Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2071/2022 19.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı Şəhəri 7 Saylı Dövlət Notariat Kontorunu, Azərbaycan Respublikası Dövlət Tarix Arxivini, Maraqlı şəxs3 maraqlı şəxs qismində cəlb etdiyi qohumluq faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: Ərizəçi qohumluq faktının müəyyən olunmasına dair ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, X7 babası olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, X*6 onun babasıdır. O, xx.xx,*903-cü ildə doğulmuş 03 avqust *977-ci ildə vəfat etmişdir. Babasınıın yaşayış yeri Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, döngə 4, ev 8 olmuş və o, həmin evdə ölmüşdür. X3 *938-ci il tarixdə X20 ilə nikaha daxil olmuşdur. Nənəsi X20 23 mart *98*-ci ildə ölmüşdür. Onların birgə nikahlarından 3* yanvar *940-ci il təvəllüdlü X*2 və 29.**.*937-ci il təvəllüdlü X*7 adlı övladları doğulmuşdur. X4 *0 yanvar *99*-ci il tarixdə, əmisi X*7 isə ** noyabr 2004-cü il tarixdə vəfat etmişlər. Qeyd etdiyi şəxslərin doğum tarixləri Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, döngə 4, ev 8-ə dair ev dəftərində qeyd edilsə də, verilmiş sorğularla onların doğum tarixlərini əks etdirən digər məlumatları əldə etmək mümkün olmamışdır. Mərhum X3nun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin *7 fevral 2022-ci il tarixli çıxarış vermişdir. Həmin çıxarışdan da göründüyü kimi əmlak paylı mülkiyyətdə olmuş, mərhum əmisi X8 adına olan hissə açıq qalmışdır. Əmlakdan onlara düşən payı vərəsəlik üzrə rəsmiləşdirmək üçün Bakı şəhəri 07 saylı Xüsusi Notariat ofisinə müraciət edilmiş, cavabında bildirilmişdir ki, qohumluğu təsdiq edən sənəd, doğum haqqında şəhadətnamə olmadığı üçün onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamışdır. Həmçinin Maraqlı şəxs3nə verilən sorğuya cavabda bildirilmişdir ki, X7, X8 və X* doğumu, X*6 ilə X20 arasında nikah haqqında məlumatlar aşkar edilməmişdir. Qeyd olunanlara əsasən, 03 avqust *977-ci ildə ölmüş X7 babası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinə uyğun izahat vermiş, X7 onun babası olması faktını başqa qaydada əldə edə bilmədiyini, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində olduğunu bildirərək, 03 avqust *977-ci ildə ölmüş X7 babası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı Şəhəri 7 Saylı Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, məktubla müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin *8*-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs3 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, Məhkəmə, Mülki Prosessual Məcəllənin *8*-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Tarix Arxivini məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, məktubla müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin *8*-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*3 ifadə verərək bildirdi ki, ərizəçi Tünzalə onun qaynı Şahmarın qızıdı. Şahmar rəhmətə gedib, Muxtar onun qaynatası, Anna isə qaynanası olub. O, Sabirin yoldaşı olmuşdur. *974-cü ildə gəlin gəlmişdir. O gəlin gələndə Şahmarın yoldaşı rəhmətə getmişdir. 8 il evli qalmışlar, amma övladları olmayıb. Onlar, yəni Şahmar ailəsi ilə və Sabir ailəsi ilə bir həyətdə yaşamışlar. Onun və Sabirin 3 övladı var. Öncə Muxtar 77 yaşında vəfat etmiş, *0 ildən sonra Anna vəfat etdi. Şahmarın ikinci nikahı *989-cu ildə oldu, 2 uşağı olub- Muxtar və Tünzalə dünyaya gəlmişdir. Muxtarın Anna ilə nikahı olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*8 ifadə verərək bildirmişdir ki, sentyabrın 9-da anadan olub, Tünzalə onun qızıdı, digər övladının adı Muxtardı. Həyat yoldaşı Şahmar olmuşdur. Şahmarın atası Muxtar, anası Anna idi, aralarında nikah olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*4 ifadəsində bildirmişdir ki, Muxtar Tünzalənin babası idi. Onun qonşusu olublar. Toylarında iştirak etmişdir. Muxtarın 2 oğlu olub- Sabir və Şahmar. Muxtarın vağzalda kafesi var idi. O sürücü işləmiş, həmişə onun kafesinə getmişdir. Muxtarın yoldaşı Tatar idi, adı Anna idi. Şahmarın * qızı, * oğlu var idi. Sabirin 2 oğlu, * qızı olub. Tünzalənin atası Şahmar idi. Tünzalənin atasını tanıyırdı, yaxşı yerdə işləyirdi, rəhmətə getmiş, rayonda dəfn olunmuşdur. Tünzalənin anası Füzulidən, Muxtar isə əslən Ucar rayonudan olub. Tünzalənin bir qardaşı var. Adı Muxtardı. Məhkəmə proses iştirakçılarının izahatını, şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.*. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi, döngə 4, ev 8 X7 mülkiyyətindədir. Əmlakın payçıları X*6 və X*0r. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X*6 03 avqust *977-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X20 3* mart *98*-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X*9 ** noyabr 2004-cü ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X*2 *0 yanvar *99*-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 26 noyabr 202*-ci il tarixli DA-0*898-202* saylı məktubdan görünür ki, -*940-ci illərə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu üzrə doğum haqqında bərpa kitablarında X* təvəllüdü haqqında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03 avqust *977-ci il tarixdə doğulmuş Ərizəçi X4dur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri 7 Saylı Dövlət Notariat ofisinin xüsusi notariusu X* cavab olaraq, mərhum X6 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, döngə 4, ev 8 dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə mərhumun vərəsələrinə vermək üçün qohumluqu təsdiq edən sənəd notariat ofisinə təqdim edilmədiyindən mərhumun vərəsələrinə notarial qaydada qanun üzrə vərəsəlik hüququ üzrə şəhadətnmə vermək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30*.*.*. maddəsindən görünür ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.*-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsininbəziməsələlərihaqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli qərarının*.2-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 2-ci maddəsinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.*-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin qərarın 2.3-cü maddəsinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Həmin qərarın 4-cü maddəsinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, X2 Tünzalə Şahmar qızının doğma babasıdır və bu fakt məhkəmə iclasında həm şahid ifadələri, həm də işə əlavə edilmiş sənədlərlə sübuta yetirilmişdir. Həmin Məcəllənin 2*7.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 30*-3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 03 avqust *977-ci ildə ölmüş X*6 xx xxxxxx *99*-ci ildə anadan olmuş Ərizəçi babası olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2071/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2071/2022
19.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver