Məhkəmə qərarları › İş №2(003)-2179/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2179/2020

30.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2179/2020 30.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq dayanacağı keçid-1349, 4 saylı yataqxanada yerləşən 45 və 46 saylı otaqlarda istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, onun Bakı şəhəri Xəzər rayonu Albalılıq dayanacağı 4 nömrəli yataqxananın 45 və 46-cı otaqlarına köçürülməsi, eyni zamanda, İddiaçı Fərhat qızı tərəfindən orada yaşamağına törədilən maneələrin aradan qaldırılması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinin geri qaytarılaraq baxılmamış saxlanılması xahiş edildiyindən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq dayanacağı keçid-1349, 4 saylı yataqxananın 45 və 46 saylı otaqları «Bakı Aviasiya İstehsalat Birliyi» Həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin və müdiriyyətinin birgə iclasının xx.xx.1998-ci il tarixli 127 saylı Qərarına əsasən, onun mərhum bibisi Əzimova Əlvan Söhbət qızına verilmişdir. X11 Söhbət oğlu da həmin yataqxanada pasport qeydiyyatında olmuşdur. O, 1999-cu ildə vəfat etmişdir. İddiaçı özü də 2003-cü ildə həmin yataqxanadakı sözügedən mənzildə pasport qeydiyyatına alınmış, hazıradək orada pasport qeydiyyatındadır və ailə üzvləri ilə birlikdə yaşayır. Atası və bibisi Bakı Aviasiya İstehsalat Birliyində işləmişlər. Yataqxanadakı mənzil X10ya verilərkən atasının da həmin müəssisədə işləməsi nəzərə alınmışdır. Cavabdeh X10nın həyat yoldaşıdır. X10 2017-ci ildə ürək çatışmamazlığı və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi və yataq xəstəsi idi. Cavabdeh həmin vəziyyətdə bibisini atıb getmişdir. O, hazırda bibisi ilə ailəli olduğu müddətdə onların birgə inşa etdikləri Buzovna qəsəbəsində yerləşən həyət evində oğlunun ailəsi ilə birlikdə yaşayır. Bibisinin xəstə, ağır günlərində iddiaçı ona qulluq göstərmiş və onun bütün ehtiyaclarını ödəmişdir. Bibisinin sağlığında hətta bütün daşınar və daşınmaz əmlakını notarial qaydada imzaladığı xx.xx.2018-ci il tarixli vəsiyətnamə əsasında iddiaçıya vəsiyyət etmişdir. Həmçinin xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontorunda imzaladığı etibarnamə əsasında bütün əmlakının idarə edilməsini iddiaçıya həvalə etmişdir. Bibisi xx.xx.2018-ci ildə vəfat etmişdir. Vəfat edərkən onu iddiaçı dəfn etmiş, bütün yas mərasimlərinin xərcini özü ödəmiş və qəbirüstü abidəsini də düzəltdirmişdir. Cavabdeh bibisi ağır xəstə olarkən belə ona baş çəkməmişdir və onun heç bir ehtiyacını ödəməmişdir. Xəstə, ağır dövründə bibisini atıb, getmişdir. Bibisinin vəfatından sonra da o, yas mərasimlərinə belə gəlməmişdir. Maddi imkanı olmasına baxmayaraq, bu mərasimlərə bir qəpik də olsun xərc çəkməmşdir. O isə ağır maddi vəziyyətdə olmağına baxmayaraq bütün bu xərcləri öz üzərinə götürmüşdür. İddiaçı hazırda sözügedən mənzildə həyat yoldaşı və qızı ilə birlikdə yaşayır. Cavabdeh isə uzun illərdir ki, orada yaşamır və daimi olaraq oradan köçüb getmişdir. Onun heç bir əmlakı həmin mənzildə qalmamışdır.Buna baxmayaraq cavabdehin həmin mənzildə pasport qeydiyyatında qalması iddiaçının hüquqlarını pozur. Bu səbəbdən də onun həmin mənzildə istifadə hüququnun itirilməsi tələbilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hazırda mənzildə cavabdehin əvəzinə də kommunal xərcləri ödəmək məcburiyyətindəqalır. Qeyd edir ki, cavabdehin sözügedən mənzildə pasport qeydiyyatındaolmasına baxmayaraq, orada yaşamaması barədə həmin ünvana qonşuluqda yaşayan sakinlərin və Mənzil Kommuna İstismar Sahəsinin əməkdaşlarının iştirakı ilə akt datərtib edilərək təsdiqlənmişdir. Həmçinin bu barədə iddiaçıya MKİS tərəfindən arayış datəqdim edilmişdir. Qeyd edir ki, cavabdeh sözügedən mənzildə 1998-ci ildə pasport qeydiyyatına alınmışdır. Bu səbəbdən də sözügedən mübahisənin məhkəmədə həlli zamanı münasibətin yarandığı həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri tətbiq edilməlidir. Belə ki, hazırda qüvvədə olan Mənzil Məcəlləsi xx xxxxxx 2011-ci il tarixdə qanuni qüvvəyə minmişdir və həmin məcəllənin müddəları bundan sonra yaranan münasibətlərin tənzimlənməsinə şamil edilir. Həmin dövrədək və 1998-ci ildə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60ci maddəsinə əsasən, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin məcəllənin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Bildirir ki, Cavabdeh daimi yaşamaq üçün sözügedən mənzildən köçüb getmişdir. O, hazırda ailə üzvləri ilə birlikdə Buzovna qəsəbəsində başqa bir ünvanda yaşayır. Onun pasport qeydiyyatı formal olaraq mübahisəli mənzildə qalmışdır və o, uzun illər boyu onun əvəzinə də kommunal xidmətlərə görə haqq ödəmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh onun bibisinin əri olub. Onlar 1999-cu ildə rəsmi nikaha daxil olmaqla həmin mənzildə yaşamışlar. Lakin uzun müddədtdir cavabdeh həmin mənzildə yaşamır. Hal-hazırda həmin mənzildə o ailə üzvləri ilə birgə yaşayır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh 1999-cu ildə mərhum Əlvan Əzimova ilə rəsmi nikaha daxil olaraq mübahisəli mənzilə qeydiyyata düşmüşdür. Həmçinin onlar uzun müddət mübahisəli mənzildə birgə yaşamışlar. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəzər rayon 140 saylı Mənzil- Kommunal istismar sahəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaaçını və onun X10nı tanıyır. O Cavabdeh oğliunda tanıyır. O, mərhum Əzimova Əlvan Söhbət qızının həyat yoldaşı olub. Onlar qonşuluqda yaşayırlar. Əlvan Əzimova uzun müddət xəstəlikdən əziyyət çəkib və həmin vaxt ona iddiaçı qulluq edib. X12 xəstələnəndən sonra onu həmin mənzilə görməyib. Təxminən 2 (iki) ildən çox müddətdir ki, cavabdeh həmin mənzildə yaşamır. Həm də iddiaçı Əlvan Əzimovanın mənzilində yaşayırdı. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəzər rayon 140 saylı Mənzil-Kommunal istismar sahəsinin nümayəndəsi Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, sözügedən yataqxana dövlətin balansındadır. Əzimova Əlvan Söhbət qızı və Cavabdeh həmin yataqxanada yaşamışlar. Sonradan aralarında mübahisə olmuş və Cavabdeh özünə məxsus əşyaları toplayaraq yataqxananın 45 və 46-cı otaqlarını tərk etmiş və yaşamaq üçün başqa yerə getmişdir. İddiaçı mübahisəli ünvanda yaşayır. İşə əlavə edilmiş «Bakı Aviasiya İstehsalat Birliyi» Həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin və müdiriyyətinin birgə iclasının xx.xx.1998-ci il tarixli Qərarından görünür ki, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq dayanacağı keçid-1349, 4 saylı yataqxanada yerləşən 45 və 46 saylı otaqlar iddiaçının mərhum bibisi Əzimova Əlvan Söhbət qızına verilmişdir. İşə əlavə edilmiş Quba regional ASAN xidmət mərkəzinin notariusu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli vəsiyyətnamənin surətindən aydın olur ki, Məmmədova Əlvan Söhbət qızı ölən günədək ona məxsus olmuş bütün daşınar və daşınmaz əmlakını İddiaçı vəsiyyət etmişdir. İşə əlavə edilmiş Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Həmkarlar ittifaqı komitəsinin birgə iclasının 02 saylı xx.xx.2018-ci il tarixli protokolundan çıxarışdan aydın olur ki, Albalılıq dayanacağı keçid-1349, 4 saylı yataqxanada yerləşən 45 və 46 saylı otaqları İddiaçı adına keçirilmişdir. İşə əlavə edilmiş AZE 08736243 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, MəmmədovaƏlvan Söhbət qızı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq dayanacağı keçid-1349, 4 saylı yataqxanada qeydiyyatda olmuşdur. İşə əlavə edilmiş ölüm haqqında xx.xx.2018-ci il tarixli şəhadətnamənin surətindən aydın olur ki, Məmmədova Əlvan Söhbət qızı xx.xx.2018-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İşə əlavə edilmiş AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq dayanacağı keçid-1349, 4 saylı yataqxanada qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, atası İmanov Zaur, anası İddiaçı olan X7 xx.xx.2010-cu ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə olunmuş Xəzər rayon 140 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli arayışından aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq dayanacağı keçid-1349, 4 saylı yataqxanada İddiaçı və X7 yaşayır. Cavabdeh orada qeydiyyatdadır, lakin yaşamır. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə müəyyən olundu ki, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq dayanacağı keçid-1349, 4 saylı yataqxanada yerləşən 45 və 46 saylı otaqlar «Bakı Aviasiya İstehsalat Birliyi» Həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin və müdiriyyətinin birgə iclasının xx.xx.1998-ci il tarixli Qərarına əsasən, iddiaçının mərhum bibisi Əzimova Əlvan Söhbət qızına verilmişdir. Xəzər rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin Həmkarlar ittifaqı komitəsinin birgə iclasının 02 saylı xx.xx.2018-ci il tarixli protokolundan çıxarışa əsasən Albalılıq dayanacağı keçid-1349, 4 saylı yataqxanada yerləşən 45 və 46 saylı otaqları İddiaçı adına keçirilmişdir. Həmin mənzildə qeydiyyata alınmış Cavabdehiddiaçının mərhum bibisinin əridir. 1999-cu ildən həmin mənzilə ailə üzvü kimi pasport qeydiyyatına alınmış, 2018-cı ildən köçərək yaşamaq üçün başqa yaşayış sahəsinə getmiş, iki ildən artıq müddətdir ki,həmin mənzildə yaşamır. Uzun müddət ərzində və davamlı olaraq qeydiyyatda olduğu mənzilə dair istifadə hüququnu həyata keçirmir, bu hüquqdan könüllü istifadə etmir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 1999-cu ildən yarandığından hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayınadək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Belə ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinəəsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzində müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır.Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddət də yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə yaşamaması və bu müddət ərzində mübahisəli mənzilə gəlməməsi, yalnız onun başqa yaşayış sahəsinə köçməsi ilə izah oluna bilər. Odur ki, iddia təmin edilərək, cavabdehin mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə etməsini zəruri edən əsas aradan qalxdığından, iddiaçı cavabdehin istifadə hüququnun itirilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia əsaslıdır. Odur ki, iddia təmin olunmalıdır. Şərh olununlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq dayanacağı keçid-1349, 4 saylı yataqxanada yerləşən 45 və 46 saylı otaqlarına olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiyaşikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar