Məhkəmə qərarları › İş №2(003)-206/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-206/2024

28.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-206/2024 28.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4 və Cavabdeh5 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qarabağ küçəsi 8 (köhnə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalarını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qaradağ küç. 8 (köhnə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Bununla bağlı ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2023-cü il tarixli Çıxarış da verilmişdir. Cavabdehlər olan qardaşı Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2 və uşaqları Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ona məxsus fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. Tərəfindən dəfələrlə cavabdehlərdən evini boşaltmalarını tələb etsə də, cavabdelər evini boşaltmır və orada yaşamağa davam edirlər. Cavabdehlərin bu hərəkəti mülkiyyətçi kimi onun evindən sərbəst istifadə etməyinə maneəçilik törədir, onun sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin torpaq sahəsinə dair sərəncam və evin çıxarışı onun adınadır. Həmin mübahisəli evdə heç kəs qeydiyyatda deyil. Qardaşı və arvadı 2012-ci ildən sonra orada yaşamağa başlamışlar. Qardaşının qeydiyyatı həmin evin yanında olan başqa evdə (atasının evində) qeydiyyatdadır. Qardaşının yoldaşı Tovuz rayonunda qeydiyyatdadır. Onların nikahı 2023-cü ildə, hazırki iddia ərizəsi məhkəməyə veriləndən sonra rəsmi bağlanmışdır. Hesab edir ki, onun mülkiyyətində olan evdə yaşamaqları onun mülkiyyət hüququnu məhdudlaşdırır. Buna görə də iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədi və bildirdi ki, mübahisəli ev qardaşına tikilmişdir, sənəd isə atasına aid olub. Daha sonra bu evi o ailəsi ilə birgə köçüb. Evi cavabdeh az-az öz imkanı ilə düzəldib və yaşayır. Evdə onun haqqı var. Bacısı Arzu evi öz adına sənədləşdirib. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2iddia tələbini qəbul etmədi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən məhkəmə mülki işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə xx.xx.1993-cü il tarixli sərəncamından çıxarışın sürətindən görünür ki, Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun 78/K nömrəli 11 noyabr 1993-cü il tarixli əmrində siyahıda adı 48-ci olan İddiaçı fərdi ev tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X2 Tərəvəzçilk-Südçülük Sovxozu tərəfindən verilmiş 508 saylı xx.xx.2018-ci il tarixli il tarixli əmrdən çıxarışın surətindən görünür ki, X11 və həmkarlar İttifaqı komitəsinin 09 noyabr 1993cü il tarixli birgə iclasının 12 saylı protokolundan çıxarışa əsasən Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun 78/K nömrəli 11 noyabr 1993-cü il tarixli əmrində siyahıda adı 48-ci olan İddiaçı fərdi ev tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsrrüfatı Müəssisəsi tərəfindən verilmiş 805 saylı xx.xx.2018-ci il tarixli il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən X5 (Buzovna Tərəvəzçilk-Südçülük Sovxozu) tərəfindən 11 noyabr 1993-cü il tarixli 8/K nömrəli Əmrində siyahıda adı 48-ci olan çıxarışa “əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış"evi tikintisi üçün 0,10 ha hesabı ilə torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qaradağ küç. 8 (köhnə ünvan 1 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarına İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin yerləşdiyi yerin texniki pasportunun surəti, torpaq sahəsinin planı və tikinti sxemləri əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında, Cavabdeh2 ünvan 3ateriallarına məhkəmə sorğusu ilə əlavə edilmiş Bakı şəhəri Xəzər rayonu Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qaradağ küç. 8 (köhnə ünvan 1 ünvanında yerləşən evdə qeydiyyatda deyillər. İş materiallarına əlavə edilmiş X6, X3 və X8 tərəfindən verilmiş və Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təstiq edilmiş ərizələrin sürətindən görünür ki, Cavabdeh1 ailəsi ilə birlikdə ünvan 5 ünvanındafaktiki olaraq yaşayır. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər iddiaçının evində qeydiyyatsız yaşayırlar. Mübahisəli daşınmaz əmlak iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər iddiaçının mülkiyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qaradağ küç. 8 (köhnə ünvan 1 ünvanında yerləşən evə dair mülkiyyət hüququnu həyata keçirməsinə maneə törədirlər. Hazırda iddiaçı öz qanuni mülkiyyətindən cavabdehlərin çıxmasını tələb etsə də, onlar, evdən çıxmaqdan imtina edir. Cavabdeh tərəf mübahisəli evin qardaşına tikildiyini bildirsə də, öz etirazını əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, onun bu dəlili məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli əmlakın mülkiyyətçisi olduğundan, əmlak hazırda cavabdehlərin qanunsuz sahibliyində olduğundan, iddiaçı sahəsini özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli əmlak hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qaradağ küç. 8 (köhnə ünvan 1 evindən çıxarılmalı, evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə ilk növbədə bildirir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin, cavabdehlər hazırki vaxtda mübahisə predmeti olan mənzildən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalqhüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qaradağ küç. 8 (köhnə ünvan 1 evində yaşamış, lakin iddiaçı mülkiyyətində olan evin boşaldılmasını cavabdehdən tələb etmişdir. Cavabdehin hal-hazıradək evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Məhkəmə iddia tələbinə münasibətdə əlavə olaraq qeyd edir ki, hər bir halda qeyd olunan əmlakın xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla cavabdehlərin mübahisəli əmlaka istifadə hüququ olmadığından, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qaradağ küç. 8 (köhnə ünvan 1 ünvanında yerləşən evdən çıxarılmalı, həmin evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, mübahisəli evin özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qaradağ küçəsi 8 (köhnə ünvan 1 ünvanında yerləşən evdən çıxarılsın və evi boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar