Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2167/2024 16.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi vəkili və nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin və üzərində tikdiyi evin onun sahibliyində və istifadəsində olması faktının təsdiq olunmasına dair ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin və üzərində tikdiyi evin onun sahibliyində və istifadəsində olması faktının təsdiq olunmasına barədə qətnamə çıxararılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 31 oktyabr 2017-ci ildə ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsini cavabdeh Maraqlı şəxs1 14000 manat ödəyərək almışdır. Həmin torpaq sahəni cavabdeh Maraqlı şəxs1 pul ödəyib aldıqdan sonra orada ev tikmək üçün tikinti aparmağıma razılıq vermiş, hətta gələcəyində həmin torpağı və ərazini satmağıma görə özü və ailə üzvlərinin etirazlarının olmamaları barədə notarial qaydada təsdiq olunmuş ərizələr də vermişlər. Həmin torpaq sahəsində evi tiksə də bu günə qədər cavabdeh Maraqlı şəxs1 həmin sahəni onun adına sənədləşməyi öhdəsinə götürsə də bu günə qədər tikdiyi evə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Həmin torpaq sahəsi və sonradan tikdirdiyi ev tikilisi 2017-ci ildən etibarən bu günədək onun istifadəsində və sahibliyindədir. Bu məqsədlə o, hazırkı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən aldığı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, H.Məmmədbəyli küçəsi, 9 saylı ev ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin və üzərindəki evin onun sahibliyində və istifadəsində olması faktının təsdiq olunmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi X2 ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs1 məhkəməyə ərizə ünvanlayaraq ərizəçinin tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmənin hansı “xüsusi icraat qaydasında işlər”ə baxması MPM-nin 305-ci maddəsində, hansı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər”ə baxması isə MPM-nin 307-ci maddəsində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 1.2-ci bəndidnə qeyd edilmişdir ki, “...Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarının 1.3-cü bəndinə əsasən, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Hazırkı ərizədən isə görünür ki, ərizəçi ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin və üzərində tikdiyi evin onun sahibliyində və istifadəsində olması faktının təsdiq olunmasını xahiş edir. Göründüyü kimi, hazırkı ərizə torpaq sahəsinin və evin üzərində mükiyyət hüququnun tanınmasıdır ki, həmin ərizələrdə xüsusi icraata qayadasında baxılmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənərə əsasən məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin və üzərində tikdiyi evin onun sahibliyində və istifadəsində olması faktının təsdiq olunmasına dair ərizəsi üzrə işin icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2167/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2167/2024
16.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver