Məhkəmə qərarları › İş №e-2(3-6)-2163/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2163/2026

01.07.2026 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2163/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh “xxxx” MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:işə bərpa) Hakimlər X14 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı və vəkili və nümayəndəsi Vəkil, Cavabdeh “xxxx” MMC-nin vəkili və nümayəndələri Məhərrəmov Balaş Ədail oğlunun və nümayəndə2 iştirakları ilə, İddiaçı İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh “xxxx” MMC-yə qarşı “müddətsiz əmək müqavilənin bağlanması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İşəgötürən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə işçi İddiaçı arasında bağlanmış ##.##.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, işçi və işəgötürən bundan sonra, digər hal nəzərdə tutulmadıqda, ayrıldıqda "Tərəf", birlikdə isə "Tərəflər" adlandırılacaqlar. Tərəflər bununla müqavilədə ifadə edilmiş şərtləri, hüquqları və öhdəlikləri qəbul etməyə razı olduqlarını ifadə etmişlər. Həmin müqavilənin 2-ci maddəsinə əsasən, İşəgötürən Əmək Məcəlləsinin tələblərinə əsasən İşçini əsas iş yeri üzrə işə qəbul etmiş və İşçi Əmək Müqaviləsinin ayrılmaz hissəsini təşkil edən, bu Müqaviləyə əlavə edilmiş Vəzifə Öhdəliklərinə əsasən Nəqliyyat Xidmətləri bölümünün mütəxəssisi vəzifəsi üzrə fəaliyyət göstərdiyi digər şirkətdə əmək fəaliyyətinin göstərilməsini öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3-cü maddəsinə əsasən, Bu Müqavilə ##.##.2021-ci il tarixindən növbəti 3 (üç) ay müddətinə bağlanmışdır və Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin şərtlərinə əsasən ləğv oluna bilər. Həmin müqavilənin 4-cü maddəsinə əsasən, İşçi öz əmək funksiyasını İşəgötürənin və ya fəaliyyət göstərdiyi digər şirkətin təyin etdiyi ünvanda yerləşmiş inzibati ofisində göstərəcəkdir. Tərəflər razılığa gəlmişlər ki, İşəgötürən və ya işçinin fəaliyyət göstərdiyi digər şirkət İşçinin iş yerini dəyişə bilər və onun ölkə daxilində, bir struktur bölməsindən digərinə və ya İşəgötürən ilə müqavilə bağlamış hər hansı bir müəssisəyə getməsi tələb oluna bilər. İş yerinin bu cür dəyişməsi İşçinin başqa işə keçirilməsi kimi qəbul olunmayacaqdır, o şərtlə ki, bu cür iş yerinin dəyişməsi İşçinin peşəsinə, kvalifikasiyasına və tutduğu vəzifəsinə təsir göstərməyəcəkdir. Həmin müqavilənin 7-ci maddəsinə əsasən, işçinin ümumi (vergilər və digər icbari ödənişlər daxil olmaqla) əmək haqqı bu Müqavilənin ayrılmaz hissəsi olan "İş Təklifi"nə əsasən olacaqdır. Əmək haqqı başa çatmış təqvim ayından sonrakı ayın birinci 6 iş günü ərzində İşçinin bank hesabına köçürülməli, bank hesabı göstərilmədiyi halda isə ona nağd şəkildə ödənilməlidir. İşəgötürən Azərbaycan Respublikasının qüvvədə olan vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün vergiləri tutacaq və əmək haqqında olan bütün ayrılmaları hesablayaraq, büdcəyə və müvafiq fondlara ödəyəcəkdir. İşəgötürən, öz mülahizəsinə əsasən, İşçinin əmək haqqını artıra bilər. İşçinin əmək haqqının azaldılması Azərbaycan Respublikasının qüvvədə olan müvafiq Əmək Qanunvericiliyinə əsasən edilməlidir. Yeni əmək haqqı İşçinin Əmək Müqaviləsinin Əlavəsində yeni "İş Təklifi" kimi qeyd edilməlidir və bu Müqavilənin ayrılmaz hissəsini təşkil etməlidir.

2. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə İddiaçı arasında bağlanmış ##.##.2021-ci il tarixli əmək müqaviləsinə * saylı əlavədən - "İş təklifi”dən (Job offer) görünür ki, İddiaçı İ150 manat vəzifə maaşı ilə Hüquq və İdarə İşləri departamentində (Legal & General Administration department) mütəxəssis vəzifəsi təklif olunmuşdur. Qeyd edilmişdir ki, Bu sənəd qarşılıqlı imzalanması şərtilə ##.##.2021 tarixdən qüvvəyə minəcək və növbəti yeni İş Təklifi Formu qüvvəyə mindikdə öz qüvvəsini itirəcək. AR Əmək Məcəlləsinin 55-ci maddəsinə uyğun olaraq, İşçiyə tətbiq edilən əlavə güzəştlər və sosial təminatların ilkin şərtlərinin müəyyən edilməsi, dəyişiliklərin edilməsi, uzadılması, yaxud ləğv edilməsi şərtləri birtərəfli qaydada 'X1 Business Services Ltd və/və ya 'xxxx" MMCnin tərəfindən öz müstəsna mülahizəsinə uyğun olaraq müəyyən ediləcəkdir. İş təklifi işəgötürən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC və işçi İddiaçı tərəfindən imzalanmaqla təsdiq edilmişdir.

3. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı ##.##.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında bağlanmış ##.##.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, işçi "xxxx” MMC-də inzibati xidmətlər bölümünün operatoru vəzifəsində çalışmışdır. Əmək müqaviləsi ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixənədək müddətə bağlanmışdır. Əmək haqqı 1421,28 manat təşkil edir. Həmin əmək müqaviləsi xitam edilmişdir.

4. "xxxx" MMC ("sifarişçi”) ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ("İcraçı”) arasında bağlanmış ****-**** nömrəli, ##.##.2021-ci il tarixli müqaviləyə əsasən, Bu Müqavilənin predmetini "İcraçı" "Sifarişçi"nin sifarişinə əsasən "Sifarişçi"nin sifarişi əsasında "Sifarişçi"yə məxsus olan və Azərbaycan Respublikasının bütün ərazisində fəaliyyət göstərən ofislərində (işğal altında olan əraziləri çıxmaq şərtilə) onun bildirdiyi sayda, tarix və saatlarda öz işçiləri vasitəsilə müvafiq Qoşmalarda qeyd olunan təmizlik, kuryer, sürücü, xadime, ambardar, arxiv, operator, elektrik, mexanik, mühəndis, texniki baxım, bağban və digər oxşar xidmətlərin, eləcə də "Sifarişçi"nin Telefon Mərkəzinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə Telefon Mərkəzinə daxil olan zənglərin cavablandırılması, abunəçi istəklərinin həyata keçirilməsi, problemlərin həll edilməsi və/və ya Abunəçi İstək və X5 yönləndirilməsi kimi xidmətlərin (bundan sonra birlikdə "xidmət") göstərilməsi, "Sifarişçi" tərəfindən isə bu xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Həmin müqavilənin 4.1.6-cı bəndinə əsasən, Bu Müqavilə və müvafiq Qoşmalarında nəzərdə tutulan xidmətlərin göstərilməsində İştirak edəcək işçi personalını işə qəbul edərkən bütün sənədləşmənin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun şəkildə aparılmasını təmin edir. Bu Müqavilənin müvafiq Qoşmaları üzrə xidmətləri icra edəcək öz işçi personalının yüksək peşəkarlığına təminat verir. Həmin müqavilənin 4.1.7-ci bəndinə əsasən, bu Müqavilə və müvafiq Qoşmalarda nəzərdə tutulan xidmətlərin göstərilməsində iştirak edəcək işçi personalı üzrə əmək haqlarının başa çatmış təqvim ayından sonrakı ayın ilk 5 (beş) iş günündən gec olmayaraq, məzuniyyət, ezamiyyət və s. xərclərin (bank plastik kartları vasitəsi ilə ödənilməsi şərti ilə) və qanunvericilikdə müəyyən edilən diqər icbari ödənişlərin isə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun hesablanmasını və öz hesabına ödənilməsini təmin edir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən, bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və 2 (iki) il ərzində qüvvədədir.

5. Cavabdeh mMc ve Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında bağlanmış ****-**** saylı ##.##.2021-ci il tarixli Müqaviləyə * saylı Qoşmadan görünür ki, iş saatlarının sayına əsasən göstərilən xidmətlərə görə ödənilən, bütün vergilər və məcburi ödənişlər xaric, "İcraçı" tərəfindən aylıq əmək haqqı hesablanır və ödənilməsi təmin edilir. Həmin qoşmanın 3-cü bəndində qeyd olunmuşdur ki, "İcraçı", ona ödənilən xidmət haqqı müqabilində bu Qoşmanın Cədvəllərində qeyd olunan xidmətləri göstərən hər bir 1 (bir) işçisinə müvafiq cədvəllərdə qeyd olunmuş tariflərə uyğun hesablanmış aylıq məbləği, müvafiq məbləğdən işçinin aylıq gəlirindən qanunvericiliyə müvafiq olaraq ödənilməli olan bütün aidiyyəti vergi, icbari haqq və ödənişlər (sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və s.) çıxıldıqdan sonra yerdə qalan tam məbləğ həcmində ödəməyi öhdəsinə götürmüşdür. Həmin qoşmanın 4-cü bəndində qeyd olunmuşdur ki, işçi iş günü ərzində 4 saatdan artıq işdə olduqda "Sifarişçi" tərəfindən yemək xərci ilə təmin edilir. İşçinin ay ərzində işlədiyi hər bir 4 saatdan artıq iş günü üçün "İcraçı" özünün hər 1 (bir) nəfər işçisinə (bütün vergilər və məcburi ödənişlər daxil) ödəməyi, "Sifarişçi" isə bunun əvəzində Müqavilənin 3.3-cü maddəsinə əsasən hesablanmış xidmət haqqı məbləğini "İcraçı"ya ödəməyi öhdəsinə götürür. "İcraçı" özünün hər bir işçinin ay ərzində işlədiyi hər bir 4 saatdan artıq iş günü üçün bütün vergilər və məcburi ödənişlər xaric ödəməyi öhdəsinə götürmüşdür.

6. "xxxx” MMC ve "X1 Business Services LTD” MMC arasında bağlanmış ****-**** saylı ## ### 2021-ci il tarixli Müqaviləyə dəyişiklik edilməsi barədə * saylı ## ##### 2023-cü il tarixli və * saylı ## ### 2025-ci il tarixli Sazişlərə əsasən, həmin müqavilənin müddəti uzadılmışdır.

7. Cavabdeh MMC ve Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında bağlanmış ****-**** saylı ## ### 2021-ci il tarixli Müqaviləyə dəyişiklik edilməsi barədə * nömrəli ## ### 2025-ci il tarixli Sazişdən görünür ki, tərəflər arasında bağlanmış ****-**** saylı ## ### 2021-ci il tarixli Müqavilənin 8.1-ci bəndi aşağıdakı redaksiyada verilməsi barədə razılıq əldə edilmişdir: "8.1.. Bu Müqavilə hər iki tərəfin onu imzaladığı gündən etibarən qüvvəyə minir və ## ### 2026-cı il tarixinədək qüvvəsini saxlayır. Bu Müqavilənin müddətinin başa çatmasına 30 (otuz) iş günü qalanadək tərəflərdən hər hansı biri digər tərəfi müddətin uzadılmayacağı barədə yazılı xəbərdar etməzsə, müqavilə tərəflər arasında növbəti 1 (bir) il müddətinə və eyni şərtlərlə uzadılmış hesab edilir. Bu qayda növbəti dəfələrdə də tətbiq edilir."

8. İddiaçı tərəfindən "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış ##.##.2025-ci il tarixli ərizənin məzmunundan görünür ki, İddiaçı ## #### 2002-ci il tarixindən hal-hazıradək tam 23 ildir "xxxx" MMC-də çalışır. Halbuki, "EMAS" elektron sistemdən çıxarışa baxdığı zaman məlum olur ki, hazırda Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin İnzibati Xidmətlər Bölümünün operatoru vəzifəsində çalışır. Daha əvvəlki dövrlərə nəzər saldıqda, müəyyən olur ki, "X6"xxxx"xxxx"xxxx"xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı, "xxxx" MMC və 2002-ci ildən 2007-ci ilə qədər Əmək kitabçasında qeyd olunan, lakin adını dəqiq bilmədiyi Şirkətlərdə rəsmiləşdirilmişdir. Lakin onun bu şirkətlərdə yerdəyişməsi barədə məlumatlı olmamışdır. Hər hansı Şirkətdən işdən ayrılan zaman əmək qanunvericiliyinə uyğun zəruri olan işdən çıxma ərizələrini yazmamışdır, ona son haqq-hesablar ödənilməyib. Bu isə bir daha təsdiq edir ki, faktiki yuxarıda adıkeçən Şirkətlərdə deyil, məhz "xxxx" MMC-nin Tbilisi prospektində yerləşən ofisində işləyir, hazırda isə İnzibati İşlər departamentində operator vəzifəsindədir. Yuxarıda qeyd olunan Şirkətlərdən də hətta "İntertek Global Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və "xxxx" MMC-də 5 ildən artıq müddətdə çalışmağına baxmayaraq, onun məlumatı olmadan Şirkətləri dəyişdirmişlər. Nəticə etibarilə onun əmək qanunvericiliyi ilə müddətsiz müqavilənin bağlanması kimi hüquqlarım kobud şəkildə pozulmuşdur. Müddətsiz əmək müqaviləsinin bağlanmasi nəinki pozulmuş, həmçinin faktiki işlədiyi Cavabdeh MMC ilə də əmək müqaviləsinin bağlanmaması ciddi pozuntulara səbəb olmuşdur. "xxxx" MMC-də bir yerdə çalışdığına sübut olaraq, yuxarıda qeyd olunan şirkətlərdən işdən çıxdığım zaman mənə son haqq-hesablar ödənilməmiş, əmək məzuniyyəti hüquqları pozularaq, vaxtlı vaxtında əmək məzuniyyətlərinə çıxa bilməmişdir. Hesab edir ki, onunla "xxxx" MMC arasında müddətsiz əmək müqaviləsinin bağlanması zəruridir və bu barədə sərəncam verilməsini xahiş etmişdir.

9. "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025ci il tarixli məktubdan görünür ki, İddiaçı ilə hər hansı bir əmək və ya digər müqavilə münasibətləri olmayıb. Göstərilənləri nəzərə alaraq İddiaçı əmək müqaviləsi bağlanması tələbini əsaslı hesab etmirlər. Qeyd etdiyikləri "X1 BUSİNESS LTD" MMC ilə əmək münasibətləri ilə əlaqədar sual və mülahizələri ilə birbaşa "X1 BUSİNESS LTD" MMC-yə müraciət edə bilərlər. Tərəflərindən onlara xidmət göstərən müəssisələrin kadr siyasətinə müqavilə münasibətlərindən irəli gəlməyən kənar müdaxilə həyata keçirilmir.

10. "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış ##.##.2025ci il tarixli "İşlənmiş Kompyuter (noutbuk, PC)/mobil telefon cihazının əvəzsiz olaraq işçinin mülkiyyətinə verilməsinə dair Razılaşma Forması”ndan görünür ki, şirkətdaxili qaydalarda müəyyən edilən istifadə müddəti bitmiş Kompyuter (noutbuk, PC)/mobil telefon cihazının (bundan sonra - cihaz) əvəzsiz olaraq işçinin mülkiyyətinə verilməsinə dair bu Formanı imzalamaqla "işçi”, qeyd edilən cihazın aşağıdakı şərtlər ilə mülkiyyətinə keçməsinə razı olduğunu təsdiq edir: 1.1. Cihaz "İşçi”yə təhvil verildikdən sonra, həmin cihaza görə "Azercell”-in balansında mövcud olan qalıq məbləğdən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan hər hansı vergi və digər məcburi ödənişlərin icrasını "Azercell” öz üzərinə götürür və buna görə "işçi” cavabdehlik daşımır, 1.2. Cihaz təhvil verilən andan etibarən onun itirilməsi, oğurlanması, təsadüfən məhv olması və ya zədələnməsi riski tam həcmdə "lşçi”-yə keçir, "işçi” əldə etdiyi cihaz ilə əlaqədar qanunvericilikdə müəyyən edilən vəzifələri yerinə yetirir və bütün əlaqədar məsuliyyəti, riskləri (cihazın və ya onun hansısa funksiyasının tam və ya qismən yaxud lazımınca çalışmaması halları da daxil olmaqla) özü daşıyır, "işçi” bu Formanı imzalamaq ilə təsdiq edir ki, əldə etdiyi cihazdan istifadə qaydaları, qarantiya şərtləri, müxtəlif proqram təminatlarının avtomatik yenilənmə, o cümlədən Mobil internet və digər bütün telekommunikasiya xidmətləri, onların xüsusiyyətləri və tarifləri barədə məlumatlıdır. Müvafiq cihaz vasitəsi ilə əvvəllər və ya sonradan, birbaşa və ya dolayısı ilə aparılan sazlanma nəticəsində aktiv olan xidmətlər nəticəsində hesablanan xidmət haqları ilə əlaqədar, həmçinin ya hər hansı səbəbdən dəyən zərərə (3-cü şəxslərin müdaxiləsi, cihazın oğurlanması və itirilməsi halları da daxil olmaqla) görə "Azercell” cavabdehlik daşımır, 1.3. İşçi-yə əvəzsiz verilən cihazın yaddaşında olan bütün melumatlar, şirkətdaxili qaydalara uyğun olaraq silinməli və bu faktın təsdiqi məqsədilə aşağıda göstərilən səlahiyyətli şəxslər bu Formanı imzalamalıdır. Həmin razılaşma forması İddiaçı tərəfindən imzalanmışdır.

11. "xxxx" ASC tərəfindən verilmiş ***/** nömrəli, ##.##.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı və onun ailə üzvləri aşağıda göstərilən müüddət ərzində "xxxx" ASC-də Cavabdeh MMC tərəfindən sığorta olunublar: İddiaçı (şəhadətnamə 21410/01), sığorta müddəti ##.##.2009-##.##.2021, X10 (şəhadətnamə 23097/01), sığorta müddəti ##.##.2010- ##.##.2021, X7 (şəhadətnamə 25585/01), sığorta müddəti ##.##.2012-##.##.2021, X3 (şəhadətnamə 37877/01), sığorta müddəti ##.##.2015-##.##.2021.

12. Paşa Sığorta tərəfindən verilmiş tibbi sığorta kartlarına əsasən müəyyən edilir ki, İddiaçı (CARD/1864872), X7 (CARD/693161), X10 (CaRD/2032818) və X4 (CARD/2718262) ##.##.2024-##.##.2025-ci il tarixədək müddətə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sığorta olunmuşdur.

13. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş ***** nömrəli, ##.##.2025ci il tarixli arayışdan görünür ki, Cavabdeh MMC-də (bundan sonra Azercell) əsas fəaliyyət sahəsinə aid olmayan yardımçı xarakterli işlərin (xidmətlərin) yerinə yetirilməsi üçün ştat vahidi nəzərdə tutulmayıb. Müvafiq işlərin (xidmətlərin) icrası ayrı-ayrı podratçı şirkətlərlə bağlanan müqavilə əsasında təmin edilir və göstərilən xidmət nəticələrinə uyğun olaraq xidmət haqqı ödənişləri müqaviləyə uyğun olaraq həyata keçirilir. Belə şirkətlərdən biri də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-dir (bundan sonra AZBA). Bu şirkətlə bağlanmış müqavilə əsasında həmin şirkət tərəfindən Azercell-in Azərbaycan Respublikasının bütün ərazisində fəaliyyət göstərən ofislərində onun bildirdiyi sayda, tarix və saatlarda öz işçiləri vasitəsilə təmizlik, kuryer, sürücü, xadimə, fəhlə, yükdaşıyan, kuryer, operator, mexanik, texniki baxım, bağban, çayçı və digər oxşar xidmətlər göstərilir. Müvafiq işlərin icrası və xidmətlərin göstərilməsində iştirak edən podratçı şirkətlərin işçi personalının sağlamlıq vəziyyətinə xüsusi diqqət yetirilir və onların mütəmadi olaraq tibbi müayinədən keçirilməsi təşkil olunur. "Azercell Şirkətinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və X9 Üzrə Siyasəti təlimatına əsasən təhlükəsiz iş şəraitini yaratmağa nail olmaq məqsədilə öz işçilərinin, podratçı şirkətin işçilərinin və müştərilərinin əməyin mühafizəsi, sağlamlıq və təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsi və nəzarəti davamlı şəkildə təmin olunur. Buna görə də, Azercell-in ofislərində yuxarıda sadalanan yardımçı xarakterli xidmətlərin (işlərin) yerinə yetirilməsi üçün podratçı şirkətlərin əməkdaşları işlərin (xidmətlərin) icrasına başlamazdan öncə podratçı şirkətin məsul şəxsi tərəfindən Azercell-in SƏTƏMM şöbəsinə məlumat ötürülür. Podratçı şirkətin işçisi Azercell ofislərində işə başlamazdan əvvəl giriş təlimatından keçir və həmin əməkdaşa SƏTƏMM şöbəsinin əməkdaşları tərəfindən iş yerində ilkin təlimat keçirilir. İlkin təlimat zamanı əməkdaşlara Azercell daxili ümumi qaydalar, yanğın, elektrik təhlükəsizliyi, avtomobilin təhlükəsiz idarə olunması ilə bağlı zəruri məlumatlar, ərazidə yerləşən tibb məntəqələrinin, ilk tibbi yardım qutularının yerləri, yanğınsöndürən balonların yerləşdiyi məntəqələr, həmçinin tütün istifadəsi üçün ayrılmış xüsusi yerlər barədə əyani məlumat verilir. Təlimatın keçirilməsinə dair məlumat rəsmiləşdirilir və jurnal üzərindən qeydiyyata alınır. İşin təsnifatından asılı olaraq müəyyən hallarda podratçı şirkətdən xidmətlərin (işlərin) yerinə yetirilməsinə cəlb etdiyi işçi personalında müvafiq sertifikatların mövcudluğu tələb olunur və iş fəaliyyətinin təsnifatından asılı olaraq məcburi təlimlərdə iştirakı təmin edilir. Bu təlimlərə hündürlükdə aparılan işlər üzrə, elektrik təhlükəsizliyi üzrə, yüklərin əl ilə daşınması üzrə, qazanxana operatoru təlimi və digər mövzular daxildir. Sirkət daxilində keçirilən müxtəlif maarifləndirici aksiyalar və kampaniyalarda podratçı şirkətin cəlb etdiyi əməkdaşların da iştirakı təmin olunur ki, bu da təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə xidmət edir. Eyni zamanda şirkətləri kritik informasiya infrastrukturu olduğu, ofisləri giriş və çıxış, o cümlədən ofislər daxilində müxtəlif iş sahələrinə giriş-çıxış elektron buraxılış sistemi tətbiq edilir. Və bu səbəbdən şirkətə daxil olan müsəfirlər, o cümlədən podratçı şirkətlərin işçi personalı Azercell-də şirkətin daxili təhlükəsizlik qaydalarına əməl etməsi, xidmət göstərdikləri əraziyə daxil olması üçün xüsusi vəsiqə ilə təmin olunurlar. Yuxarıda da göstərildiyi kimi, Azercell ilə AZBA arasında bağlanmış ##.##.2021-ci il tarixli, ****-**** saylı müqavilə əsasında AZBA öz işçiləri vasitəsilə təmizlik, kuryer, sürücü, xadimə, anbardar, arxiv, operator, mexanik, texniki baxım, bağban, çayçı və digər oxşar sahələr ilə yanaşı kompüter və skaner avadanlıqları vasitəsi ilə elektron xarakterli texniki işlərin icrası ilə bağlı xidmətlər göstərir. Bu sahədə sədalanan xidmətlərin göstərilməsində iştirak edən AZBA-nın çoxsaylı işçilərindən biri də İddiaçı olmuşdur. İddiaçı daAZBA ilə bağladığı ##.##.2021-ci il tarixli əmək müqaviləsi əsasında AZBA-nın müqavilə öhdəliklərinin icrası məqsədilə Azercell əməkdaşları və qonaqlar üçün taksi xidmətinin təşkili, nəzarəti, aylıq ödənişlərin edilməsi, sürücülərin iş qrafikinin tərtib edilməsi, iş həcminin hesablanması, avtomobil kirayəsi ilə əlaqədar elektron xidmətlərin göstərilməsində iştirak etmişdir. İddiaçı da həmin kateqoriyada olan digər şəxslər kimi müvafiq təlimlərə cəlb edilməklə, xidmət göstərdiyi əraziyə giriş-çıxış üçün elektron buraxılış vəsiqəsi ilə təmin olunmuşdur. İddiaçı ilə Azercell arasında hər hansı bir əmək münasibəti isə mövcud olmayıb. İddiaçı müxtəlif podratçı şirkətlər ilə öz iradəsi ilə bağladığı əmək müqavilələri əsasında icra etdiyi əmək funksiyaları ilə əlaqədar mülahizələrinə münasibətdə məhkəmənin nəzərinə çatdırırlar ki, müstəqil təsərrüfat fəaliyyəti ilə məşğul olan podratçı şirkətlərin kadr siyasətinə, tərəflərindən müqavilə münasibətlərindən irəli gəlməyən kənar müdaxilə həyata keçirilmir. Əlavə olaraq bildirirlər ki, hazırda dünyada böyük sürətlə baş verən elmi-texnoloji inkişaf, süni intellektin bütün sənayelərdə geniş tətbiqi bir çox biznes proseslərinin avtomatlaşdırılmasına, iş bazarlarında böyük miqyaslı dəyişikliklərə səbəb olur. Müasir dünyada telekommunikasiyanın sürətli inkişafı nəticəsində dəyişən trendləri, telekommunikasiya şəbəkəsinin fasiləsiz və kəsintisiz fəaliyyətində, həmçinin mobil rabitə xidmətlərinin keyfiyyətinin artmasında yeni nəsil texnologiyalarının tətbiqi ehtiyaclarının çevik artmasını və dəyişməsini nəzərə alaraq xidmətlərin optimallaşdırılması və rəqəmsal şəkildə təqdim edilməsi zərurəti yaranmaqdadır. Son illərdə alternativ texnologiyaların inkişafı nəticəsində bir çox ənənəvi telekommunikasiya xidmətindən istifadənin azalmasına baxmayaraq ölkənin ən böyük mobil operatoru kimi Azercell daima biznes proseslərini optimallaşdırır, abunəçilərinə faydalı olan və eyni zamanda, rəqəmsal dövrün ehtiyaclarını qarşılayan yeni xidmət və məhsullar təqdim etməyə çalışır. Eyni zamanda Azercell tərəfindən biznesin optimallaşdırılması, istehsalatın (göstərilən xidmətlərin) düzgün planlaşdırılması, xərclərin nizamlanması məqsədləri ilə, elmi-texnoloji inkişafın üstünlüklərindən yararlanmaq ilə bir sıra xidmətlərin göstərilməsində, o cümlədən kompüter və skaner avadanlıqları vasitəsi ilə elektron xarakterli texniki işlərin icrasında süni intellektdən istifadə, robotlaşma və avtomatlaşma tətbiq edir və müvafiq olaraq da həmin sahələrdə podratçı şirkətlər tərəfindən göstərilən çoxsaylı xidmətlərə ehtiyac duyulmur. Göstərilənləri nəzərə alaraq məhkəmənin diqqətinə çatdırlar ki, Azercell ilə heç vaxt əmək münasibəti olmamış, Azercell ilə heç bir əmək müqaviləsi bağlamamış İddiaçı Azercell ilə müddətsiz əmək müqaviləsinin bağlanması tələbi əsasız və qanunsuzdur. Eyni zamanda bildirirlər ki, AZBA şirkəti tərəfindən təqdim edilmiş məlumata görə İddiaçı ilə AZBA arasında mövcud olmuş əmək müqaviləsinə müddətin başa çatması səbəbindən ##.##.2025-ci il tarixində xitam verilmişdir. Qeyd olunan şəxs işdən azad olunma səbəbləri ilə əlaqədar sual və mülahizələri ilə əlaqədar aidiyyəti üzrə AZBA şirkətinə müraciət edə bilər. Nəzərə alınması xahiş edilmişdir.

14. "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış ##.##.2026cı il tarixli məktubdan görünür ki, "xxxx” MMC ilə "X1 Business LTD" MMC arasında bağlanmış ****-**** saylı ##.##.2021-ci il tarixli Müqavilənin qüvvədən düşmüş olması ilə bağlı mülahizəsi həqiqəti əks etdirmir. Belə ki, sözügedən Müqavilə elektron məhkəmə informasiya sisteminə əlavə edilmiş müvafiq sənədlərdən də göründüyü kimi ##.##.2026-cı il tarixinədək qüvvədədir. Bununla yanaşı bildirilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında hər hansı bir əmək və ya digər müqavilə münasibəti mövcud olmayıb. İddiaçı "X1 Business LTD" MMC-nin işçisi olduğunu nəzərə alaraq, onun vəzifə adı, funksiyaları və əmək münasibətləri ilə əlaqədar sual və mülahizələrinizlə bağlı birbaşa "X1 Business LTD" MMCyə müraciət edə bilər. Tərəflərindən onlara xidmət göstərən müəssisələrin kadr siyasətinə müqavilə münasibətlərindən irəli gəlməyən kənar müdaxilə həyata keçirilmir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı ilə “xxxx” MMC arasında müddətsiz əmək müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ## #### 2002-ci ildən etibarən hal-hazıradək tam 23 ildir ki, “xxxx” MMC-də çalışır. Halbuki, “EMAS” elektron sistemdən çıxarışa baxdığı zaman məlum olur ki, hazırda Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin İnzibati Xidmətlər Bölümünün operatoru vəzifəsində çalışır. Daha əvvəlki dövrlərə nəzər saldıqda, müəyyən olur ki, “X6”xxxx“xxxx”xxxx“İntertek Global Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı, “xxxx” MMC və 2002-ci ildən 2007-ci ilə qədər Əmək kitabçasında qeyd olunan, lakin adını dəqiq bilmədiyi Şirkətlərdə rəsmiləşdirilmişdir. Lakin onun bu şirkətlərdə yerdəyişməsi barədə məlumatlı olmamışdır. Hər hansı Şirkətdən işdən ayrılan zaman əmək qanunvericiliyinə uyğun zəruri olan işdən çıxma ərizələrini yazmamışdır, ona son haqq-hesablar ödənilməyib. Bu isə bir daha təsdiq edir ki, faktiki yuxarıda adıkeçən Şirkətlərdə deyil, məhz “xxxx” MMC-nin Tbilisi prospektində yerləşən ofisində işləyir, hazırda isə İnzibati İşlər departamentində operator vəzifəsindədir. Yuxarıda qeyd olunan Şirkətlərdən də hətta "İntertek Global Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və "xxxx” MMC-də 5 ildən artıq müddətdə çalışmağına baxmayaraq, onun məlumatı olmadan Şirkətləri dəyişdirmişlər. Nəticə etibarilə onun əmək qanunvericiliyi ilə müddətsiz müqavilənin bağlanması kimi hüquqları kobud şəkildə pozulmuşdur. Müddətsiz əmək müqaviləsinin bağlanmasi nəinki pozulmuş, həmçinin faktiki işlədiyi "xxxx” MMC ilə də əmək müqaviləsinin bağlanmaması ciddi pozuntulara səbəb olmuşdur. "xxxx” MMC-də bir yerdə çalışdığına sübut olaraq, yuxarıda qeyd olunan şirkətlərdən işdən çıxdığı zaman ona son haqq-hesablar ödənilməmiş, əmək məzuniyyəti hüquqlarım pozularaq, vaxtlı vaxtında əmək məzuniyyətlərinə çıxa bilməmişdir. Əmək münasibətlərində artıq 23 il olmağına baxmayaraq, Azərbaycan Respublikasının ən böyük və dövlət payı olan mobil operatoru işlərin daimi xarakter daşımasına baxmayaraq, onunla müddətli əmək müqavilələrini özünə məxsus ayrı-ayrı Şirkətlər ilə bağlamışdır. Qeyd edir ki, "xxxx” MMC-nin Yasamal rayonu, Tbilisi pr.149A ünvanında yerləşən baş ofisi daim uzun illər iş yeridir. İlk növbədə müxtəlif MMC-lər barədə məlumatı olan kimi iddiaçı İddiaçı "xxxx” MMC-nə yazılı ərizə ilə müraciət edərək müddətsiz müqavilənin bağlanmasını xahiş etmişdir. Cavabdeh isə öz növbəsində cavab məktubu ilə iddiaçıya bildirmişdir ki, onunla hər hansı əmək münasibətləri yoxdur. Sanki iddiaçı uzun 23 il ərzində "xxxx” MMC-nin baş ofisində işləməsini, baş ofisinə gedib, gəlməsini, "xxxx” MMC tərəfindən özünün və ailə üzvlərinin tibbisığorta etdirilməsini,"xxxx” MMC tərəfindən iddiaçıya verilmiş buraxılış vəsiqələri, həmçinin mail yazışmaları və mail qutusunda imzaları onu təsdiq edir ki, iddiaçı İddiaçı uzun müddət "xxxx” MMC-nin işçisi olduğu kimi "xxxx” MMC ilə onun arasında müddətsiz əmək müqaviləsi bağlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə əsasən "Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.” Həmçinin Əmək Məcəlləsinin 45.-ci maddəsinin 5-ci bəndinə əsasənMüddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir” Bu əsasda hesab edir ki, onunla "xxxx” MMC arasında müddətsiz əmək müqaviləsinin bağlanması zəruridir. "xxxx” MMC-nin təqdim etdiyi və onun məlumatı olmadan rəsmiləşdirdiyi Şirkətlər və onun çalışdığı baş ofis binası da xxxx MMC-yə məxsus olduğu üçün hesab edir ki, o, xxxx MMC-nin işçisidir. Bu kimi halda "xxxx” MMC İddiaçı ilə əmək müqaviləsini bağlayarkən müxtəlif MMC-lərdən və sonuncu dəfə "X1 Business Services LTD” MMC-dən istifadə etməsRi amazanov Şamil Əmirxan oğlunun azad iradə ifadəsi olan razılığına ziddir, 23 ilərzində İddiaçı "xxxx” MMC ilə müddətliəmək münasibətlərində olmuşdur ki, əmək qanunvericiliyi ilə 5 ildən sonra müddətsizəmək müqaviləsi bağlanmalıdır.

17. Cavabdeh "xxxx" MMC məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq, onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-də üçün ştat vahidi nəzərdə tutulmadığından ayrı-ayrı şirkətlərlə qanunvericiliyin tələblərinə uyğun şəkildə müqavilə bağlanılır və ödəniş həyata keçirilir. Belə şirkətlərdən biri də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-dir. Bu şirkətlə bağlanmış müqavilə əsasında həmin şirkətin işçiləri tərəfindən Azercell-in Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ofislərində onun bildirdiyi sayda, tarix və saatlarda öz işçiləri vasitəsilə təmizlik, kuryer, sürücü, xadimə, anbardar, arxiv, operator, elektrik, mexanik, mühəndis, texniki baxım, bağban və digər oxşar xidmətlər göstərilir. Qeyd edilənlərə əsasən AZBA öz müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün bir sıra şəxslərlə, o cümlədən, ##.##.2021-ci il tarixində iddiaçı İddiaçı ilə İnzibati Xidmətlər Bölümünün operatoru vəzifəsi üçün əmək müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən qeyd edilən əmək müqaviləsi əsasında ##.##.2025-ci il tarixinə qədər AZBA-nın Azercell qarşısında müqavilə üzrə öhdəlikləri (Azercell əməkdaşları və qonaqlar üçün taksi xidmətinin təşkili, nəzarəti, aylıq ödənişlərin edilməsi, sürücülərin iş qrafikinin tərtib edilməsi, iş həcminin hesablanması, avtomobil kirayəsi) yerinə yetirilmişdir. Bu dövr ərzində iddiaçı yuxarıda sadalanan yardımçı xarakterli işlərlə Azercell ofisində məşğul olduğu üçün Azercell-də təhlükəsiz və sağlam iş mühitinin təmin edilməsi məqsədilə bir çox podratçı şirkətin əməkdaşı kimi ona da təlimlər keçilmiş, zəruri məlumatlandırma və təhlükəsizlik tədbirləri görülmüşdür. İddiaçının əmək müqaviləsinə AZBA tərəfindən verilən məlumata əsasən ##.##.2025-ci il tarixində müddətin başa çatması səbəbindən xitam verilmişdir. (AZBA tərəfindən təqdim edilmiş AZBA ilə iddiaçı arasında bağlanmış ****-** saylı ##.##.2021-ci il tarixli Əmək Müqaviləsi, Əmək Müqaviləsinə * saylı Əlavə (Vəzifə Öhdəlikləri), Əmək Müqaviləsinə xitam verilməsi haqqında Bildirişin surəti Qoşmaya əlavə olunur.). İddiaçının iddiasının əsasını təşkil edən hallar barədə dəlilləri əsassızdır. Biznesin optimallığını təmin etmək məqsədilə qanunvericiliyin tələbləri nəzərə alınmaqla yardımçı xarakterli işlər xidmət müqaviləsi əsasında yerinə yetirilir. İddia ərizəsində qeyd edilənin əksinə iddiaçı AZBA ilə əmək münasibətlərində olduğundan məlumatlı idi. Azercell tərəfindən iddiaçı üçün təmin edilən "imtiyazlar" əmək münasibətlərinin mövcudluğuna dəlil deyil. Əmək hüquqlarının pozulması, məzuniyyət və son haqq hesabla bağlı iddiaları, müddətsiz əmək müqaviləsinin bağlanması tələbi AZBA-ya yönləndirməlidir. Biznesin optimallığı məqsədilə qanunvericiliyin tələbləri nəzərə alınmaqla yardımçı xarakterli işlər xidmət müqaviləsi əsasında yerinə yetirilir. Azercell-də yardımçı xarakterli işlərin (xidmətlərin) göstərilməsi üçün ştat vahidi nəzərdə tutulmadığı üçün bu növ xidmətlərin göstərilməsi üçün AZBA ilə qanunvericiliyin tələblərinə əsasən Müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən AZBA-nın işçiləri tərəfindən Azercell-in Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ofislərində onun bildirdiyi sayda, tarix və saatlarda öz işçiləri vasitəsilə təmizlik, kuryer, sürücü, xadimə, anbardar, arxiv, operator, elektrik, mexanik, mühəndis, texniki baxım, bağban və digər oxşar xidmətlər göstərilir. Müqavilənin 3.1-3.4.1-ci maddələrində əsasən işçilərin əmək haqlarının ödənilməsi, qanunvericiliyə müvafiq olaraq ödənilməli olan bütün aidiyyəti icbari haqq və ödənişlərin (sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı və s.), icbari qaydada qanunvericiliklə müəyyən edilən əsaslarla (məzuniyyət, ezamiyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı müavinət və s.) ödənişlərin həyata keçirilməsi AZBA-nın vəzifəsi kimi müəyyənləşdirilmiş, Azercell isə yalnız AZBA-ya xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. 4.1.6-cı maddəyə əsasən AZBA müvafiq xidmətlərin göstərilməsində iştirak edəcək işçi personalını işə qəbul edərkən bütün sənədləşmənin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə aparılmasını təmin etmək, işçi personalının yüksək peşəkarlığına təminat öhdəliyi daşıyır. Həmçinin 4.1.15-ci maddəyə əsasən bu Müqavilə və müvafiq Qoşmaları ilə nəzərdə tutulan öhdəliklərini elə icra edir ki, göstərilmiş xidmətlərin nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. AZBA bu Müqavilə və müvafiq Qoşmalarında nəzərdə tutulan xidmətlərin göstərilməsi ilə bağlı bütün tələblərə görə Azercell və üçüncü şəxslər qarşısında tam həcmdə cavabdehdir. Müqavilənin 4.1.19-cu maddəsinə əsasən AZBA tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə və AZS standartlarına uyğunluğuna zəmanət verilir, qüsur və çatışmamazlıqlara görə Azercell-in məruz qaldığı zərər AZBA tərəfindən kompensasiya edilir. Belə ki, İddiaçı bu xidmətləri öz adından deyil, AZBA-nın adından həyata keçirmişdir. Göstərilən xidmətin keyfiyyətinə görə də Azercell qarşısında deyil, AZBA qarşısında məsuliyyət daşıyır. Belə ki, hər hansı xidmətin keyfiyyətində qüsur aşkar edilərsə və ya AZBAnın əməkdaşları, o cümlədən iddiaçı tərəfindən xidmətin göstərildiyi dövrdə Azercell-ə və ya digər üçüncü şəxslərə hər hansı maddi zərər dəyərsə Müqavilənin 6.1-ci bəndinə əsasən buna görə AZBA məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən İddiaçı ilə Azercell arasındakı münasibətlər faktiki və hüquqi baxımdan AZBA və Azercell arasındakı bağlanmış yardımçı xarakterli xidmətlərin göstərilməsi ilə bağlı ******** saylı ##.##.2021-ci il tarixli Müqaviləyə əsaslanır: A. Əsas fəaliyyət sahəsinə aid olmayan xidmətlərin yerinə yetirilməsinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi zəruri deyildir. AR Əmək Məcəlləsinin (bundan sonra ƏM) 7.2-3-cü bəndində əmək münasibətləri hesab edilən və mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmədiyi hallar sadalanır. Hazırki mübahisə üzrə faktiki olaraq həmin bənddə sadalanan hallardan heç biri mövcud deyildir. Belə ki, İddiaçının yerinə yetirdiyi işlər yardımçı xarakter daşımaqla Azercell- in əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı deyildir və heç bir xüsusi bilik və bacarıq tələb etmir. Buna görə də, bu növ yardımçı xarakterli işlərin yerinə yetirilməsi üçün Azercell-də ştat vahidi nəzərdə tutulmamış və bu növ xidmətlər üçün podratçı şirkətlərlə, o cümlədən AZBA ilə xidmət müqaviləsi bağlanmışdır. ƏM-nin 6-cı maddəsinin d bəndinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu məcəllənin müddəaları şamil edilmir. AR Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 va 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli Plenium Qərarında qeyd edilir ki, işçinin əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülkihüquqi müqavilələrdə icraçının fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövrü xarakter daşıyır. İddiaçı tərəfindən AZBA-nın işçisi kimi Azercell-ə göstərilən xidmətlər (Azercell əməkdaşları və qonaqlar üçün taksi xidmətinin təşkili, nəzarəti, aylıq ödənişlərin edilməsi, sürücülərin iş qrafikinin tərtib edilməsi, iş həcminin hesablanması, avtomobil kirayəsi) Azercell-in istehsal fəaliyyətində xüsusi bir rola malik deyildir və mahiyyətcə dövrüxarakterə malikdir. Belə ki, sadalanan xidmətlərin mahiyyətindən də aydın olur ki, bu işlərin göstərilməsinin dayandırılması heç bir maliyyə itkisinə və ya telekommunikasiya xidmətlərinin göstərilməsinə hər hansı bir təsiri yoxdur. Ona görə də, bu xidmətlərin yerinə yetirilməsi üçün əmək müqaviləsinin bağlanmasına həm hüquqi, həm də iqtisadi cəhətdən heç bir zərurət mövcud olmayıb. Azercell-ə müxtəlif növ yardımçı xarakterli xidmətlər göstərən podratçı şirkətlərlə, İddiaçı arasında müxtəlif dövrlərdə, onun öz iradəsi ilə könüllü şəkildə, heç bir məcburiyyət olmadan, əmək münasibətində olması isə İddiaçının Azercell ilə əmək münasibəti olması kimi şərh edilməsi mümkün deyil. Belə ki, bütün hallarda İddiaçı ilə əmək münasibətləri podratçı şirkətlər arasında olmuşdur və İddiaçı ilə Azercell arasında heç bir vaxt hər hansı bir əmək münasibəti mövcud olmayıb. İddiaçının müxtəlif podratçı şirkətlər ilə öz iradəsi ilə bağladığı əmək müqavilələri əsasında icra etdiyi əmək funksiyaları ilə əlaqədar mülahizələrinə münasibətdə nəzərinizə çatdırırıq ki, müstəqil təsərrüfat fəaliyyəti ilə məşğul olan podratçı şirkətlərin kadr siyasətinə, tərəfimizdən müqavilə münasibətlərimizdən irəli gəlməyən kənar müdaxilə həyata keçirilmir. B. İddiaçının əmək və sosial təminatı AZBA tərəfindən həyata keçirilmiş, faktiki olaraq AZBA ilə hakimiyyət-tabeçilik münasibətlərində olmuşdur. İddiaçı ilə AZBA arasında ##.##.2021-ci il tarixində əmək müqaviləsi bağlanmış və ##.##.2025-ci il tarixinə qədər olan əmək münasibətləri bu müqavilə əsasında tənzimlənmişdir. Belə ki, İddiaçının sosial sığorta, işsizlikdən, icbari tibbi sığorta haqqı və s., həmçinin icbari qaydada qanunvericiliklə müəyyən edilən əsaslarla məzuniyyət, ezamiyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı müavinət və s. ödənişlərin həyata keçirilməsi AZBA tərəfindən həyata keçirilmişdir. Azercell və AZBA tərəfindən bağlanmış müqavilənin 3-cü maddəsinə əsasən Azercell tərəfindən AZBA-ya göstərilən xidmətlərin qarşılığı olaraq müqavilə və onun ayrılmaz tərkib hissələri hesab edilən əlavələrdə müəyyən edilmiş qaydada xidmət haqqı ödənilir. İcraçı isə Müqavilənin 4.1.7-ci maddəsinə əsasən bu Müqavilə və müvafiq Qoşmalarda nəzərdə tutulan xidmətlərin göstərilməsində iştirak edəcək işçi personalı üzrə əmək haqlarının başa çatmış təqvim ayından sonrakı ayın ilk 5 (beş) iş günündən gec olmayaraq, məzuniyyət, ezamiyyət və s. xərclərin (bank plastik kartları vasitəsi ilə ödənilməsi şərti ilə) və qanunvericilikdə müəyyən edilən digər icbari ödənişlərin isə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun hesablanmasını və öz hesabına ödənilməsini təmin edir. Göründüyü kimi ödənişlərin həyata keçirilməsi İcraçının vəzifəsi kimi müəyyənləşdirilmiş, Cavabdeh isə yalnız İcraçıya xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Əmək müqavilələrində işçinin əmək qanunvericiliyi ilə müəyyən edilən əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilin davam etdirilməsi və s.) va sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları və işəgötürənin bununla bağlı vəzifələri olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının yalnız müqavilədə göstərilən və qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ vardır. (AR Konstitusiya Məhkəməsinin ##.##.2023-cü il tarixli Plenium Qararı). Əmək müqavilələrində işçi müəssisədaxili intizam qaydalarına və iş vaxtı rejiminə mütləq tabe olduğu və onları pozduqda intizam tənbehinə məruz qaldığı halda, mülki-hüquqi müqavilələr üçün bu cür tənbehlar xas deyil. Müqavilədə Azercell tərəfindən AZBA-nın işçilərinə hər hansı intizam tənbehi tətbiq etmə səlahiyyəti nəzərdə tutulmamışdır. Həmçinin işçi ilə AZBA arasında bağlanan əmək müqaviləsinin 11-ci maddəsində işçinin həm işəgötürənin (AZBA-nın) və xidmət göstərdiyi aidiyyatı şirkətin daxili qaydalarına riayət etmək vəzifəsi müəyyən edilmişdir. Maddənin məzmunundan aydındır ki, işçi işəgötürənin daxili qaydalarına və iş vaxtı rejiminə riayət etməlidir. Lakin bundan əlavə, xidmətlərin göstərilməsi zamanı daxili qaydalara əməl edilməməsi Azercell tərəfindən AZBAya qarşı iddiaların irəli sürülməsi riski yaratdığı üçün AZBA tərəfindən əmək müqaviləsində əlavə olaraq işçinin xidmət göstərdiyi şirkətin qaydalarına əmək etməsi öhdəliyi müəyyən edilmişdir. Belə ki, AZBA Azercell qarşısında müqavilə öhdəliklərini yerinə yetirə bilmək üçün bir çox işçi ilə əmək müqaviləsi bağlayaraq, Müqavilədə və qoşmalarda müəyyən edilmiş xidmətlərin yerinə yetirilməsinə cəlb etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı ##.##.2021-ci ildən ##.##.2025-ci ilə qədər öz iradəsi ilə könüllü şəkildə, heç bir məcburiyyət olmadan AZBA ilə əmək münasibətlərində olmuşdur. Qanunvericiliyin əmək münasibətlərinə vermiş olduğu anlayışdan irəli gələrək işəgötürən dedikdə işçinin əməkhaqqını ödəyən, işçinin əmək və sosial təminatını həyata keçirən, işçi ilə hakimiyyət-tabeçilik münasibətlərində olan şəxs başa düşülür. Bu müddət ərzində İddiaçı AZBA tərəfindən Azercell-lə bağlanmış Müqavilə üzrə müvafiq xidmətlərin göstərilməsinə cəlb edilmişdir. Azercell və İddiaçı arasında hər hansı hakimiyyət-tabeçilik münasibəti mövcud olmamış, İddiaçının əmək və sosial təminatı işəgötürən kimi AZBA tərəfindən həyata keçirilmiş, Azercell isə yalnız göstərilmiş xidmətlərə görə AZBA-ya xidmət haqqı ödəmişdir. İddia ərizəsində qeyd edilənin əksinə İddiaçı kiminlə və hansı müddətə əmək müqaviləsi bağladığını bilirdi. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, 23 ildir əmək müqaviləsini hansı işəgötürənlə bağladığına dair məlumatı yoxdur və 'X1 Business Services LTD" MMC-nin (bundan sonra "İcraçı") işçisi olduğunu "ƏMAS" elektron sistemindən öyrənmişdir. Həmçinin, əmək münasibətlərinin Cavabdeh MMC ilə formalaşdığını sübut etmək üçün sığorta haqlarının Cavabdeh tərəfindən ödənilməsi, onun inzibati binasına buraxılış vəsiqəsinə malik olması, mail vasitəsilə digər əməkdaşlarla əlaqə qura bilməsi kimi əsaslar gətirmişdir. Halbuki, İddiaçı öz azad iradəsi əsasında könüllü şəkildə AZBA ilə əmək münasibətlərinə daxil olmuş (ətraflı II bənddə), işəgötürən kimi fərqləndirilməyə kömək edəcək bütün əməllər AZBA tərəfindən həyata keçirilmişdir. Bunun ən böyük nümunəsi isə AZBA-nın öz işçilərinin əmək haqlarının plastik bank kartı vasitəsilə ödəmə tarixi və formasının Azercell-dən fərqlənməsidir. İddiaçının özünün də bildirdiyi kimi 23 ildir xidmət göstərdiyi ofisdə əmək haqlarının ödənilməsi tarixlərinin fərqli olmasından, xüsusən də Azercell ilə hər hansı əmək müqaviləsi bağlamadığından, əksinə müvafiq əmək müqaviləsini AZBA ilə bağladığından əlbəttə ki, xəbərdar idi. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, müvafiq əsasız qeydləri, Azercell-ə qarşı əsasız və qanunsuz mülahizə və ittihamlar səsləndirməsi, manipulyasiyadan başqa cür xarakterizə etmək mümkün deyil, göstərilənləri məhz bu cür vurğulamaq ilə Azercell-in işgüzar nüfuzuna uyğun olmayan şəkildə neqativ fon təəssüratı yaradılmasına cəhd edilir. Azercell tərəfindən İddiaçı üçün təmin edilən "imtiyazlar" əmək münasibətlərinin mövcudluğuna dəlil deyil. İddia ərizəsində qeyd edilir ki, İddiaçının uzun müddət Azercell-in baş ofisində çalışması, özünün və ailə üzvlərinin sığorta edilməsi, iddiaçıya buraxılış vəsiqəsinin verilməsi, mail yazışmaları və mail qutusundakı imzaları Azercell-lə əmək münasibətinin mövcud olmasına dəlalət edir. Halbuki istər qanunvericilikdə, istərsə də Konstitusiya Məhkəməsinin əmək münasibətləri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən bu "faktlar" əmək münasibətlərinin mövcudluğunun qiymətləndirilməsində heç bir rola malik deyildir. A. Xidmətin göstərildiyi yer, o cümlədən mail qutusundakı imzanın təmin edilməsi AZBA va Azercell arasında mövcud Müqavilənin icrasından irəli gələn məsələlərdir. Belə ki, Müqavilənin * saylı əlavəsinə əsasən xidmətin göstərildiyi yer, müddəti, məbləği, xidmətin növü kimi zəruri detallar tərəflər arasında razılaşdırılmışdır. Həmçinin Müqavilənin 4.2.4-cü maddəsinə əsasən Azercell Xidmətlərin göstərilməsi üçün özünün müstəsna mülahizəsinə görə tələb olunan sayda avtomobilləri, yanacaq kartlarını, mobil telefonları, mobil nömrələri, İD kartları və s. zəruri hesab etdiyi əşyaları "İcraçı" ya təhvil verir. Maddənin məzmunundan və öhdəlik hüququnun ümumi müddəalarından da müəyyən olduğu kimi, tərəf müqavilənin icra olunması üçün zəruri şəraiti yaratmaq öhdəliyi daşıyır. B. Azercell kritik informasiya infrastrukturu olduğu üçün, ofisləri giriş və çıxış, o cümlədən ofislər daxilində müxtəlif iş sahələrinə giriş-çıxış elektron buraxılış sistemi tətbiq edilir. "Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli *** nömrəli qərarının 4.1.3-cü bəndinin 1-ci hissəsində qeyd edilir ki, kritik informasiya infrastrukturu obyektlərinin yerləşdiyi və ona aid olan ərazi və binalara, o cümlədən server, kommutasiya və digər otaqlara və ya kritik informasiya infrastrukturu obyektlərinə birbaşa fiziki qoşulmaya imkan verən məkanlara icazəsiz fiziki girişin, habelə zədə və təsirin qarşısının alınması üçün tədbirlər həyata keçirilməlidir. Bu səbəbdən şirkətə daxil olan müsafirlər, o cümlədən podratçı şirkətlərin işçi personalı Azercell-də şirkətin daxili təhlükəsizlik qaydalarına əməl etməsi, xidmət göstərdikləri əraziyə daxil olması üçün xüsusi vəsiqə ilə təmin olunurlar. C. Azercell-də çalışan və ya şirkətimizlə əməkdaşlıq edən hər kəsin sağlamlıq va təhlükəsizliyinin təmin etmək və təkmilləşdirmək şirkətimizin fəaliyyətində tətbiq edilən aparıcı prinsipdir. "Azercell Şirkətinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və X9 Üzrə Siyasəti" təlimatına əsasən təhlükəsiz iş şəraitini yaratmağa nail olmaq məqsədilə öz işçilərinin, podratçı şirkətin işçilərinin və müştərilərinin əməyin mühafizəsi, sağlamlıq və təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsi və nəzarəti davamlı şəkildə təmin olunur. Buna görə də, Azercell-in ofislərində yuxarıda sadalanan yardımçı xarakterli xidmətlərin (işlərin) yerinə yetirilməsi üçün podratçı şirkətlərin əməkdaşları işlərin (xidmətlərin) icrasına başlamazdan öncə podratçı şirkətin məsul şəxsi tərəfindən Azercell-in SƏTƏMM şöbəsinə məlumat ötürülür. Podratçı şirkətin işçisi Azercell ofislərində işə başlamazdan əvvəl giriş təlimatından keçir və həmin əməkdaşa SƏTƏMM şöbəsinin əməkdaşları tərəfindən iş yerində ilkin təlimat keçirilir. İlkin təlimat zamanı əməkdaşlara Azercell daxili ümumi qaydalar, yanğın, elektrik təhlükəsizliyi, avtomobilin təhlükəsiz idarə olunması ilə bağlı zəruri məlumatlar, ərazidə yerləşən tibb məntəqələrinin, ilk tibbi yardım qutularının yerləri, yanğınsöndürən balonların yerləşdiyi məntəqələr, həmçinin tütün istifadəsi üçün ayrılmış xüsusi yerlər barədə əyani məlumat verilir. Təlimatın keçirilməsinə dair məlumat rəsmiləşdirilir və jurnal üzərindən qeydiyyata alınır. İşin təsnifatından asılı olaraq müəyyən hallarda podratçı şirkətdən xidmətlərin (işlərin) yerinə yetirilməsinə cəlb etdiyi işçi personalında müvafiq sertifikatların mövcudluğu tələb olunur və iş fəaliyyətinin təsnifatından asılı olaraq məcburi təlimlərdə iştirakı təmin edilir. Bu təlimlərə hündürlükdə aparılan işlər üzrə, elektrik təhlükəsizliyi üzrə, yüklərin əl ilə daşınması üzrə, qazanxana operatoru təlimi və digər mövzular daxildir. Şirkət daxilində keçirilən müxtəlif maarifləndirici aksiyalar və kampaniyalarda podratçı şirkətin cəlb etdiyi əməkdaşların da iştirakı təmin olunur ki, bu da təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə xidmət edir. Həmin şəxslərin sağlamlıq vəziyyətinə xüsusi diqqət yetirilir və onların mütəmadi olaraq tibbi müayinədən keçirilməsi təşkil olunur. Çay xidməti və yeməkxana əməkdaşları altı aydan bir, təmizlik xidməti və texniki işçilər ildə bir dəfə, elektrik xidmətinin əməkdaşları və nəqliyyat xidmətinin sürücüləri isə iki ildən bir dəfə dövri tibbi müayinədən keçirilirlər. Azercell-də çalışan və ya şirkətləri ilə əməkdaşlıq edən hər kəsin sağlamlıq və təhlükəsizliyinin təmin etmək və təkmilləşdirmək şirkətin fəaliyyətində tətbiq edilən aparıcı prinsipdir. Bu prinsipin məntiqi nəticəsi olaraq, müvafiq xidmətlərin göstərilməsində iştirak edən digər şəxslər kimi iddiaçı və onun ailə üzvləri də xidmətin göstərildiyi dövr ərzində könüllü tibbi sığorta ilə təmin edilmişdir. Bu tərəflər arasında əmək münasibətlərinin mövcud olmasının sübut kimi qəbul edilə bilməz. Hətta Azercell-in öz işçilərini könüllü tibbi sığorta ilə təmin etməsi qanunvericilikdən irəli gələn imperativ öhdəlik yox, əlavə imtiyazdır və Azercell-in mülahizəsinə əsaslanır. Belə ki, qanunvericilik tərəfindən işçilərin könüllü tibbi sığorta etdirilməsi tələbi yoxdur, həmçinin könüllü tibbi sığortanın yalnız işçilərə tətbiq edilməsi ilə bağlı da hər hansı məhdudiyyət müəyyən edilməmişdir. Bundan əlavə olaraq, ƏM-nin 307- 1-ci maddəsinə əsasən İşəgötürən "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir. Bu bəndə əsasən, İddiaçı müvafiq xidmətlərin göstərilməsində iştirak edən digər şəxslər kimi AZBA tərəfindən icbari tibbi sığorta etdirilmişdir. İddiaçının Azercell- lə arasında əmək münasibətlərinin mövcud olmasının əsası kimi istinad etdiyi arqumentlərin heç bir hüquqi əsası olmamaqla yanaşı, həmin arqumentlər əmək münasibətinin mövcudluğunun müəyyən edilməsi üçün meyar qismində qəbul edilə bilməz. Əmək hüquqlarının pozulması, məzuniyyət və son haqq hesabla bağlı iddiaları, müddətsiz əmək müqaviləsinin bağlanması tələbi AZBA-ya yönləndirməlidir. İddiaçının Azercell-də çalışmasına sübut olaraq işdən çıxdığı zaman son haqq hesabın ödənilməməsi, vaxtında məzuniyyətə çıxa bilməməsi ilə bağlı arqumenti heç bir məntiqi və hüquqi asasa malik deyil. Belə ki, İddiaçıya heç bir zaman Azercell tərəfindən hər hansı ödəniş edilməmişdir. İddiaçıya edilən bütün ödənişlər, o cümlədən məzuniyyət haqqı AZBA tərəfindən tərəflər arasında mövcud olmuş əmək müqaviləsi əsasında həyata keçirilmişdir. Buna görə də, əmək hüquqları ilə bağlı hər hansı iddia Azercell-ə yox, AZBA-ya yönəldilməlidir. AZBA ilə İddiaçı arasında bağlanmış ##.##.2021-ci il tarixli əmək müqaviləsinə müddətin başa çatması səbəbindən xitam verilmişdir. Bununla bağlı ##.##.2025-ci il tarixində İddiaçı tərəfindən Azercell-ə rəsmi müraciət edilmişdir. Müraciətə cavab olaraq ##.##.2025-ci il tarixli ***** nömrəli məktubda cavab olaraq İddiaçıya işdən azad olunma səbəbləri ilə əlaqədar sual və mülahizələri ilə əlaqədar aidiyyəti üzrə AZBA-ya müraciət etməli olduğu izah edilmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh MMC ilə bağlı heç bir sübut göstərməmiş və əlavə etməmişdir ki, bu səbəbdən iddia tələbləri əsassızdır.

18. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.

19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (Ayşən Sultanova-Məmmədova)

20. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında heç vaxt yazılı əmək müqaviləsi bağlanmamışdır. Əksinə, iddiaçı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında ##.##.2021-ci il tarixli konkret əmək müqaviləsi mövcuddur. Həmin əmək müqaviləsinin 2-ci maddəsinə əsasən, İşəgötürən Əmək Məcəlləsinin tələblərinə əsasən İşçini əsas iş yeri üzrə işə qəbul etmiş və İşçi Əmək Müqaviləsinin ayrılmaz hissəsini təşkil edən, bu Müqaviləyə əlavə edilmiş Vəzifə Öhdəliklərinə əsasən Nəqliyyat Xidmətləri bölümünün mütəxəssisi vəzifəsi üzrə fəaliyyət göstərdiyi digər şirkətdə əmək fəaliyyətinin göstərilməsini öz üzərinə götürmüşdür. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə İddiaçı arasında bağlanmış ##.##.2021ci il tarixli əmək müqaviləsinə * saylı əlavədən - "İş təklifi”dən (Job offer) isə müəyyən edilmişdir ki, İddiaçı 1l50 manat vəzifə maaşı ilə Hüquq və İdarə İşləri departamentində (Legal & General Administration department) mütəxəssis vəzifəsi təklif olunmuşdur. Qeyd edilmişdir ki, Bu sənəd qarşılıqlı imzalanması şərtilə ##.##.2021 tarixdən qüvvəyə minəcək və növbəti yeni İş Təklifi Formu qüvvəyə mindikdə öz qüvvəsini itirəcəkdir. İş təklifi işəgötürən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC və işçi İddiaçı tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhz Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən işə qəbul edilmiş, əmək haqqı həmin şirkət tərəfindən ödənilmiş və əmək müqaviləsinə də həmin şirkət tərəfindən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbinə əsasən, əmək münasibətləri "ƏMAS" sistemində qeydiyyata alındıqda hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı ##.##.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən də müəyyən edilmişdir ki, İddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında bağlanmış ##.##.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, işçi "xxxx” MMC-də inzibati xidmətlər bölümünün operatoru vəzifəsində çalışmışdır. Əmək müqaviləsi ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixənədək müddətə bağlanmışdır. Əmək haqqı 1421,28 manat təşkil edir. Həmin əmək müqaviləsi xitam edilmişdir. Göründüyü kimi, “ƏMAS” altsistemində iddiaçının işəgötürəni kimi “xxxx” MMC deyil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, belə olan halda hazırkı mübahisədə iddiaçıya əməyinin qarşılığı məhz iş üzrə cavabdeh tərəfindən ödənilmir və iddiaçı müvafiq iş ilə təmin edilmir. Yəni, cavabdeh ilə iddiaçı arasında əmək münasibətlərinin yaranması üçün Əmək Məcəlləsi ilə tənzimlənən hər hansı hüquq və vəzifələr əmələ gəlməmişdir. İşçi başqa işəgötürən, yəni hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə əmək münasibətlərində olmuş və öz vəzifə öhdəliklərini yerinə yetirmişdir. Belə olan halda cavabdehin iddiaçı ilə əmək müqaviləsi bağlamaq kimi bir öhdəliyi olmamışdır. İddiaçının onunla olan əmək müqaviləsinin başqa şirkətlərlə bağlanması barədə məlumatının olmamasına dair arqumenti də əsassızdır. Belə ki, o, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə əmək müqaviləsini və "İş təklifi" (Job offer) sənədini şəxsən imzalamışdır.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 3, 7, 42, 45, 46, 47-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, müqavilə formallığının ən əsas bariz nümunəsi artıq müqavilənin qüvvədə olmamasıdır. Yəni müqavilə 2021-ci ilin ## ###ında cəmi 2 (iki) il müddətinə bağlansa da, müqavilənin müddəti bitdikdə müqavilə şərtlərində hər hansı müqavilə müddətinin hər hansı bir müddətə uzadılması barədə hər hansı bir şərt və ya müddəa yoxdur. 2023-cü ilin ## ### tarixində tərəflər arasından olan münasibətlərin bazisi olan müqavilə olmadığı halda İddiaçı hansı əsaslar ilə Cavabdeh Cavabdeh MMC-yə aid işçi olmamalıdır? Məhkəmə prosesi zamanı müqavilənin müddətinin olmaması səbəbilə formal prolonqasiya verilmiş, müqavilənin müddətinin bitdiyi 2023-cü ildən deyil, 2025-ci ildən 2026-cı ilə kimi bir il müddətinə müqavilə formal uzadılmışdır. Bu isə bir daha ona dəlalət edir ki, Cavabdeh Cavabdeh MMC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MM (hər hansı mülki hüquqi müstəvidə əməkdaşlıq etmir, sadəcə Cavabdehin əsl niyyətinin ifadə edilməsini pərdələyir. Əlavə olaraq 2009 və daha əvvəlki illərdən 2021-cil tarixlərinə qədar Cavabdeh MMC İddiaçı və onun ailə üzvlərini uzun müddət “xxxx” Sığortta Şirkətində tibbi sığorta ilə sığortalamışdır. Həmin illərdə isə Cavabdeh Cavabdeh MMC Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-dən öncə özünə aid “İntertek Globa Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı, “xxxx”xxxx“xxxx”xxxx“X6 MMC kimi törəmə Şirkətlərdə İddiaçı formal rəsmiləşdirməklə, əsl niyyəti müddətsiz əmək müqaviləsinin bağlanmaması və vergilərdən yayınmaq kimi hərəkətlər olmuşdur. Yəni Sifarişçi cavabdeh Cavabdeh MMC müxtəlif “kadr xidməti” şirkətlərindən hər dəfə 23 il ərzində İddiaçı ehtiyac duymuşdur? Bu hal nə məntiqə uyğundur, nə də ki həqiqətə. Müxtəlif hüquqi ünvanlarda qeydiyyatlarda olan Şirkətlərdə ardıcıl olaraq İddiaçı “əmək münasibətlərində” rəsmiləşdirilməsi həqiqəti əks etdirə bilməz, İddiaçı həqiqi iradəsini ifadə etmir. Cavabdeh isə öz həqiqi niyyətlərini bu hüquqi şəxslər vasitəsilə gizlətmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək, məzmununu iddia ərizəsinə verilən etirazın məzmununa uyğun əsaslandırmışdır.

ç) Proses iştirakçılarının izahatı

25. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə uyğun məzmunda izahat verməklə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.

26. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya icraatına etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 7-ci maddəsinin 2-3-cü hissəsinə əsasən, aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. 11-ci maddəsinin "a” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. İddiaçı apellyasiya şikayətində iddia tələbinin təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

33. Hazırkı işin faktiki hallarına əsasən iddiaçı ilə "xxxx" MMC arasında heç vaxt yazılı əmək müqaviləsi bağlanmamışdır. Əksinə, iddiaçı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında ##.##.2021-ci il tarixli konkret əmək müqaviləsi mövcuddur. Həmin əmək müqaviləsinin 2-ci maddəsinə əsasən, işəgötürən Əmək Məcəlləsinin tələblərinə əsasən işçini əsas iş yeri üzrə işə qəbul etmiş və İşçi Əmək Müqaviləsinin ayrılmaz hissəsini təşkil edən, bu Müqaviləyə əlavə edilmiş Vəzifə Öhdəliklərinə əsasən Nəqliyyat Xidmətləri bölümünün mütəxəssisi vəzifəsi üzrə fəaliyyət göstərdiyi digər şirkətdə əmək fəaliyyətinin göstərilməsini öz üzərinə götürmüşdür. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə İddiaçı arasında bağlanmış ##.##.2021-ci il tarixli əmək müqaviləsinə * saylı əlavədən - "İş təklifi”dən (Job offer) isə müəyyən edilmişdir ki, İddiaçı 1150 manat vəzifə maaşı ilə Hüquq və İdarə İşləri departamentində (Legal & General Administration department) mütəxəssis vəzifəsi təklif olunmuşdur. Qeyd edilmişdir ki, bu sənəd qarşılıqlı imzalanması şərtilə ##.##.2021 tarixdən qüvvəyə minəcək və növbəti yeni İş Təklifi Formu qüvvəyə mindikdə öz qüvvəsini itirəcəkdir. İş təklifi işəgötürən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC və işçi İddiaçı tərəfindən imzalanmaqla təsdiq edilmişdir.

34. İddiaçının iddia tələbinin əsasları uzun müddət Azercell-in baş ofisində çalışması, özünün və ailə üzvlərinin sığorta edilməsi, iddiaçıya buraxılış vəsiqəsinin verilməsi, mail yazışmaları və mail qutusundakı imzaları Azercell-lə əmək münasibətinin mövcud olmasına dəlalət edir.

35. İddiaçı məhz Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən işə qəbul edilmiş, əmək haqqı həmin şirkət tərəfindən ödənilmiş və əmək müqaviləsinə də həmin şirkət tərəfindən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbinə əsasən, əmək münasibətləri "ƏMAS" sistemində qeydiyyata alındıqda hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı ##.##.2024cü il tarixli əmək müqaviləsi bildirişindən də müəyyən edilmişdir ki, İddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında bağlanmış ##.##.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, işçi "xxxx” MMC-də inzibati xidmətlər bölümünün operatoru vəzifəsində çalışmışdır. Əmək müqaviləsi ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixənədək müddətə bağlanmışdır. Əmək haqqı 1421,28 manat təşkil edir. Həmin əmək müqaviləsi xitam edilmişdir. Göründüyü kimi, “ƏMAS” altsistemində iddiaçının işəgötürəni kimi “xxxx” MMC deyil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC qeyd olunmuşdur.

36. Bundan başqa qeyd olunmalıdır ki, cavabdeh “xxxx” MMC deyil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında bağlanmış ****-**** saylı müqavilə mülki-hüquqi xarakterli xidmət müqaviləsidir. Bu müqaviləyə əsasən, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC müəyyən yardımçı xidmətləri (nəqliyyat, kuryer, operator və s.) öz işçi heyəti vasitəsilə icra etməyi öhdəsinə götürmüşdür.İddiaçının faktiki olaraq "xxxx" MMC-nin ofisində olması və orada iş görməsi onun "xxxx" MMC-nin işçisi olması demək deyil. Bu, podratçı olan şirkətin (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC) öz öhdəliyini sifarişçinin ünvanında icra etməsindən irəli gələn texniki zərurətdir.

37. İddiaçının "xxxx" MMC tərəfindən tibbi sığorta olunması, ona buraxılış vəsiqəsinin verilməsi və korporativ e-maildən istifadə etməsi əmək münasibətlərinin yaranması üçün kifayət deyil. "xxxx" MMC kritik informasiya infrastrukturu obyekti olduğu üçün binaya daxil olan hər kəsə (o cümlədən podratçı şirkətin işçilərinə) buraxılış vəsiqəsi verilməsi və təhlükəsizlik təlimatlarının keçilməsi qanunvericiliyin tələbidir. Cavabdehin podratçı şirkət işçilərinə könüllü tibbi sığorta təmin etməsi xeyriyyəçi və ya korporativ sosial məsuliyyət xarakterli addımdır. Bu, Əmək Məcəlləsinin tələbi ilə yaranan işəgötürən öhdəliyi deyil. Beləliklə, işçi (iddiaçı) üzərində intizam tənbehi tətbiq etmək və ya birbaşa əmrlər vermək hüququ işəgötürən olaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə məxsus olmuşdur.

38. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanmasının 10 halı müəyyən edilmişdir. Lakin bu maddə hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkanı verir. Belə bir müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir.

39. Göründüyü kimi istinad olunan maddədə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olması müəyyən edilsə də, eyni maddədə həmin haldan istisnalar nəzərdə tutulmuş və həmin istisnalar Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmişdir.

40. Bu baxımdan tərəflər arasında bağlanmış müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükü işçinin üzərinə düşür.

41. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, MPM-in 77.2-ci maddəsi dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini bu aktı qəbul etmiş orqanların üzərinə qoyur.

42. İş materiallarından isə görünür ki, hazırkı mübahisədə iddiaçıya əməyinin qarşılığı məhz iş üzrə cavabdeh tərəfindən ödənilmir və iddiaçı müvafiq iş ilə təmin edilmir. Yəni, cavabdeh ilə iddiaçı arasında əmək münasibətlərinin yaranması üçün Əmək Məcəlləsi ilə tənzimlənən hər hansı hüquq və vəzifələr əmələ gəlməmişdir. İşçi başqa işəgötürən, yəni hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə əmək münasibətlərində olmuş və öz vəzifə öhdəliklərini yerinə yetirmişdir. Belə olan halda cavabdehin iddiaçı ilə əmək müqaviləsi bağlamaq kimi bir öhdəliyi olmamışdır.

43. İddiaçı Əmək Məcəlləsinin 45-ci maddəsinə (5 ildən artıq davam edən müddətli müqavilənin müddətsiz hesab olunması) istinad etsə də, bu müddəa yalnız eyni işəgötürənlə olan münasibətlərə aiddir. İddiaçının 23 il ərzində müxtəlif şirkətlərdə ("Star Consulting", "Ness CO", Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) rəsmiləşdirilməsi onun fərqli hüquqi şəxslərlə münasibətdə olduğunu göstərir. Həmin şirkətlər müstəqil hüquqi şəxslərdir. Onların "xxxx" MMC ilə xidmət müqavilələrinin olması, bu şirkətlərin işçilərini avtomatik olaraq "Azərcell"in ştatlı işçisinə çevirmir.

44. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı ##.##.2021-ci ildən ##.##.2025-ci ilə qədər öz iradəsi ilə könüllü şəkildə, heç bir məcburiyyət olmadan AZBA ilə əmək münasibətlərində olmuşdur. Qanunvericiliyin əmək münasibətlərinə vermiş olduğu anlayışdan irəli gələrək işəgötürən dedikdə işçinin əməkhaqqını ödəyən, işçinin əmək və sosial təminatını həyata keçirən, işçi ilə hakimiyyət- tabeçilik münasibətlərində olan şəxs başa düşülür. Bu müddət ərzində İddiaçı AZBA tərəfindən Azercell-lə bağlanmış Müqavilə üzrə müvafiq xidmətlərin göstərilməsinə cəlb edilmişdir. Azercell və İddiaçı arasında hər hansı hakimiyyət-tabeçilik münasibəti mövcud olmamış, İddiaçının əmək və sosial təminatı işəgötürən kimi AZBA tərəfindən həyata keçirilmiş, Azercell isə yalnız göstərilmiş xidmətlərə görə AZBA-ya xidmət haqqı ödəmişdir.

45. Məhkəmə kollegiyası aparılmış araşdırmanın nəticələrinə əsaslanıb və yuxarıda qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin ediməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar