Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-213/2025 14.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Xudaverdiyeva (Şamilova) Pərvin İslam qızına və Cavabdeh1 qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Xudaverdiyeva (Şamilova) Pərvin İslam qızına və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Xudaverdiyeva (Şamilova) Pərvin İslam qızından və Cavabdeh1 17.333 manat əsas borcun və məhkəmə xərclərinin ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı göstərdi ki, cavabdehlər Xudaverdiyeva (Şamilova) Pərvin İslam qızı və Cavabdeh1 ilə arasında borc münasibətləri xx.xx.2023-cü il tarixdən yaranmışdır. Cavabdehlər həmin tarixdə onun 5.000 manat kredit borcunu ödəmək qarşılığında müxtəlif banklardan 18.000 manat kredit götürərək onlara borc verməyini xahiş etmiş və bu borcu faiz və komissiya haqqları ilə birlikdə ödəyəcəklərini bildirmişlər. Cavabdehlərə etimad edərək 3 bankdan: Kapital Bankdan 9.800 manat, VTB Bankdan 5.000 manat, Yelo Bankdan 3.000 manat olmaqla cəmi 17.800 manat məbləğində kredit götürərək cavabdehlərə borc vermişdir. 22.632,77 manat ümumi borcdan 824 manat öz hesabına ödəmiş, 4.853 manat hissəsini cavabdehlər ödəmişdir. Cavabdehlərin onun ödədikləri ilə bərabər Kapital Banka 9.007,88 manat, VTB Banka 4.150 manat, Yelo Banka 2.465,53 manat borcu vardır. Cavabdehlər borcu ödəməkdən yayındıqlarına görə borcu tək ödəmək məcburiyyətində qalmış və bu hal onun maddi və mənəvi durumunu ağırlaşdırmışdır. Həmçinin, himayəsində 11 yaşlı uşaq vardır. xx.xx.2024-cü il tarixində Nərimanov rayon Polis bölməsinə müraciət etmiş, lakin ona məsələnin mülki xarakterdə olması və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsindən daxil olan R141168/24 saylı rədd materialında olan Cavabdeh1 izahatından görünür ki, o, İddiaçı 4.000 manat borc aldığını və 3.000 manatını qaytardığını,ona başqa borcunun olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən “borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür”. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Məhkəmədə müəyyən olundu ki, İddiaçı cavabdehlərdən 17.333 manat borc məbləğini tələb etsə də, bu tələblə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Polisdən alınan materialdan görünür ki, Cavabdeh1 İddiaçı 4.000 manat borc almasını etiraf etmişdir, lakin həmin borcu qaytarması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə ona təqdim edilən sübutları araşdırmağa haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə 4.000 manat məbləğində pul tutulsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bundan başqa “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 139,40 manat dövlət rüsumu ödənilmişdir. Belə ki, məhkəmə iddianın Cavabdeh1 4.000 manat məbləğində dövlət rüsumunun tutulması hissəsində qismən təmin olunmasını qət etmişdir. Bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə tutulmalı dövlət rüsumunun məbləği 60 manat təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə 4.000 manat məbləğində pul vəsaiti və 60 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-213/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-213/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver