Məhkəmə qərarları › İş №2(003)-2040/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2040/2023

10.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2040/2023 10.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdehin evdən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “cavabdehin evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətçi X1 xx.xx.2017-ci il tarixli AR-İ 533231 nömrəli etibarnamə əsasında aldığı Bakı şəhəri Abşeron rayonu Ramana südçülük sovxozu ərazisindəki torpaqda yerləşən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ramana südçülük sovxozu ünvanındakı fərdi yaşayış evindən Cavabdeh və ailəsinin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçının başqasının qeyri-qanuni sahibliyindən götürülməsini tələb etdiyi daşınmaz əmlak Ramana südçülük sovxozu ünvanında yerləşir. Ramana südçülük sovxozu isə Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisinə daxildir. Göründüyü kimi, daşınmaz əmlak Bakı şəhəri Xəzər rayonu ərazisində qeydiyyatda olmadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı deyildir. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ramana südçülük sovxozu ünvanında yerləşən daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi barədə mövcud iddia ərizəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud iddia daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, İddiaçı qanunvericilik üzrə tələb edilən miqdarda dövlət rüsumu ödəmişdir. Belə ki, o iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100,0 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.3-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri aytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 100,0 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “cavabdehin evdən çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2023-ci il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 100,0 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar