Məhkəmə qərarları › İş №2(003)-2054/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2054/2021

27.05.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2054/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı ilkin müqavilə üzrə alqı-satqı müqaviləsi bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 18 fevral 2015-ci il tarixli ilkin müqavilə əsasında əsas müqavilənin, yeni alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflər mübahisəni öz aralarında həll etdiklərini və barışıq sazişi bağladıqlarını bildirərək, barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Həmin sazişdə qeyd edilmişdir: “Bakı şəhəri 27 may 2021-ci il Biz, Bakı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə İddiaçı (nümayəndəsi və vəkili X1 şəxsində) bir tərəfdən və Cavabdeh (nümayəndəsi X3) digər tərəfdən (gələcəkdə Tərəflər), iddiaçının ilkin müqavilə üzrə əsas alqı-satqı müqaviləsi bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi üzrə mübahisəni barışıq yolu ilə həll etmək istəyimizi bəyan edərək aşağıdakı şərtlərlə Barışıq Sazişi bağladıq:

1. Sazişin predmeti

1.1 Sazişin predmeti Cavabdeh məxsus Bakı şəhəri Türkan qəsəbəsində olan 0,19 ha bağ sahəsinə dair gələcəkdə əsas alqı-satqı müqaviləsinin bağlanması məqsədi ilə Tərəflər arasında bağlanmış 18 fevral 2015-ci il tarixli ilkin müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərdən doğan münasibətlərdir.

2. Tərəflərin öhdəlikləri.

2.1. Cavabdeh öhdəlikləri: 2.1.1. İddiaçıla aralarında bağlanmış 18 fevral 2015-ci il tarixli ilkin müqavilə üzrə 35000 manat pulu ondan həmin gün “Bank Technique”nın Nizami filialı vasitəsi ilə, sənədləşmə işi başa çatdıqdan sonra qalan 5000 manat pulu isə birbaşa aldığını etiraf edərək həmin müqavilənin şərtlərinə sadiq qalacağını öhdəsinə götürür.

2.1.2. Müvəqqəti təmin tədbiri kimi bağ sahəsinin özgəninkiləşdrilməsinə qoyulmuş qadağa götürüldükdən sonra bağ sahəsini boşaldaraq iddiaçı ilə yeni əsas alqı-satqı müqaviləsini bağlayacağını üzərinə götürür. 2.1.3 Yeni müqavilə bağlanarkən bağ sahəsinə görə əlavə pul tələb etməyəcəkdir.

2.1.4. Bağ sahəsi üzrə Şamxal Ağaşiriniova qarşı hər hansı tələb və iddiası olmayacaqdır.

2.1.5. Saziş üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetiməzsə, onun bağlanması və rəsmiləşdirilməsi üçün çəkilmiş xərcləri və dəymiş zərəri qarşı tərəfə ödəməyi üzərinə götürür.

2.1.5 İlkin müqavilədən sonra iddiaçı tərəfindən bağın yaxşılaşdırılmasına 93150 (doxsan üç min yüz əlli manat) vəsait qoyulmasını qəbul edir və saziş pozulduğu təqdirdə həmin vəsaiti ödəyəcəyini üzərinə götürür.

2.2. İddiaçı öhdəlikləri:

2.2.1. Müvəqqəti təmin tədbiri kimi bağ sahəsinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürüldükdən sonra Cavabdehla yeni alqı-satqı müqaviləsini bağlayacağını üzərinə götürür.

2.2.2. Saziş üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetiməzsə, onun bağlanması və rəsmiləşdirilməsi üçün çəkilmiş xərcləri və dəymiş zərəri qarşı tərəfə ödəməyi üzərinə götürür.

2.2.3. Cavabdehə qarşı Xətai məhkəməsində qaldırdığı 93150 manat məbləğində iddiadan imtina etməyi öhdəsinə götürür.

3. Xüsusi şərtlər:

3.1. Tərəflər alqı-satqı müqaviləsi bağlanması ilə bağlı bütün məsələlərdə tam razılığa gəldiklərinə görə bir-birlərinə qarşı bütün iddialarından əl çəkməyi və Sazişin 1.1-ci maddəsində göstərilənlərlə bağlı bir daha məhkəmədə mübahisə etməməyi öhdələrinə götürürlər.

3.1.1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122.3-cü maddəsinə uyğun olaraq məhkəmə xərclərini, hüquqi yardım göstərilməsinə görə tərəflərin nümayəndələrinə (vəkillərə) ödənilən xərcləri hər bir Tərəf özü daşıyır, həmin xərcləri Tərəflər bir-birlərinə ödəmirlər.

3.1.2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci və 262.4-cü maddələri ilə nəzərdə tutulmuş barışıq sazişinin bağlanması ilə mülki iş üzrə icraata xitam verilməsinin nəticələri tərəflərə aydındır. Tərəflər tam başa düşürlər ki, X6 məhkəmə tərəfindən təsdiq edildikdən sonra hazırki iş üzrə icraata xitam veriləcəkdir. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

3.1.3. Tərəflər, bəyan edirlər ki, X6nin şərtləri onların könüllü iradələrini əks etdirir.

3.1.4. X6 iş məhkəmə qərardadı ilə nəticələndiyi andan hüquqi qüvvəyə minir.

3.1.5. X6 2 vərəqdən ibarət olmaqla 3 (üç) nüsxədə tərtib edilir və hər biri eyni hüquqi qüvvəyə malikdir. Hər bir Tərəfə bir nüsxə verilir, bir nüsxə isə təsdiq edilməsi üçün məhkəməyə təqdim edilir.

3.1.6. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Tərəflər X6ni imzalayır və Sazişin təsdiq olunmasını, onun bütün bəndlərində göstərilən müddəaları təsdiq və ehtiva edən qərardad çıxarılmasını məhkəmədən xahiş edirlər.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. İddiaçı və cavabdeh tərəfindən imzalanmış barışıq sazişinin şərtləri məhkəmə iclası protokoluna daxil edilmiş, tərəflərə barışıq sazişinin hüquqi nəticələri və icraata xitam verilmənin nəticələri izah olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin, eləcə də tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun:

“Bakı şəhəri 27 may 2021-ci il

Biz, Bakı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə İddiaçı (nümayəndəsi və vəkili X1 şəxsində) bir tərəfdən və Cavabdeh (nümayəndəsi X3) digər tərəfdən (gələcəkdə Tərəflər), iddiaçının ilkin müqavilə üzrə əsas alqı-satqı müqaviləsi bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi üzrə mübahisəni barışıq yolu ilə həll etmək istəyimizi bəyan edərək aşağıdakı şərtlərlə Barışıq Sazişi bağladıq:

1) Sazişin predmeti

1.1) Sazişin predmeti Cavabdeh məxsus Bakı şəhəri Türkan qəsəbəsində olan 0,19 ha bağ sahəsinə dair gələcəkdə əsas alqı-satqı müqavliləsinin bağlanması məqsədi ilə Tərəflər arasında bağlanmış 18 fevral 2015-ci il tarixli ilkin müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərdən doğan münasibətlərdir.

2) Tərəflərin öhdəlikləri.

2.1) Cavabdeh öhdəlikləri: 2.1.1. İddiaçıla aralarında bağlanmış 18 fevral 2015-ci il tarixli ilkin müqavilə üzrə 35000 manat pulu ondan həmin gün “Bank Technique”nın Nizami filialı vasitəsi ilə, sənədləşmə işi başa çatdıqdan sonra qalan 5000 manat pulu isə birbaşa aldığını etiraf edərək həmin müqavilənin şərtlərinə sadiq qalacağını öhdəsinə götürür.

2.1.2. Müvəqqəti təmin tədbiri kimi bağ sahəsinin özgəninkiləşdrilməsinə qoyulmuş qadağa götürüldükdən sonra bağ sahəsini boşaldaraq iddiaçı ilə yeni əsas alqı-satqı müqaviləsini bağlayacağını üzərinə götürür.

2.1.3 Yeni müqavilə bağlanarkən bağ sahəsinə görə əlavə pul tələb etməyəcəkdir.

2.1.4. Bağ sahəsi üzrə Şamxal Ağaşiriniova qarşı hər hansı tələb və iddiası olmayacaqdır.

2.1.5. Saziş üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetiməzsə, onun bağlanması və rəsmiləşdirilməsi üçün çəkilmiş xərcləri və dəymiş zərəri qarşı tərəfə ödəməyi üzərinə götürür. 2.1.5 İlkin müqavilədən sonra iddiaçı tərəfindən bağın yaxşılaşdırılmasına 93150 (doxsan üç min yüz əlli manat) vəsait qoyulmasını qəbul edir və saziş pozulduğu təqdirdə həmin vəsaiti ödəyəcəyini üzərinə götürür.

2.2. İddiaçı öhdəlikləri:

2.2.4. Müvəqqəti təmin tədbiri kimi bağ sahəsinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürüldükdən sonra Cavabdehla yeni alqı-satqı müqaviləsini bağlayacağını üzərinə götürür.

2.2.5. Saziş üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetiməzsə, onun bağlanması və rəsmiləşdirilməsi üçün çəkilmiş xərcləri və dəymiş zərəri qarşı tərəfə ödəməyi üzərinə götürür.

2.2.6. Cavabdehə qarşı Xətai məhkəməsində qaldırdığı 93150 manat məbləğində iddiadan imtina etməyi öhdəsinə götürür.

3. Xüsusi şərtlər:

3.1. Tərəflər alqı-satqı müqaviləsi bağlanması ilə bağlı bütün məsələlərdə tam razılığa gəldiklərinə görə bir-birlərinə qarşı bütün iddialarından əl çəkməyi və Sazişin 1.1-ci maddəsində göstərilənlərlə bağlı bir daha məhkəmədə mübahisə etməməyi öhdələrinə götürürlər.

3.1.1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122.3-cü maddəsinə uyğun olaraq məhkəmə xərclərini, hüquqi yardım göstərilməsinə görə tərəflərin nümayəndələrinə (vəkillərə) ödənilən xərcləri hər bir Tərəf özü daşıyır, həmin xərcləri Tərəflər bir-birlərinə ödəmirlər.

3.1.2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci və 262.4-cü maddələri ilə nəzərdə tutulmuş barışıq sazişinin bağlanması ilə mülki iş üzrə icraata xitam verilməsinin nəticələri tərəflərə aydındır. Tərəflər tam başa düşürlər ki, X6 məhkəmə tərəfindən təsdiq edildikdən sonra hazırki iş üzrə icraata xitam veriləcəkdir. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

3.1.3. Tərəflər, bəyan edirlər ki, X6nin şərtləri onların könüllü iradələrini əks etdirir.

3.1.4. X6 iş məhkəmə qərardadı ilə nəticələndiyi andan hüquqi qüvvəyə minir.

3.1.5. X6 2 vərəqdən ibarət olmaqla 3 (üç) nüsxədə tərtib edilir və hər biri eyni hüquqi qüvvəyə malikdir. Hər bir Tərəfə bir nüsxə verilir, bir nüsxə isə təsdiq edilməsi üçün məhkəməyə təqdim edilir.

3.1.6. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Tərəflər X6ni imzalayır və Sazişin təsdiq olunmasını, onun bütün bəndlərində göstərilən müddəaları təsdiq və ehtiva edən qərardad çıxarılmasını məhkəmədən xahiş edirlər. “ İddiaçı Cavabdeh qarşı ilkin müqavilə üzrə alqı-satqı müqaviləsi bağlanması vəzifəsinin cavabdhein üzərinə qoyulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildikdən (alındıqdan) 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar