Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2142/2023 05.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Rzayeva (Şükürova) Ülkər Arif qızının Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Rzayeva (Şükürova) Ülkər Arif qızı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rzayeva (Şükürova) Ülkər Arif qızının uşaqları 12 fevral 2007-ci il təvəllüdlü X4, 19 yanvar 2009-cu il təvəllüdlü X5 və 08 avqust 2016-cı il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvan) ərazisində yerləşən, hazırda əmlaklarının olduğu fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Rzayeva (Şükürova) Ülkər Arif qızı Cavabdeh ilə 18 aprel 2007-ci il tarixdə nikaha daxil olmuş. Birgə nikahdan 12 fevral 2007-ci il təvəllüdlü X4, 19 yanvar 2009-cu il təvəllüdlü X5 və 08 avqust 2016-ci il təvəllüdlü X2 adlı üç övladı doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət normal münasibətdə yaşamışlar lakin sonradan münasibətləri kəskinləşmiş, xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Onunla aralarında dəfələrlə mübahisə yaranmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2569 /2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan Xəzər rayon Qeydiyyat şöbəsində xx.xx.2007-ci il tarixdə 215 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, birgə nikahından doğulmuş 12 fevral 2007-ci il təvəllüdlü X4, 19 yanvar 2009-cu il təvəllüdlü X5 və 08 avqust 2016-cı il təvəllüdlü X1 nikah pozulduqdan sonra anası - iddiaçı Rzayeva (Şükürova) Ülkər Arif qızının yanında saxlanılması, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat məbləğində aliment Cavabdeh iddiaçı Rzayeva (Şükürova) Ülkər Arif qızının xeyrinə tutulması qət edilmişdir. O, ailə qurarkən gəlin kimi Bakı şəhəri, Binə qəsəbəsində fərdi yaşayış evinə gəlin gəlmişdir. Ailə tərkibinin artımına görə həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə sözü gedən ərazidə 2009-cu ildən etibarən ev tikməyə başladılar. Maddi imkan zəif olduğundan həmin evin tikintisi 2017-ci ilə qədər davam etmişdir. Ev təmir olunduqdan sonra o uşaqları ilə birlikdə sözü gedən evdə yaşamağa başladı. Mübahisəli evi tikərək həmin evə köçmüşlər. Qeyd edir ki, evi 3 otaqlı olmuşdur. O, sözü gedən ünvanda 2022-ci ilin may ayının 17-nə qədər yaşamışdır. Cavabdehlə münasibətləri korlandığından məcburən 2022-ci ilin may ayının 17-də evdən çıxarılmış və daha sonra cavabdeh onu evə buraxmamışdır. Hazırkı tarixədək onun bütün cehiz əmlakları həmin ünvandadır. Cehiz əşyaları, ona məxsus əmlaklar cavabdehin səhlənkarlığı ucbatından və baxımsızlıqdan korlanmaq üzrədir. Hazırda onun yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etdi və bildirdi ki, o, Rzayeva (Şükürova) Ülkər Arif qızı ilə nikaha daxil olmuşdur və atasıgildə yaşamışlar. Daha sonra atası eyni həyətdə onlara başqa ev tikdirib verdi. Həmin evin sənədi anasının adınadır. O və valideyinləri uşaqlarsız qala bilmirlər və bu səbəbdən də o, iddiaçının həmin evə köçməsinə etiraz etmir. Odur ki, mübahisəli evə köçürülmə barədə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul edərək, iddianın təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Əzizbəyov rayonu İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli sərəncamı ilə X3 Binə qəsəbəsində 2/299 saylı ərazidə 600 kvm. torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2569 /2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan Xəzər rayon Qeydiyyat şöbəsində xx.xx.2007-ci il tarixdə 215 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, birgə nikahından doğulmuş 12 fevral 2007-ci il təvəllüdlü X4, 19 yanvar 2009-cu il təvəllüdlü X5 və 08 avqust 2016-cı il təvəllüdlü X1 nikah pozulduqdan sonra anası - iddiaçı Rzayeva (Şükürova) Ülkər Arif qızının yanında saxlanılması, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat məbləğində aliment Cavabdeh iddiaçı Rzayeva (Şükürova) Ülkər Arif qızının xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası Cavabdeh anası Rzayeva (Şükürova) Ülkər Arif qızı olan 12 fevral 2007ci il təvəllüdlü X4, 19 yanvar 2009-cu il təvəllüdlü X5 və 08 avqust 2016-cı il təvəllüdlü X2 doğulmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından 12 fevral 2007-ci il təvəllüdlü X4, 19 yanvar 2009-cu il təvəllüdlü X5 və 08 avqust 2016-cı il təvəllüdlü X2 doğulmuşdur. 2022-ci ildən ayrı yaşayırlar. İddiaçı cavabdehlə birgə nikaha daxil olduqdan sonra Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Bolluq Y/S ünvanında yerləşən fərdi evdə yaşamışlar. Birgə nikah dövründə ev tikilib. İddiaçıya məxsus əşyalar hazırda həmin evdə yerləşir. Fərdi yaşayış evi tərəflərdən heç birinin adına daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmamışdır. Hazırda iddiaçının yaşamaq üçün başqa yaşayış yeri yoxdur. İddiaçı mübahisəli evdə yaşamamasını, cavabdehin onu evdən çıxarması və həmin ünvana qayıdıb yaşamasına imkan verməməsi ilə əsaslandırmışdır. Lakin məhkəmə iclasında cavabdeh iddia tələbini etiraf edərək, iddiaçının həmin evdə yaşamasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 135.4-ci maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. MM-in 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. MM-in 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamışşəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. MM-in 152.5-ci maddəsinəəsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 20-ci maddəsinin birinci abzasına əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqlrı mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Qanunvericiliyin tələbinə əsasən daimi yaşayışüçün yararlı, ayrıca sahə olan mübahisəli ev yaşayış sahəsi sayılır və iddiaçının daimi (və ya daha çox) yaşadığı ev olaraq onun yaşayış yeridir, onun cavabdehin həmin ünvanda yaşamasına imkan verməməsi səbəbindən öz yaşayış yerini müəyyən müddətə tərk etməsi isə yaşayış yerini itirməsi üçün əsas deyil. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının başqa yaşayış yeri olmadığından və cavabdehin isə mübahisəli evə köçürülməsinə etiraz etmədiyindən, mübahisəli mənzil iddiaçının və uşaqların yaşayış yeri sayıldığından, iddiaçı uşağı ilə birgə həmin evə köçürülməli, iddia tələbi təmin edilməlidir. Şərh olununlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Rzayeva (Şükürova) Ülkər Arif qızı uşaqları 12 fevral 2007-ci il təvəllüdlü X4, 19 yanvar 2009-cu il təvəllüdlü X5 və 08 avqust 2016-cı il təvəllüdlü X2 ilə birlikdə ünvan 2 ünvanında yerləşən (Azərsu” ASC-nin hesab fakturasındakı ünvan) fərdi yaşayış evinə köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2142/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2142/2023
05.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver