Məhkəmə qərarları › İş №e-2(3-9)-1200/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-1200/2026

09.09.2026 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-1200/2026 09.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Iddiaçı İddiaçı ASC-nin cavabdeh Qarşılıqlı iddia üzrə iddiaçı qarşı torpaq sahəsindən çıxarılması və daşınmaz əmlakın təhvil verilməsi tələbinə dair, Qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı kirayə hüquq münasibətlərinin davam etdirilməsi tələbinə dair bir icraatda birləşdirilmiş mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı ASC-nin nümayəndəsivəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Qarşılıqlı iddia üzrə iddiaçı inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı ASC cavabdeh Qarşılıqlı iddia üzrə iddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Şirvan şəhəri ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 3500 m2 olan inzibati bina və 3000 m2 torpaq sahəsindən çıxarılması və daşınmaz əmlakın İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Qarşılıqlı iddia üzrə iddiaçıİddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qarşılıqlı iddia üzrə iddiaçı inzibati binasının inşası, istismara verilməsi müddətləri nəzərə alınaraq ağlabatan sayılan daha on il müddət üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ## ###### 2025-ci il tarixdə bağlanmış sonuncu icarə müqaviləsinin şərtlərinə uyğun kirayə münasibətlərinin davam etdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı Qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı kirayə hüquq münasibətlərinin davam etdirilməsi tələbinə dair *(*-***)-***/**** saylı mülki iş, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Qarşılıqlı iddia üzrə iddiaçı qarşı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Şirvan şəhəri ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 3500 m2 olan inzibati bina və 3000 m2 torpaq sahəsindən çıxarılması və daşınmaz əmlakın İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi tələbinə dair *(***)-****/**** saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılması qərara alınmışdır. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı ASC-nin cavabdeh Qarşılıqlı iddia üzrə iddiaçı qarşı mülkiyyətində olan Şirvan şəhəri ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 3500 m2 olan inzibati bina və 3000 m2 torpaq sahəsindən çıxarılmaqla daşınmaz əmlakın İddiaçı ASC-yə təhvil verilməsi barədə iddiası təmin edilməmiş, iddiaçı Qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası təmin edilərək, Qarşılıqlı iddia üzrə iddiaçı inzibati binasının inşası, istismara verilməsi müddətləri nəzərə alınaraq ağlabatan sayılan daha on il müddət üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ## ###### 2025-ci il tarixdə bağlanmış sonuncu icarə müqaviləsinin şərtlərinə uyğun kirayə münasibətlərinin davam etdirilməsi qət edilmişdir. Iddiaçı İddiaçı ASC həmin qətnamədən apellyasiya şikayəti vermiş, mülki iş materialları baxılması üçün Qarşılıqlı iddia üzrə iddiaçı göndərilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, Qarşılıqlı iddia üzrə iddiaçıtərəfindən Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ədalətli məhkəmə araşdırması hüququ baxımından yolverilməzdir. Belə ki, hazırkı işdən görünür ki, İddiaçı ASC tərəfindən iddia Qarşılıqlı iddia üzrə iddiaçı qarşı yönəldilməklə mübahisənin mahiyyəti kirayə müqaviləsindən irəli gələn hüquq münasibətlərinin müdafiəsinə yönəlmişdir. Bu isə onu göstərir ki, tərəf kimi məhkəmə icraatına cəlb edilən Qarşılıqlı iddia üzrə iddiaçıhəmçinin öz mənafeyinin müdafiəsi ilə bağlı İddiaçı ASC qarşı da iddia qaldırmışdır. Göründüyü kimi məhkəmə həm cavabdeh kimi, həm də iddiaçı kimi mülki iş üzrə tərəfdir və iddia həmin məhkəməyə qarşı qaldırılmışdır. Halbuki MPM-in 44.2-ci maddəsinə əsasən iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Kollegiya qeyd edir ki, yuxarıda qeyd edilən maddənin əsasında duran hüquqi prinsip məhkəmənin obyektiv və qərəzsiz olması və şəxsin işinə onun hüquqi marağının mövcud olduğu məhkəmə tərəfindən baxılmasının yolverilməzliyidir. Məhkəmənin mübahisənin subyekti, həm də mübahisəni həll edən orqan olması prosessual qanunvericiliyin tələblərinin pozulmasına gətirib çıxarar. Nəzərə almaq lazımdır ki, hüququn və təbii ədalətin ən vacib təməl prinsiplərindən biri olan “Nemo judex in causa sua” prinsipinin mahiyyəti də məhz heç kəsin öz işində hakim ola bilməməsidir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, prosessual qanunvericilikdə məhkəmələrin səlahiyyət hüdudları dəqiq müəyyən edildiyindən apellyasiya məhkəməsi tərəfindən mülki işin digər apellyasiya məhkəməsinə göndərilməsi nəzərdə tutulmamışdır. Belə olan halda kollegiya hesab edir ki, mülki iş materialları apellyasiya baxışından çıxarılmaqla hazırkı apellyasiya icraatına xitam verilməli, səlahiyyətli apellyasiya məhkəməsinin müəyyən edilməsindən ötrü mülki iş materialları Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384.0.6, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDI: *(*-*)-****/**** saylı iş materialları apellyasiya baxışından çıxarılmaqla hazırkı apellyasiya icraatına xitam verilsin. Səlahiyyətli apellyasiya məhkəməsinin müəyyən edilməsindən ötrü mülki iş materialları Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar