Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2141/2023 07.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X10 Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Cavabdehlər X2 və X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi 417 N-li Hərbi hissəsinin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 Ağashib qızına qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi 417 N-li Hərbi hissəsi cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 Ağashib qızına qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ana Cavabdeh1, xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 ilə birlikdə, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəs, 417 N-li Hərbi hissənin şəhərciyində 14 N-li xidməti mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə baxışına hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və iş üzrə Cavabdeh3 Ağashib qızı, məhkəmə baxışına hazırlıq iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında Cavabdehlər X5 və X4 ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 nömrəli qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilərək izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddiaçıya göstərilən məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi, məhkəmə iclasına gəlmədiyindən, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiyindən, işdə iştirak edən cavabdehlər isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi 417 N-li Hərbi hissəsinin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 Ağashib qızına qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-2141/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2141/2023
07.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver