Məhkəmə qərarları › İş №2(003)-2163/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2163/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2163/2021 27.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü il tarixində fərdi yaşayış evi tikmək məqsədilə Xəzər rayonu, Binə qəsəbəsində torpaq alqı-satqısı ilə məşğul olan Nəsimi adlı şəxslə tanış olmuş, 0.02 ha torpaq sahəsi almaq istəyərək qiyməti razılaşaraq torpaq sahəsinə baxmış, Nəsimi adlı həmin şəxs torpaq sahəsinin tam qanuni olduğunu ona bildirmişdir. Nəsimi onu Pərviz adlı şəxslə tanış etmiş və bildirmişdir ki, torpağa dair ancaq o, sərəncam verə bilər. O, Cavabdeh və Nəsimi adl şəxslə 11.09.2003-cü il tarixində Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən 35 saylı DNK-na getmiş, orada X1 adına olan etibarnamə üzrə nümayəndəsi Cavabdeh X6 ərazisində yerləşən X1 torpaq sahəsindən ona 0,02 ha torpaq sahəsi satmış və bununla bağlı ona etibarnamə verərək 2000 manat pul almışdır. Nəsimi və Cavabdeh həmin torpaq sahəsinə dair İcra Hakimiyyətinin sərəncamını və torpağın cizgilərini ona verəcəklərinə söz vermişlər. Həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına maddi cəhətdən imkanı olmamış və həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. Torpaq sahəsini satmaq istədikdə Şahbaz adlı tanımadığı bir şəxs torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra məlum olmuşdur ki, Nəsimi və Pərviz adlı şəxslər tərəfindən aldadılmışdır. Onlardan pulumu tələb etdikdə onlar müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Aldadıldığımı görüb Xəzər RPİ-nin 2-ci PŞ-nə müraciət etmiş, polisin 06.06.2018-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ilə həmin işdə guya cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hesab etmişdir ki, torpaq satmaq adı ilə ondan Cavabdeh tərəfindən alınmış 2000 manat pul geri qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin izahatında əlavə olaraq bildirdi ki, pulu bilavasitə Nəsimiyə vermiş Nəsimi isə onun həmin vaxt aparıb Pərvizə vermişdir. Belə ki, o, torpaq sahəsinin alınması ilə bağlı Nəsimi adlı şəxslə görüşmüş, torpaq sahəsinə Nəsimi ilə birlikdə baxış keçirmiş və torpaq sahəsini bəyəndikdən sonra Nəsimi ilə notariat konturana getmişlər. Həmin zaman orda Pərvizdə olmuşdur. Pulu Nəsimiyə vermiş, Nəsimi də öz növbəsində pulu Pərvizə vermişdir. Belə olan halda həmin pulun qaytarılmasını da Pərviz həytata keçirməlidir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Zaur Musayev bildirmişdir ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda iddiaçı Nəsimini tanıdığını bütün danışı onunla apardığını bildirmişdir. İşin bu halını məhkəmə iclasında iddiaçı öz izahatında təsdiqləmişdir. Belə olan halda hazırki pul tələbi ilə bağlı iddiaya cavab verməli olan şəxs kimi Cavabdeh qəbul edilə bilməz. Buna görə də hazırki iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf etməyərək, onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, o iddiaçıdan ümumiyyətlə pul almamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib və işi araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 06.08.2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan X2 şikayət ərizəsi ilə əlaqədar 17.10.2015-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, ərizə əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərərdan görünür ki, İddiaçı izahatında həmin torpaq sahəsinin alınması ilə bağlı Nəsimi adlı şəxslə görüşdüyünü, torpaq sahəsini bəyəndikdən sonra Nəsimi ilə notariat konturana gedərək Nəsiminin ona Cavabdeh adından etibarnamə verdiyini, Pərviz adlı şəxsi tanımadığını, puluda Nəsimi adlı şəxsə verdiyini bildirmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçı ona dəymiş 2000 manatlıq maddi zərərin cavabdeh tərəfindən ödənilməli olduğunu Mülki Məcəllənin 1096-cı maddəsinin tələbləri qaydasında onların mülki hüquqi məsuliyyətinin yaranması ilə əsaslandırılır. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə cavabdehlərin mülki hüquqi məsuliyyətləri yaranmamışdır. Bu zaman məhkəmə nəzərə alır ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Zərərin əvəzinin ödənilməsi tələbinin delikt hüququndan irəli gələ bilməsi üçün mütləq cavabdehlərin hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətmələri tələb olunur. Məhkəmə araşdırması zamanı iddiaçı iddiaərizəsində Pərvizə pul verdiyini qeyd etsə də, məhz ppulun ona verilməklə cavabdehlərin əməlləri nəticəsində ona zərər dəyməsinə dair hər hansı sübut təqdim etməmişdir. Əksinə işin materiaalları və tərəflərin izahatları ilə onun tərəfindən pulun Nəsimi adlı şəxsə verildiyi müəyyən edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçının tələbi üzrə istinad etdiyi hallar sübuta yetirilmədiyindən iddiaçının ona dəymiş 2000 manatlıq maddi ziyanın cavabdeh tərəfindən ödənilməli olduğuna dair iddia tələbinin qanuni əsasının (Mülki Məcəllənin 1096-cı maddəsinin) dispozisiya şərtləri mövcud olmadığından həmin əsasın hüquqi nəticəsi də, yəni tələb etmək hüququ da yaranmamışdır. O cümlədən hazırki iş üzrə iddia tələbində cavabdeh kimi qeyd edilən Cavabdeh hazırki iddia tələbinə cavab verməli olan şəxs kimi qəbul edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh qarşı irəli sürülmüş iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iddia tələbi ilə bağlı olaraq iş üzrə sübut etmə yükünün tərəflər arasında bölüşdürülməsini qanunverici aşağıdakı qaydada həll etmişdir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respubplikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 2000 manat məbləğində pulun alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar