyyəti başçısının xx xxxxx 1999-cu il tarixli 096 saylı sərəncamı ilə Abşeron rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsində sahəsi 12,0 kv.m olan, ümumi sahəsi 12, kv.m olan 1 otaqdan ibarət yaşayış evi onun-İddiaçı1 adına xüsusi mülkiyyət kimi qeydə alınaraq Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma, mülkiyyət, hüquqların qeydiyyatı və şəhərsalma Kadastrı İdarəsi tərəfindən adına reyestr kitabında 41326 nömrə ilə qeydə alınaraq ona inventar nömrəsi 4030 olan qeydiyyat vəsiqəsi verilmişdir. Bununla əlaqədar adına yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Texniki pasportdan görünür ki, torpaq sahəsində 12,0 kv.metr sahəsi olan mişar daşından tikilmiş bir ev vardır. Torpaq sahəsinin ətrafı daş hasardır, dəmir darvaza qoyulmuşdur. Abşeron rayon icra hakimiyyəti başçısının xx xxxxx 1999-cu il tarixli 096 saylı sərəncamı ilə Abşeron rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsində sahəsi 12,0 kv.m olan, ümumi sahəsi 12, kv.m olan 1 otaqdan ibarət yaşayış evi onun-İddiaçı2 adına xüsusi mülkiyyət kimi qeydə alınaraq Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma, mülkiyyət, hüquqların qeydiyyatı və şəhərsalma Kadastrı İdarəsi tərəfindən adına reyestr kitabında 394329 nömrə ilə qeydə alınmış, inventar nömrəsi 3868 olan qeydiyyat vəsiqəsi verilmişdir. Bununla əlaqədar adına yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Texniki pasportdan görünür ki, torpaq sahəsində 12,0 kv.metr sahəsi olan mişar daşından tikilmiş bir ev vardır. Torpaq sahəsinin ətrafı daş hasardır, dəmir darvaza qoyulmuşdur. Onlar torpaq sahələrindən və evlərdən istifadə etmişlər. 2014-cü ilin avqust ayının əvvəllərində həmin torpaq sahələrinə gələrkən torpağın ətrafındakı hasarın, tikililərin və darvazanın uçurulduğunu görmüşlər. Onlar üçürulmuş hasarı və evləri yenidən bərpa etmişlər. 2020-ci ilin aprel ayında 1-ci cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Sahə 755D - ünvanda olan 02 hektar torpaq sahəsinin, yəni onlara məxsus torpaq sahəsinin onun mülkiyyətində olması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2018-ci il tarixli çıxarış aldığını əsas gətirərək tikdikləri evləri yenidən uçurmuş, yerində tikinti işləri aparmağa başlamışdır. Hesab etmişlər ki, torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına əsassız qeydə alınmışdır, ona verilmiş çıxarış etibarsızdır. 1-ci cavabdehə çıxarış verilməmişdən əvvəl Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Sahə 755D - ünvanda olan 01 hektar torpaq sahəsinin planı və ölçüsü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Əlyeva Gülnarənin adna xx.xx.2016-ci il tarixdə tərtib edilmişdir. Plan və ölçü Əliyeva Gülnarənin adına tərtib olunduğu halda Cavabdeh1 həmin ünvandakı torpaq sahəsinə çıxarışı öz adına necə alıb? Plan və ölçünün tərtib edilməsinə əsas kimi Azərbaycan Respublikası İşlər X2 Müəssisəsinin xx.xx.2003-cü il tarixli çıxarışı göstərilmişdir. Belə bir çıxarış isə mövcud deyil. “Torpaq sahəsinin planı və ölçüsü”ndə olan qeyddən görünür ki, Plan Dövlət X5 uçota alınmalıdır. Lakin uçota alınmamışdır. Məhkəmədə iddiaçıların nümayəndəsi və vəkili Əskərov Zöhrab İmaməli oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X3 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, qeyd olunan torpaq sahələri iddiaçıların adlarına rəsmi qeydiyyatdan keçməmişdir və ümumiyyətlə belə torpaq sahəsi onlara məxsus deyil. Hesab etmişdir ki, iddiaçıların hazırki tələblə müraciət etməkdə subyektiv hüquqları olmamışdır. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı1 və İddiaçı2 adlarına Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsində daşınmaz əmlakın qeydiyyatdan keçəsi haqqında məlumat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar olunmamışdır. Həmin məktuba əlavə edilmiş xx.xx.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Sahə 755 D saylı ev Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X4 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Sahə 755 D ünvanda yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən isə, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. İş materiallarında olan rəsmi sənədlərdən görünür ki, mübahisə predmeti olan ev Cavabdeh1 məxsusdur. Belə olduğu halda Cavabdeh1 qızına qarşı qeydiyyatın və dövlət reyestrindən çıxarışın ləğv olunması tələbinin təmin olunması hüquqi baxımdan mümkün deyildir. Belə ki, mübahisələndirilən torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə verilməsinin qanuniliyini sübhə altına alan hər hansı bir əsas və sübut iş materiallarında olmadığı kimi, iddiaçı tərəfindən də təqdim edilməklə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, reyestrdən çıxarış daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsasında verilir. Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* saylı reyestr çıxarışının və reyestr qeydiyatının ləğv edilməsi məsələsi müzakirə edilərkən ilk növbədə “daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı”nın hüquqi əhəmiyyətinin nədən ibarət olması müəyyən edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, dövlət qeydiyyatının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir. Beləliklə, məhkəmə iddianın əsasını nəzərə alaraq həmçinin qeyd edir ki, Cavabdeh1 mülkiyyət hüququnun əmələ gəlməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilmədən hüququn əmələ gəlməsinin tanınması və təsdiqi (yəni dövlət qeydiyyatı və həmin qeydiyyatın əsasında verilən reyestrdən çıxarış) ləğv edilə bilməz. Məhkəmə hesab edir ki, hazırki halda Cavabdeh1 mübahisələndirilən hüququnun qeydiyyatı üçün əsas olmuş sənədlər etibarsız hesab edilmədən həmin qeydiyyatın etibarsızlığını tələb etmək əsassızdır. Belə olan halda iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə mülkiyyət hüququna dair qeydiyyatın dövlət reyestrindən çıxarılması, çıxarışın etibarsız hesab edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması tələbi barədə iddiaları təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2033/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2033/2020
05.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver