Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2079/2025 02.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının maraqlı şəxs qismində cəlb edildiyi “faktın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının maraqlı şəxs qismində cəlb edildiyi “faktın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, özünün 10 iyun 1978-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda yerləşən Avtonəqliyyat Müəssisəsində sürücü vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 10 iyun 1978-ci il tarixindən Laçın rayonunda yerləşən Avtonəqliyyat Müəssisəsində sürücü qismində işə qəbul olunmuş, 1979-cu il tarixində hərbi xidmətə çağırılmış, 1981-ci ildə ordudan tərxis olunaraq yenidən fasiləsiz olaraq əvvəlki iş yerində əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.1990-cı il tarixdə əmək fəaliyyətini həmin rayonun Mirik kəndində daş karxanasında sürücü qismində işə başlamış, Qarabağ hadisələri ilə əlaqədar olaraq xx.xx.1992-ci il tarixdə iş yerini və yaşayış yerini məcburi olaraq tərk etmişdir. Ona aid olan sənədlər, o cümlədən əmək kitabçası yaşadığı rayonda qaldığından və ermənilər tərəfindən yandırılıb məhv edildiyindən bu sənədlərin bərpası mümkün olmamış və işlədiyi bu illəri əmək fəaliyyətinə daxil etmək mümkün olmamışdır. Qeyd olunan müəssisələrdə işlədiyini, o vaxt onunla birlikdə işləyən və yaşadığı Laçın rayonunda yaşayan şahidlər ifadələri ilə təsdiq edə bilər. Ərizəçi məhkəmə hazırlıq iclasında iddianı müdafiə etmişdir. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəyə etiraz edərək bildirmişdir ki, 2(003)-2079/2025 saylı iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Ərizəçi məxsus ИТ-İ №2309200 saylı əmək kitabçasında görünür ki, o, xx.xx.1978-ci il tarixində Laçın rayon Avtonəqliyyat Müəssisəsində sürücü vəzifəsinə təyin edilmiş, xx.xx.1990-cı il tarixində öz ərizəis ilə vəzifəsindən azad edilmişdir. xx.xx.1990-cı il tarixində ərizəçi X1 ЗИЛ 130 yük avtomaşınına sürücü vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci il tarixində X2 fəaliyyətini dayandırdığı üçün sürücü vəzifəsindən azad edilmişdir. Hazırda yaşa görə pensiyanın yenidən hesablanması ilə əlaqədar müraciət etmiş, lakin həmin dövrlərin araşdırılması imkan xaricində olduğundan müraciətin müsbət həlli mümkün olmamış, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı əsaslı olaraq imtina vermişdir. Ərizəçi xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi 10 iyun 1978-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda yerləşən Avtonəqliyyat Müəssisəsində sürücü vəzifəsində işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmiş və əmək kitabçası təqdim etmişdir. Belə ki, Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarının 1-ci maddəsində qeyd olunmuşdur ki, “Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilsin”. Bundan başqa Ali Məhkəmənin qeyd olunan Plenum qərarının 1.2-ci maddəsində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin həmin Qərarın 13.2 və 13.3-cü maddələri əmək stajına aid edilmişdir. Belə ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stalını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın yenidən hesablanması üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Ərizəçi tərəfindən məhkəməyə ИТ-İ №2309200 saylı əmək kitabçasının surəti təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 26 dekabr 1996cı il tarixli qərarının 3.2-ci bəndinə əsasən, işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə sərəncama, uyğun aparılır. Ərizəçi əmək kitabçasının xx.xx.1978-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğundan doldurulmaya əsas verən əmrlərin və əmək haqqı cədvəlinin mövcudluğu faktı araşdırılmalıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, Ərizəçi iddia etdiyi işlədiyi illərlə bağlı əmək kitabçası mövcuddur. Deməli, şəxsin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə xüsusi icraat qaydasında baxılması yolverilməzdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan ИТ-İ №2309200 saylı əmək kitabçasında Ərizəçi xx.xx.1978-ci il tarixində Laçın rayon Avtonəqliyyat Müəssisəsində sürücü vəzifəsinə təyin edilmişdir, xx.xx.1990-cı il tarixində öz ərizəsi ilə vəzifəsindən azad edilmişdir. xx.xx.1990cı il tarixində ərizəçi X1 ЗИЛ 130 yük avtomaşınına sürücü vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci il tarixində X2 fəaliyyətini dayandırdığı üçün sürücü vəzifəsindən azad edildiyi qeyd edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın ərizəçiyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda deyilir: “əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1978-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğundan (əmək kitabçasının dublikat olması qeyd edilməmiş və titul vərəqində doldurulma tarixi xx.xx.1978-ci il olduğu halda latın qrafikalı möhürlə təsdiq edilmişdir) həmin dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Eyni zamadan həmin məktubda qeyd edilir ki, xx.xx.1978-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək əmək haqqı almağınızı təsdiq edən sənədləri (əmək haqqı arayışları və əmrlərdən çıxarışları) təqdim etdikdən sonra həmin dövrün sığorta stajına daxil edilməsinə baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların da məhkəmədə müəyyən edilməsinə yol verilir. Azərbaycan Respublikası 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbədən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarının 1-ci maddəsində qeyd olunmuşdur ki, “Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilsin”. Həmin Plenum qərarının 1.2-ci maddəsində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.3-cü bəndinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın yenidən hesablanması üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Ərizəçi 10 iyun 1978-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda yerləşən Avtonəqliyyat Müəssisəsində sürücü vəzifəsində işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş Ərizəçi adına verilmiş əmək kitabçasının surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixində Laçın rayon Avtonəqliyyat Müəssisəsində sürücü vəzifəsinə təyin edilmiş, xx.xx.1990-cı il tarixində öz ərizəis ilə vəzifəsindən azad edilmişdir. xx.xx.1990-cı il tarixində ərizəçi X1 ЗИЛ 130 yük avtomaşınına sürücü vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci il tarixində X2 fəaliyyətini dayandırdığı üçün sürücü vəzifəsindən azad edilmişdir. Göründüyü kimi, ərizəçinin əmək kitabçası, yəni bütün işlədiyi illəri (vəzifələri) özündə əks etdirən rəsmi sənədi ola-ola işləmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Halbuki, iş materiallarına əlavə olunmuş əmək kitabçasında Ərizəçi 10 iyun 1978-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda yerləşən Avtonəqliyyat Müəssisəsində sürücü vəzifəsində işləməsi göstərilmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən qeyd olunan dövr üzrə əmək kitabçasının doldurulma qaydası pozulduğundan həmin dövr ərizəçinin sığorta stahına daxil edilməmişdir. Belə olan halda həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın yenidən hesablanması üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, irəli sürülən tələb üzrə mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyi üçün mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud ərizəçinın vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Buna görə də hazırki tələbə dair iş üzrə məhkəmə baxışına hazırlığın icraatı xitam edilməli və ərizəçiyə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 262.3-cü maddəsinə əsasən, MPM-nin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının maraqlı şəxs qismində cəlb edildiyi “faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı xitam edilsin. Ərizəçi müvafiq olaraq İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edisin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-2079/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2079/2025
02.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver