Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1597/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı iddiaçı1 və iddiaçı2 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: cavabdehin üzərinə müqavilə bağlamaq öhdəliyinin qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Iddiaçı (eyni zamanda digər iddiaçının nümayəndəsi) iddiaçı2 iştirakı ilə, Iddiaçı iddiaçı1 və iddiaçı2 cavabdeh “xxxx” MMC-yə qarşı “kompensasiya ödənilməsinə dair əvəzləşdirmə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. “xxxx” MMC ilə X11 arasında bağlanmış ##.##.2024-cü il tarixli “xxxx”nə əsasən, “xxxx” MMC ünvan 2 ünvanında yerləşən Xanımana Abdullayevanın sahiblik və istifadəsində olan 60 kv.m. sahəsi olan mənzilin əvəzinə ona 120.000 manat kompensasiya verməyi öhdəsinə götürmüşdür.
2. X11 iddiaçı iddiaçı1 anası, iddiaçı2 isə qayınanasıdır.
3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinə əsasən ilk iddia tələbi təmin edilərək, cavabdehlər X11 və onun ailə üzvlərinin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərəfindən 120.000 manat məbləğində kompensasiya məbləği ödənilməklə çıxarılması, iddiaçı X11 qarşılıqlı iddiası üzrə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, 2(103) ****/**** nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
4. Azəryacan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunulması bildirilən iddiaçı1 və iddiaçı2 nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Qərardadın 25-ci bəndində qeyd olunmuşdur ki, ərizəçilər iddiaçı1 və iddiaçı2 nümayəndəsi və vəkili Nicat Ramazanov ərizədə, barəsində mübahisə gedən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində ərizəçilərlə yanaşı qeydiyyatda olan və yaşayan şəxslərin iddiaçı1 müvafiq kompensasiya alaraq həmin ünvandakı hüquqlarından sonuncunun (iddiaçı1) xeyrinə imtina etmələrini qeyd edərək, bununla bağlı öz aralarında tərtib edilərək imzalanmış Akta istinad etmişdir. Qərardadın 26-cı bəndində qeyd olunmuşdur ki, halbuki ərizəyə əlavə edilmiş Aktın sonunda qeyd olunan tarixdən məlum olur ki, həmin AKT ##.##.2025-ci il tarixdə, yəni “xxxx” MMC ilə X12 arasında bağlanmış ##.##.2024-cü il tarixli “xxxx”ndən təxminən bir il sonra imzalanmışdır. Aktın əvvəlində isə ##.##.2024-cü il tarixi qeyd olunmuşdur ki, bu da, Aktın formal olaraq keçmiş tarixdə tərtib olunması cəhdinin mövcudluğunu təsdiq edir. Qərardadın 29-cu bəndində qeyd olunmuşdur ki, qəbul edilmiş qətnamə ilə onun maraqlarına toxunan iddiaya hüquqi qiymət verilsə də ərizədən göründüyü kimi, ərizəçilər iddiaçı1 və iddiaçı2 mövqeyi məhkəməyə ayrıca iddia ilə müraciət etmiş Xanımana Abdullayevanın mövqeyi ilə eyni olduğu üçün məhkəməyə təqdim edə biləcəkləri sübutlar Xanımana Abdullayeva tərəfindən təqdim edilmiş, bu səbəbdən onun aşağı instansiya məhkəmələrində işə cəlb edilməyə prosessual maraqları olmadığı üçün buna təşəbbüs göstərməmişlər. Qərardadın 33-cü bəndində qeyd olunmuşdur ki, göründüyü kimi ərizəçi iddiaçı1 ##.##.2022-ci il tarixdən xarici ölkədə olsa da, ərizəçi iddiaçı2 mübahisəli ünvanda qeydiyyatda olmaqla yanaşı, həmin ünvanda faktiki olaraq yaşamışdırsa onun “xxxx” MMC ilə Xanimana Abdullayeva arasında bağlanmış 31,05.2024-cü il tarixli “xxxx”ndən, habelə Musa Abdullayev, Sara Abdullayeva və Gülçöhrə Abdullayeva tərəfindən “xxxx” MMC-yə ünvanlanmış 31,05.2024-cü il tarixli ərizələrdən məlumatı olmuşdur. Odur ki, bu halda, ərizəçi iddiaçı2 iddiaçı1 ona verdiyi etibarnamədən istifadə edərək işə qoşulmaq imkanına malik olsa da, həmin imkandan istifadə etməmişdir. Bu səbəbdən də hazırkı halda ərizəçilərin prosesə cəlb edilməsi üçün müraciət etmələri məhkəmə kollegiyası tərəfindən hüquqdan sui-istifadə və mənafeyinə uyğun olmayan məhkəmə aktının prosessual əsasla ləğv edilməsinə nail olmaq cəhdi kimi qiymətləndirilir.
5. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin ##.##.2026-cı il tarixli aktına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra sənədində qeyd olunan Cəlil Məmmədquluzadə küçəsində yerləşən ** nömrəli ünvanına icra əməkdaşları gəlmiş, əvvəlcədən icra prosesi barədə mənzildə yaşayan iddiaçı2 məlumat verilsə də, o evin qapısını açmaqdan imtina etmişdir. Nəticədə mənzilin qapısı məcburi qaydada açılmış, qapı açıldıqdan sonra evdə olan əşyalar səliqəli şəkildə evdən daşınmışdır. Eyni zamanda, Abdullayeva Ülviyyə evdə ona məxsus pul və qızıl-zınət əşyasının olmadığını bildirmiş və evdə olan əşyaların isə əmisinin evinə daşınmasını xahiş etmişdir. Iş üzrə tələbkar tərəfindən evdə olan əşyaların iddiaçı2 göstərdiyi ünvana daşınması təmin olunmuş, qeyd olunan fərdi ev boş vəziyyətdə tələbkarın nümayəndəsinə təhvil verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı iddiaçı1 və iddiaçı2 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kompensasiya ödənilməsinə dair əvəzləşdirmə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar iddiaçı1 və iddiaçı2 ilə onların hər birinə kompensasiyanm ödənilməsinə dair əvəzləşdirmə müqavilələrinin bağlanması öhdəliyinin cavabdeh “xxxx” MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Icra Hakimiyyətinin Başçısının ##.##.2022-ci il tarixli *** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ilqar Ismayılov, Cəlil Məmmədquluzadə, Ibrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad IbrahImbəyov, Məhəmməd Naxçivani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin evdə iddiaçı1 və iddiaçı2 azyaşlı uşaqları- ##.##.2013-cü il təvəllüdlü X13 və ##.##.2019-cu Il təvəllüdlü X13 və o cümlədən ahıl yaşdakı anası X11 ilə birgə yaşayırlar və yaşayış yeri üzrə qeydiyyatdadırlar. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Iddiaçılar orada qeydiyyatda olmaqla yaşayan həmin şəxslər kimi həmin evin istifadəçisi hesab olunurlar. Həmin evdə qeydiyyatda olan digər şəxslər (qardaş və bacıları) iddiaçı1 müvafiq kompensasiya alaraq həmin ünvandakı hüquqlarından onun (iddiaçı1) xeyrinə imtina etmişlər. Sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından bu barədə notariusda əqd rəsmiləşdirə bilməmişlər və bu səbəbdən öz aralarında Akt tərtib edərək imzalamışlar. “xxxx” MMC Bakı Şəhər Icra Hakimiyyətinin Başçısının ##.##.2022-ci il tarixli *** nömrəli sərəncamının və Yasamal IH ilə bağladığı müqavilənin şərtlərini pozur, iddiaçılara aid həmin evin olduğu ərazıdə söküntü işlərini həyata keçirməsinə, kommuniyalar sıradan çıxarılaraq kommunal xidmətlərə çatımlılıq aradan qaldırmasına, yollar dağıtmasına və s. baxmayaraq, iddiaçılarla əvəzləşdirmə müqaviləsinə bağlamır, onlara yaşadıqları mənzilin əvəzində kompensasiya vermir və iddiaçıların hüquqlarını kobud şəkildə pozur. Iddiaçılar evin qanuni sahiblərindədir, cavabdeh evin digər sakini Xanımana Abdullayeva ilə əvəzləşdirmə müqaviləsi bağlayıb. Lakin, Xanımana Abdullayeva evin tək sakini deyil, iddiaçılar da evin sakinlərdir, cavabdeh, yalnız bir nəfərlə əvəzləşdirmə müqaviləsi bağlayıb evin yetkinlik yaşında olan digər sakinlərini kənarda saxlaya bilməz, ona görə də cavabdeh iddiaçıların hər ikisi ilə də kompensasiya ödənilməsi barədə əvəzləşdirmə müqaviləsi bağlamalıdır. Göründüyü kimi hazırki işdə bu şərt pozulmuşdur. Belə ki, evin istifadəçiləri olan iddiaçılarla (iddiaçı1 və iddiaçı2 ilə) əvəzləşdirmə müqaviləsi bağlanmamış, onlar kompensasiya ilə təmin olunmamışlar. Halbuki, mövcud işgüzar adətlərə görə, tikinti şirkətlərinə istismar müddəti bitmiş tikililərin sökülərək yerində müasir tələblərə cavab verən binaların tikintisi həvalə edilən zaman həmin şirkətlər oradakı sakinlərə müqavilə əsasında kompensasiya ödəmək öhdəliyini də bəri başdan öz üzərlərinə götürürlər.
8. Cavabdeh iddiaya qarşı etiraz verərək iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X11 qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Xanımana Abdullayevanın və onun ailə üzvlərinin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən müqavilədə qeyd olunan kompensasiya məbləğinin ödənilməsi ilə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə gedişatı zamanı X11 “xxxx” MMC ilə “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi ** saylı evlə bağlı Xanımana Abdullayeva ilə MMC arasında bağlanmış ## ### 2024-cü il tarixli “xxxx”nin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin *(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Xəlil) ilk iddia tələbinin təmin edilməsi, ilk iddia üzrə cavabdehlər Xanımana Abdullayeva və onun ailə üzvlərinin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən MMC-nin tərəfindən 120.000 manat məbləğində kompensasiya məbləği ödənilməklə çıxarılması qarşılıqlı iddianının isə rədd edilməsi qət edilmişdir. Bundan sonra qətnamədən Xanımana Abdullayeva apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhramzadə (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Xanımana Abdullayeva apellyasiya məhkəməsinin qətnaməsi ilə də razılaşmadığı üçün həmin qətnamədən kassasiya şikayəti vermiş lakin Ali Məhkəmənin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətmaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsindən Xanımana Abdullayeva ilə yanaşı hazırki iş üzrə iddiaçı iddiaçı2 (Xanımananın gəlini) və onun əri X9 (Xanımananın oğlu) Ali Məhkəmənin sədirinə ərizə ünvanlayaraq işdə iştirak etməyə cəlb olunmayan, lakin məhkəmə aktı ilə maraqlarına toxunulan şəxslər kimi işə cəlb edilmələrini və həmin ərizəyə kasassiya şikayəti əlavə etmişdir. Bununla bağlı Ali Məhkəmə *(***)-****/**** saylı, ##.##.2025-ci il taarixdə qərardad qəbul edərək onların ərizələrini təmin etməmişdir. Ali Məhkəmənin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli həmin qərardadından əsas və hesab edirlər ki, icraatda olan mübahisəyə aydınlıq gətirən mövqeyi olduğu kimi diqqətə çatdırırlar: “25. Iddiaçılar iddiaçı1 və iddiaçı2 nümayəndəsi və vəkili Nicat Ramazanov ərizədə, barəsində mübahisə gedən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində iddiaçılar yanaşı qeydiyyatda olan və yaşayan şəxslərin iddiaçı1 müvafiq kompensasiya alaraq həmin ünvandakı hüquqlarından sonuncunun (iddiaçı1) xeyrinə imtina etmələrini qeyd edərək, bununla bağlı öz aralarında tərtib edilərək imzalanmış Akta istinad etmişdir. 26. Halbuki ərizəyə əlavə edilmiş Aktın sonunda qeyd olunan tarixdən məlum olur ki, həmin AKT ##.##.2025-ci il tarixdə, yəni ‘‘xxxx” MMC ilə X11 arasında bağlanmış ##.##.2024-cü il tarixli “xxxx”ndən təxminən bir il sonra imzalanmışdır. Aktın əvvəlində isə ##.##.2024-cü il tarixi qeyd olunmuşdur ki, bu da, Aktın formal olaraq keçmiş tarixdə tərtib olunması cəhdinin mövcudluğunu təsdiq edir. 29. Qəbul edilmiş qətnamə ilə onun maraqlarına toxunan iddiaya hüquqi qiymət verilsə də ərizədən göründüyü kimi, iddiaçılar iddiaçı1 və iddiaçı2 mövqeyi məhkəməyə ayrıca iddia ilə müraciət etmiş Xanımana Abdullayevanın mövqeyi ilə eyni olduğu üçün məhkəməyə təqdim edə biləcəkləri sübutlar Xanımana Abdullayeva tərəfindən təqdim edilmiş, bu səbəbdən onun aşağı instansiya məhkəmələrində işə cəlb edilməyə prosessual maraqları olmadığı üçün buna təşəbbüs göstərməmişlər. 33. Göründüyü kimi iddiaçı iddiaçı1 ##.##.2022-ci il tarixdən xarici ölkədə olsa da, iddiaçı iddiaçı2 mübahisəli ünvanda qeydiyyatda olmaqla yanaşı, həmin ünvanda faktiki olaraq yaşamışdırsa onun “xxxx” MMC ilə Xanımana Abdullayeva arasında bağlanmış ##.##.2024-cü il tarixli “xxxx”ndən, habelə Musa Abdullayev, Sara Abdullayeva və Gülçöhrə Abdullayeva tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ##.##.2024-cü il tarixli ərizələrdən məlumatı olmuşdur. Odur ki, bu halda, iddiaçı iddiaçı2 iddiaçı1 ona verdiyi etibarnamədən istifadə edərək işə qoşulmaq imkanına malik olsa da, həmin imkandan istifadə etməmişdir. Bu səbəbdən də hazırkı halda iddiaçıların prosesə cəlb edilməsi üçün müraciət etmələri məhkəmə kollegiyası tərəfindən hüquqdan sui-istifadə və mənafeyinə uyğun olmayan məhkəmə aktının prosessual əsasla ləğv edilməsinə nail olmaq cəhdi kimi qiymətləndirilir.” Beləliklə, Ali Məhkəmənin də mövqeyindən göründüyü kimi iddiaçıların birinci instansiya məhkəməsindən başlayaraq Abdullayeva Xanımana ilə “RR Constructıons" arasında olan mülki mübahisədən xəbərdar olmuş, lakin onlar Ali Məhkəmənin iş üzrə yekun qərarı çıxana qədər nə maraqlarına toxunan şəxs kimi, nə də ki müstəqil iddiaçı kimi bunun ilə bağlı iddia qaldırmamışdır. Ali Məhkəmənin qərarı ##.##.2025-ci il tarixində qəbul edilmiş və iddiaçılar isə Yasamal Rayon Məhkəməsinə ##.##.2025-ci il tarixində iddia ərizəsi ilə müraciət etmişdirlər. Bundan əlavə, iddiaçı iddiaçı2 söküntü ərazisində özünəməxsus 0110110011311-***** reyestr nömrəli çıxarışa əsasən mənzil mövcud olmuş və onun ilə bu istiqamətdə ##.##.2023-cü il tarixdə K/*** saylı xxxx bağlanaraq tərəflərindən mənzilin əvəzinə ona tikiləcək binadan 45 kv.m sahəsi olan mənzilin verilməsi nəzərdə tutulmuşdur. iddiaçı2 özünəməxsus və özünün yaşadığı mənzili şirkətlərinə sökülməsi üçün təhvil verdikdən sonra bilərəkdən qayınanası olan Abdullayeva Xanımananın evinə məskunlaşmış və qayınanası ona pay vermədiyi üçün bu cür hərəkətlərə əl atır. Mübahisə predmeti olan ev sənədsiz, özbaşına tikilidir və həmin mənzilə dair heç bir kəsin mülkiyyət hüquqlarını təsdiq edən sənəd yoxdur. Bu səbəbdən evin faktiki sahibi Abdullayeva Xanımana ilə müqavilə bağlanarkən onun bütün övladlarının razılıq ərizələri alınmış və iddia ərizəsində bütün ailə üzvlərinin çıxarılması qeyd edilmişdir. Hazırda iddiaçının söküntüyə qadağa edilməsi ilə bağlı ərizəsinin yeganə məqsədi hüquqdan sui-istifadə edərək Ali Məhkəməyə qədər qüvvədə qalan Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin icrasına maneə törətməkdir. Qeyd olunan qərardadın qəbul edilməsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən Ali Məhkəməyə qədər qüvvədə qalmış icra sənədinin icra edilməsini dayandırılması mənasına gələ bilər, bu isə qanun çərçivəsindən kənar və yolverilməz haldır.
9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.A.Oruclu) iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi (qərardadı) ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnaməsinin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmuşdursa, bu zaman həmin qətnamənin (qərardadın) müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malikdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il qərardadına əsasən hazırki iş üzrə iddiaçılar iddiaçı1 və iddiaçı2 prosesə cəlb edilməsi üçün müraciət etmələri məhkəmə kollegiyası tərəfindən hüquqdan suiistifadə və mənafeyinə uyğun olmayan məhkəmə aktının prosessual əsasla ləğv edilməsinə nail olmaq cəhdi kimi qiymətləndirilmişdir. Belə ki, iddiaçı1 ##.##.2022-ci il tarixdən xarici ölkədə olsa da, ərizəçi iddiaçı2 mübahisəli ünvanda qeydiyyatda olmaqla yanaşı, həmin ünvanda faktiki olaraq yaşamışdırsa onun “xxxx” MMC ilə Xanımana Abdullayeva arasında bağlanmış ##.##.2024-cü il tarixli “xxxx”ndən, habelə Musa Abdullayev, Sara Abdullayeva və Gülçöhrə Abdullayeva tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ##.##.2024-cü il tarixli ərizələrdən məlumatı olmuşdur. Odur ki, bu halda, ərizəçi iddiaçı2 iddiaçı1 ona verdiyi etibarnamədən istifadə edərək işə qoşulmaq imkanına malik olsa da, həmin imkandan istifadə etməmişdir.
12. Beləliklə, iddiaçılar prosessual hüquqlarından istifadə etməyərək məhkəmə prosesinə qoşulmamışlar və işin nəticələrinə təsir etmək imkanından imtina etmişlər. Bu halda onların prosessual müraciəti hüquqdan sui-istifadə və mənafeyinə uyğun olmayan məhkəmə aktını ləğv etməyə yönəlmiş cəhd kimi qiymətləndirilmişdir.
13. Məhkəmə həmçinin qeyd edir ki, mülki qanunvericiliyin prinsiplərindən biri müqavilə azadlığı prinsipidir, hər bir fiziki və hüquqi şəxs azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər, yəni tərəflər müqavilə şərtlərini sərbəst, könüllü, azad şəkildə müəyyənləşdirirlər və müqavilə bağlamağa məcburetməyə yol verilmir. Hazırkı iş üzrə iddiaçılar iddiaçı2 və iddiaçı1 ilə “xxxx” MMC arasında əvəzləşdirmə müqaviləsi bağlanması öhdəliyi qoyulması müqavilə azadlığı prinsipinə ziddir və qanuni hesab edilə bilməz.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 139.1, 152.1, 180.1, 180.2, 180.3, 180.4, 389.1, 390.1, 390.3, 405.1, 560.1, 560.2, 560.3.4, 560.3.5.1ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2019-cu il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2021-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 106.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Iddiaçılar qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, ünvan 1 ünvanında ümumi sahəsi 60 kv.m olan ailəliklə – özü, həyat yoldaşı və 2 övladıyla birlikdə faktiki yaşadığı mülkiyyət xüsusi kimi qeydiyyata alınmamış, orada əvvəlcədən rəsmi qeydiyyatda olmaqla lakin faktiki tam başqa ünvanlarda yaşayan qayınanası X11, qaynı X3, baldızları Abdullayeva Sara və Gülçöhrə Akif qızlarının da mülkiyyətə dair istifadə hüquqları mövcud olduğundan yaşadığı mülkiyyətinin adına xüsusi mülkiyyət kimi qeydiyyata alınması mümkün olmamışdır. Iş materialları ilə də təsdiqlənir ki, mübahisə predmeti olan faktiki yaşadıqları evin qaz–istifadə sayğacının abonent kodu belə həyat yoldaşı iddiaçı1 adına olmaqla və həmçinin yaşadıqları evin digər kommunal ödənişləri onlar tərəfindən ödənildiyi halda, onlardan xəbərsiz həmin qeyd edilən evdə faktiki yaşamayan, lakin rəsmi qeydiyyatda olan qayınanası X11 və digərlərinin iştirakı ilə ayrılıqda "xxxx" MMC ilə ##.##.2024-cü il tarixli "Kompensasiya ödənilməklə əvəzləşdirmə müqaviləsi" imzalanarkən onların qanuni hüquqları nəzərə alınmamış, sonradan X11 aldadıldığını dərk edərək həmin ##.##.2024-cü il tarixli "əvəzləşdirmə" müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəməyə iddia tələbi ilə müraciət etmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli çıxarılmış qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yalnız bu zaman faktiki yaşadıqları evin "xxxx" MMC tərəfindən alınmasına dair məhkəmə mübahisələndirilməsi aparılmasından dərhal xəbər tutduğu halda, qanunla qorunan pozulmuş hüquqlarının bərpası məqsədilə faktiki yaşadıqları mülkiyyətlərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən onlardan xəbərsiz çıxarılmış *(***)-****/**** saylı Qətnaməsinin birbaşa qanuni maraqlarına toxunması faktları ilə işdə iştiraklarının təmin edilməsi ilə bağlı Ali Məhkəmənin Mülki Kollegiyasına rəsmi ərizə ilə müraciət etsələr də, qanuni haqlı ərizələri təmin edilməmişdir. Həmçinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı Qətnaməsi çıxarılarkən adları faktiki istifadə hüquqları mövcud olmaqla müəyyən edilməsinə baxmayaraq, onları həmin birinci instansiya məhkəməsi icraatı prosesinə üçüncü şəxslər qismində cəlb etməyərək elə ilkin andan kobud prosessual hüquq pozuntularına yol verməkdə birbaşa maraqlı olmuşlar. Çox təəssüflər olsun ki, hazırki iddia tələbi əsasında qətnamə çıxarılarkən işin bütün bu faktiki halları nəzərə alınmamış, tam və hərtərəfli araşdırılması aparılmadan məhkəmə konstitusiya müdafiə hüququna istinad edilmədən qanunla qorunan pozulmuş hüquqlarının bərpası təmin edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 18.
19. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı işdə iddia tələbi təmin edilmədiyindən və qətnamə iş üzrə iddiaçılar tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Ilk növbədə məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə bağlamağa məcburetməyə o halda yol verilir ki, müqavilə bağlamaq vəzifəsi Mülki Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulsun.
26. Hazırki iş üzrə isə cavabdehin üzərinə iddiaçılar ilə “kompensasiya ödənilməsinə dair əvəzələşdirmə” müqaviləsini bağlamaq öhdəliyinin qoyulması (müqavilə bağlamağa məcburetmə) üçün göstərilən əsaslar mövcud deyil.
27. Işdən müəyyən edilir ki, iddiaçıların yaşadıqları və qeydiyyatda olduqları fərdi yaşayış evinə dair “xxxx” MMC-ilə X11 arasında ##.##.2024-cü il tarixli “xxxx” bağlanmış, MMC evin əvəzinə Xanımana Abdullayevaya 120.000 manat məbləğində kompensasiya verməyi öhdəsinə götürmüşdür. Daha sonra isə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə həmin müqavilə etibarlı sayılmaqla Xanımana Abdullayeva və onun ailə üzvlərinin MMC tərəfindən 120.000 manat məbləğində kompensasiya ödənilməklə evdən çıxarılması qət edilmiş və qətnamə artıq icra olunmuşdur.
28. Işdən həmçinin müəyyən edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə həmin iş üzrə iddiaçı1 və iddiaçı2 məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində prosesə cəlb edilmələri barədə hazırki iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən ərizələri təmin edilməmiş, sözügedən fərdi yaşayış evində ərizəçilərlə yanaşı qeydiyyatda olan və yaşayan şəxslərin iddiaçı1 müvafiq kompensasiya alaraq həmin ünvandakı hüquqlarından sonuncunun xeyrinə imtina etmələri barədə öz aralarında tərtib edilərək imzalanmış Akt sonradan formal olaraq tərtib edilmiş sənəd kimi qiymətləndirilmişdir. Həmçinin, məhkəmə kollegiyası ərizəçilərin əvvəlki mərhələlərdə işə qoşulmaq imkanına malik olduqlarını, lakin bundan istifadə etmədiklərini nəzərə alaraq sonradan etdikləri müraciəti hüquqdan suiistifadə və prosessual əsaslarla qətnamənin ləğvinə nail olmaq cəhdi kimi qiymətləndirmişdir.
29. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvinə əsas ola bilməz.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Iddiaçılar iddiaçı1 və iddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: