Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2093/2025 24.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 1500 manat məbləğində pulun və ödənilmiş 35 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, cavabdehi təxminən 25-30 ildir ki, tanıyır, eyni kənddə yaşayıblar. Cavabdehin oğlu avtomobil qəzası keçirdiyinə görə ona xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixinə qədər ödəmək şərtilə 1500 manat borc pul vermişdir. Lakin cavabdeh bu günədək borcunu ödəməmişdir. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək iddiaçıdan 1500 manat borc pul aldığını etiraf etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə Xəzər rayon Məhkəməsinə ərizə təqdim edərək göstərmişdir ki, iddia tələbini tam şəkildə qəbul edir və iddiaçıya 1500 manat borcu var. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasındakı yazışmaların surətindən görünür ki, cavabdeh iddiaçıya olan borcunu etiraf edir və borcun qaytarılması üçün hər dəfə vaxt istəyir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 1500 manat borcu etiraf etmişdir və 1500 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, **********87 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 35 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1500 manat (min beş yüz manat) pul vəsaiti və ödənilmiş 35 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2093/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2093/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver