Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2118/2020 12.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsiilə məhkəməyə müraciət edərək, Cavabdeh 13.500 ABŞ dolları və 17000 manat, ödənilmiş 30 manat dövlət rüsumunun tulularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahişetmişdir. İddiatələbionunlaəsaslandırılmışdırki, uzun müddətdir ki, tanıdığı dayı oğlunun həyat yoldaşı Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə onunla əlaqə saxlayaraq, çarəsiz və pis vəziyyətdə olduğunu, ailəsinin dağıldığını, ona kömək edib-edə bilməyəcəyini soruşmuşdur. Səbəbini soruşduqda 40.000 manat pulu-işlədiyi öz ailə şirkətinin kassasından götürdüyünü, hazırda həmin pulu yerinə qoymalı olduğunu və 40.000 manat pula ehtiyacı olduğunu bildirmişdir. Pulun tezliklə tapılıb yerinə qoyulmayacağı təqdirdə həyat yoldaşının yəni dayısı oğlu Muradın bundan xəbər tutacağını və ailəsinin dağılacığını, buna görə də, özünə isə qəsd edəcəyini bildirmişdir. O götürələcək pulun əvəzində ona borc müqaviləsinin bağlanması, qızıllarının girov kimi ona verilməsini və ya pulun artıqlamasıyla qaytarılmasını vəd vermişdir. O, isə təbii ki, qohum olduqları üçün bunlardan imtina etmiş və məqsədinin yalnız ailəsinin dağılmaması və çətinliklərinin yoluna qoyulmasında köməklik edəcəyini bildirmişdir. O, əgər köməklik edib pulu ona verərdisə 10 dekabr və ya xx xxxxxx 2017-ci il tarixə qədər pulun tam şəkildə qaytarılacağını bildirmişdir. O, adı çəkilən şəxsə köməklik məqsədi ilə yaxın adamlarına müraciət edib lazım olan pulu bank və şəxsən özünə verilməklə xx xxxxxx 2017-ci il tarixdə ona göndərmişdir. Həmin məbləğ bu şəxsə 8500 ABŞ dolları xx xxxxxx 2017-ci il tarixdə X1 adından "AccessBank" vasitəsilə köçürülməklə, 5.000 manat öz adından "Kapitalbankın Füzuli filialı'" vasitəsilə köçürülməklə, 5000 ABŞ dolları və 12.000 manat pulu "Asiman" şadlıq sarayının qarşısında yaxın dostu Məmmədov Ramin vasitəsi ilə verilmişdir. Göstərilən pul məbləği ona qaytarılmadığı üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. xx xxx 2018-ci il tarixdə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx xxx 2018-ci il tarixdə isə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə ona ittiham elan edilmişdir. xx xxxx 2018-ci il tarixdə Cavabdeh Səradar qızı barəsində ittiham təsdiqlənərək baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 1(011)- 258/218 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətəməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş. Cavabdeh saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı nəzərə alınmaqla Cavabdeh təyin olunmuş 01 (bir) iİ müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış. Cavabdeh üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər 07:00-dək tərk etməmək və elektron nəzarət vəsitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuş, Cavabdeh üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilmiş, Cavabdeh barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlnılmış, onun yəni İddiaçı mülki iddiası təmin edilərək Cavabdeh 40.000 (qırx min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs - mülki İddiaçı xeyrinə ödənilməsi hökm edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 1(011)-258/2018 saylı hökmündən zərərçəkmiş şəxs yəni o, İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 1(103)- 1437/2018 saylı qərarı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 1(011)-258/2018 saylı hökmü zərərçəkmiş şəxs yəni o, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 1(011)-258/2018 saylı hökmü ilə Cavabdeh təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası dəyişdirilərək ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Cavabdeh məhkəməyədək icraat dövründə saxlanıldığı 02 (iki) gün həmin cəzadan çıxılmaqla üzərində cəzaçəkməsi üçün 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cavabdeh barəsində seçilmiş "başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri "həbs" qətimkan tədbirinə əvəz edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsə alınmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəində çəkmiş, cəzasının əvvəli x xxxxxx 2018-ci il tarixdən hesablanmış, qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliy inin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilmiş, hökm qalan hissədə təmin edilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxs yəni onun tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 1(103)-1437/2018 saylı qərarından təqsirləndirilən şəxs Cavabdeh müdafiçisi tərəfindən verilmiş kassasiya Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(102)-376/2019 saylı Qərarı ilə şikayəti təmin edilmiş, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, qərarı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə məhkum Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) yəni onun Cavabdeh qarşı mülki iddiası baxılmamış saxlanılmışdır. Göstərilən tarxidən də bugünədək Cavabdeh tərəfindən borc məbləği ödənilmədiyi üçün yenidən müstəqil iddia tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini etiraf edərək, İddiaçı 13500 ABŞ dolları və 17 000 manatı aldığını bildirməklə həmin borcun qaytarılmasına etiraz etmədiyini, lakin həmin borcun hissə-hissə ödəyə biləcəyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib vəiş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(011)-258/2018 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, İddiaçı mülki iddiası təmin edilməklə Cavabdeh 40 000 manat məbləğində pul və 30 manat dövlət rüsumunun alınaraq zərərçəkmiş şəxs İddiaçı xeyrinə ödənilməsi hökm edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(103)- 1437/18 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(011)-258/2018 saylı hökmü ilə Cavabdeh təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası dəyişdirilərək ona qəti olaraq 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(102)-376/2019 saylı qərarının surətindən görünür ki, Cavabdeh barəsində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ləğv edilmiş, cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə iclasında məhkəməyə yazılı ərizə verərək etməklə iddia tələbini tam həcmdə qəbul etdiyini bildirmiş, eyni zamanda məhkəmə tərəfindən də iddianın etirafının hüquqi nəticələrinin ona izah olunmuşdur. Mülki Prosessual Məcəllənin 52.2 və 52.5-ci maddələrinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1 və 191.3-cü maddələrinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində isə təsbit edilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın etiraf edilməsinə əsaslanmaqla iddia tələbi təmin edilməlidir. Belə ki, iddianın etirafı prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı ərizə şəklində edilmiş və cavabdehin iradəsini əks etdirmişdir. Hazırki işdə iddianın cavabdeh tərəfindən etiraf edilməsində hər hansı qanuna zidd məqam yoxdur və bu etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini də pozmur. Çünki bu etirafla cavabdeh yalnız özü üçün borc öhdəliyi yaratmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə borc verilən 13 500 ABŞ dolları qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən və borcun həmin valyutada qaytarılması barədə tərəflər arasında yazılı şərt olmadığından, hazırda cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan 13 500 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 13 500 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və 17 000 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 13 500 (on üç min beş yüz) ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə, 17 000 (on yeddi min) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2118/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2118/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver