Məhkəmə qərarları › İş №2(003)-214/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-214/2021

22.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-214/2021 22.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı özbaşına zəbt olunmuş torpaq sahəsindən çıxarma, hasarın sökülməsi və əvvəlki vəziyyətə gətirilməsi, kanalizasiya quyusunun bağlanması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 6 saylı bağ evinin yan tərəfindən ona məxsus torpaq sahəsində mişar daşından inşa edilmiş 15 metr uzunluğunda hasarın sökülməsi, torpaq sahəsindən çıxarılması, hasarın əvvəlki vəziyyətə, yəni evinin divarından cavabdehin torpaq sahəsinə doğru 7 metr aralıda tikilməklə əvvəlki vəziyyətə gətirilməsi, boş (neytral) sahədən birtərəfli istifadəyə son qoyulması və boş (neytral) sahədə tikilmiş kanalizasiya quyusunun qapadılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili X5 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 6 saylı bağ evinin yan tərəfindən İddiaçı məxsus torpaq sahəsində mişar daşından inşa edilmiş 15 metr uzunluğunda hasarın sökülməsi, 208.78 kv.m. torpaq sahəsindən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılması, hasarın əvvəlki vəziyyətə gətirilməsi və boş (neytral) sahədə tikilmiş kanalizasiya quyusunun qapadılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 6 saylı bağ evi atası X2 məxsus olmuş, bağın tikili ilə birlikdə 217.8 kv.m torpaq sahəsini ona bağışlamış, həmin sahəyə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən adına 27 sentyabr 2017-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra orada yenidənqurma işləri aparmaqla tikilini əsaslı təmir etmişdir. Bağ evinin şimal hissəsində yerləşən cavabdehə məxsus 7 a saylı bağ evinə aid torpaq sahəsi ilə ona aid torpaq sahəsinin arasında təxminən 7 metr enində və 30 metr uzunluğunda ümumi istifadədə boş (neytral) sahə olmuş, həmin boş sahə cavabdehə aid hissədən tor məftillə çəpərə alınmış vəziyyətdə olmuşdur. Cavabdeh bir neçə il bundan əvvəl, əvvəllər tor məftillə çəkmiş olduğu çəpəri sökərək ərazini qanunsuz olaraq öz torpaq sahəsinə qatmış, evinin divarının lap yaxınlığında müxtəlif ağaclar əkmiş, bağ evinin özünə aid torpaq sahəsində deyil, həmin neytral sahədə evinin arxasında divardan təxminən 3 metr aralıda kanalizasiya quyusu tikmişdir ki, bu da evinin arxa hissəyə açılan nəfəsciklərdən evinin içinə qoxunun daxil olmasına səbəb olmuş, həmçinin evinin arxa hissəsinə keçə bilmir ki, bu da onu evinin arxa tərəfində olan hər hansı bir xoşagəlməz hadisənin baş verməsi məqamında təhlükəsizlik tədbirlərinin görülməsi hüququndan məhrum etmişdir. Habelə, ona məxsus torpaq sahəsinin evinin divarı boyunca təxminən 15 metr uzunluğunda sütunlar da daxil olmaqla 40 sm ərazisinə girməklə mişar daşından qanunsuz olaraq onun icazəsi və razılığı olmadan hasar tikməklə torpaq sahəsini zəbt etmişdir. Aralarında olan münaqişənin dinc yolla həlli üçün atdığı addımlar nəticəsiz qalmışdır. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 6 saylı bağ evinin yan tərəfindən İddiaçı məxsus torpaq sahəsində mişar daşından inşa edilmiş 15 metr uzunluğunda hasar sökülərək, 208.78 kv.m. torpaq sahəsindən cavabdehin çıxarılması, hasarın əvvəlki vəziyyətə gətirilməsi və boş (neytral) sahədə tikilmiş kanalizasiya quyusunun qapadılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı İddiaçı nümayəndəsi və vəkili X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən 27.09.2017-ci il tarixli RX1131053 saylı çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən 15.01.2010-cu il tarixli MA0034395 saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ev 7a Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3046 nömrəli, 16 fevral 2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 1nin torpaq sahəsi ilə faktiki istifadə etdiyi sahə üst-üstə düşür. Bu səbəbdən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanı Cavabdeh tərəfindən istifadə olunmur. Mübahisə predmeti olan daş hasarın uzunluğu 15 metr, hündürlüyü isə 2.80 metrdir. Daş hasar mişar daşından inşa edilmişdir. Sözügedən daş hasar faktiki olaraq iddiaçı və cavabdehin istifadə etdiyi torpaq sahələrini bir-birindən ayırır. Daş hasarın inşasına dair mülki iş materiallarında hər hansısa bir layihə sənədi aşkar edilməmişdir. Bundan əlavə qeyd olunur ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71-ci maddəsində qeyd olunur: ortaq divarlar (iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divar) şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. ünvan 1nin arxasında yerləşən kanalizasiya quyusu İddiaçı öz əmlakından istifadəsinə hər hansı maneə yaratmır. Sözügedən bağ sahələrinin hər birinin ayrıca çıxış qapısı mövcuddur. ünvan 1nin arxasında yerləşən 208.78 kv.m. sahə Cavabdeh tərəfindən istifadə olunur. ünvan 1nin arxasında yerləşən kanalizasiya quyusu həmin bağ evinə 3.5 metr məsafədə yerləşir. Həmin kanalizasiya həyətyanı torpaq sahəsində qazılmış və çirkab suların axıdılması üçün istifadə olunur. AzDTN 2.6-1-in 4.13cü bəndinin qeyd hissəsində göstərilmişdir: Həyətyanı sahəsi olan tikililər rayonunda yaşayış evinin pəncərələrindən, otaqlarından, mətbəxindən və şüşəbənddən qonşu həyətdə yerləşən evin və təsərrüfat tikililərinin (qaraj, hamam, anbar) divarınadək olan məsafə, yanğın təhlükəsizliyi, sanitar və məişət şərtlərinə görə, yanğına qarşı və sanitar ara məsafələrinə riayət olunmaqla, 6 m-dən az olmamalıdır. 30 sentyabr 2020-ci il tarixdə İddiaçı və iddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 6 saylı bağ evinə və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 6 saylı bağ evinə və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 7 a saylı bağ evinə yerli baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin istifadə etdiyi torpaq sahələri bir-birindən inşa edilmiş daş hasarı ilə ayrılmış, iddiaçının mülkiyyətində olan evin arxasında yerləşən sahə cavabdeh tərəfindən istifadə olunur, evin arxasında yerləşən kanalizasiya quyusu həmin bağ evinə yaxın məsafədə yerləşir, həmin kanalizasiya quyusu cavabdehin həyətində qazılmışdır. Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 7 a saylı bağ evinə baxış keçirilən zamanı iddiaçı ilə cavabdehin istifadə etdiyi torpaq sahələrinin bir-birindən inşa edilmiş daş hasarı ilə ayrılması, cavabdehin mülkiyyətində olan evin həyətində kanalizasiya quyusunun iddiaçının bağ evinə yaxın məsafədə yerləşdiyi, həmin kanalizasiya həyətyanı torpaq sahəsində qazıldığı və cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla, iş materialları və işin məhkəmə iclasında müəyyən edilən halları ilə öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bundan əlavə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71-ci maddəsinə əsasən, ortaq divarlar (iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divar) şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. İki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir. İş üzrə müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 6 saylı bağ evinin yan tərəfindən İddiaçı məxsus torpaq sahəsində mişar daşından 15 metr uzunluğunda 2.80 metr hündürlüyündə hasar inşa edilmişdir. Məhkəmə hesab edir ki, sözügedən hasarın tikinti norma və qaydalarını pozmaqla, nəzərdə tutulmuş hündürlükdən artıq inşa olunduğu, həmçinin hər iki qonşunun tələbatlarına uyğun olmamaqla iddiaçının öz əmlakından sərbəst istifadə hüququnu pozduğu iş üzrə öz təsdiqi tapır və onun sökülməsi barədə qərar qəbul edilməlidir. Bundan əlavə, ünvan 1nin arxasında bağ evinə 3.5 metr məsafədə cavabdeh tərəfindən kanalizasiya quyusu inşa edilmişdir. Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının 2.6-1-in 4.13-cü bəndində göstərilir ki, həyətyanı sahəsi olan tikililər rayonunda yaşayış evinin pəncərələrindən, otaqlarından, mətbəxindən və şüşəbənddən qonşu həyətdə yerləşən evin və təsərrüfat tikililərinin (qaraj, hamam, anbar) divarınadək olan məsafə, yanğın təhlükəsizliyi, sanitar və məişət şərtlərinə görə, yanğına qarşı və sanitar ara məsafələrinə riayət olunmaqla, 6 mdən az olmamalıdır. Göründüyü kimi, mübahisəli kanalizasiya quyusu 6 metrlik ara məsafəsini pozmaqla inşa edilmiş və iddiaçının qanunla müəyyən olunan hüquqlarını pozmuşdur. Odur ki, həmin kanalizasiya quyusu qapadılmasına dair iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvanda yerləşən hasarın və kanalizasiyanın inşa edilməsinə cavabdehin hüququ olmamışdır, həmin tikili iddiaçının maraqlarına toxunub, hüquqlarını pozduğundan, hasar sökülərək əvvəlki vəziyyətinə gətirilməli, cavabdeh 208.78 kv.m. torpaq sahəsindən ailə üzvləri ilə birlikdə çıxarılmalı, boş (neytral) sahədə tikilmiş kanalizasiya quyusunun qapadılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat və mütəxəssis tərəfindən aparılmış tədqiqatın dəyəri olan 130.72 manat Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 6 saylı bağ evinin yan tərəfindən İddiaçı məxsus torpaq sahəsində mişar daşından inşa edilmiş 15 metr uzunluğunda hasar sökülərək, 208.78 kv.m. torpaq sahəsindən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılsın, hasar əvvəlki vəziyyətə gətirilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 6 saylı bağ evinin arxa tərəfində boş (neytral) sahədə tikilmiş kanalizasiya quyusu Cavabdeh vəsaiti hesabına qapadılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olaraq 130.72 (bir yüz otuz manat yetmiş iki qəpik) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar