Məhkəmə qərarları › İş №2(003)-218/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-218/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-218/2022 24.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Zirə qəsəbəsində yerləşən 12 sot torpaq sahəsi üçün ödənilən 18000 manat pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 07 iyul 2012-ci ildə 99 illik etibarnamə ilə oğlu X8 üçün Zirə qəsəbəsində 12 sot torpaq sahəsini Cavabdeh1 almış, həmin torpaq sahəsi üçün o cavabdehə 18000 (on səkkiz min) manat pul ödəmişdir. Torpaq sahəsi cavabdehin qızının adına Xəzər rayon icra hakimiyyətinin başçısının sərəncamı ilə rəsmiləşdirilmişdir. Cavabdehin qızı X5 ona 99 illik etibarnamə vermişdir. O, həmin torpaq sahəsində oğlu üçün ev tikmişdir. 2021-ci il tarixində Cavabdeh1 qızı X5 torpaq sahəsini boşaldılması və ona qaytarılması ilə bağlı onu və oğlunu məhkəməyə vermişdir. Cavabdehlə qızının arasında ailə problemləri mövcuddur. Onlar isə evlərini itirmək təhlükəsi ilə üzləşmişlər. Mübahisəli torpaq sahəsində tikilən evdə oğlu öz ailəsi ilə birlikdə yaşayır. Cavabdehin qızı iddia edir ki, həmin torpaq sahəsi satılarkən atası ona torpaq sahəsinə görə ödənilən 18000 manatı verməmişdir. 2012-ci ildə satılan torpaq sahəsi 9 ildən sonra mübahisələndirilmişdir. Belə olduğu halda o, cavabdehdən 18000 manat pulu geri istəyir. Cavabdehin Xəzər rayon məhkəməsinə ünvanladığı ərizədə torpaq sahəsinə görə tərəfindən pul ödənildiyi göstərilir. Həmin ərizə iş materiallarına əlavə edilmişdir. Ona görə də o, pulunu geri istəyir. İşin baxılması zamanı iddiaçının vəsatəti əsasında Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək torpaq sahəsinin alınması üçün 18000 manat pulu yalnız Cavabdeh1 verdiyini bildirmiş və Zirə qəsəbəsində yerləşən 12 sot torpaq sahəsi üçün ödənilən 18000 manat pulun Cavabdeh1 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun iddianın təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, o, Xəzər rayonu Zirə qəsəbəsində yerləşən 12 sot torpaq sahəsini Cavabdeh1 18000 manat vərərək almışdır. Həmin pulu hissə-hissə olmaqla Cavabdeh1 vermişdir. Hazırda isə Xəzər Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli qətnaməsinə əsasən onun və ailə üzvlərinin həmin torpaq sahəsinin çıxarılmarı qət edilmişdir. O, həmin torpaq sahəsi 2012-ci il tarixdən Cavabdeh2 ona verdiyi etibarnamə əsasında onun sahibliyində olmuş və o, həmin torpaq sahəsində ev tikmişdir. 04.11.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, 1990-cı ildə qızı X3 adına torpaq almış və 2012-ci ildə qızı pul lazım olduğundan həmin torpaq sahəsini satmaq istədiyini bildirmişdir. O, da qızına torpaq sahəsi ona məsus olduğunu və özünün bildiyini etməsini bildirmişdir. Bundan sonra qızı 12 sotunu İddiaçı satmış və pulu da qızına vermişlər. Hər ay 1000 manat olmaqla cəmi 12000 manat pul qızına vermişdir. Ona pul verilməmiş və işin ona aidiyyəti olmadığını, pulun qızına verildiyini bildirmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinə ünvanlanmış Cavabdeh1 ərizəsinin surətindən görünür ki, o, torpaq sahəsini qızının 20 yaşı olanda bir ata kimi qızına almış, torpaq sahəsi isə faktiki olaraq ona məxsus olmuşdur. Torpaq sahəsi onun satılaraq pulu qızı Cavabdeh2 verilmişdir. Torpaq sahəsi doğma bacısı nəvəsi X1, pul İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan qanuni qüvvəyə minmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli 2(003)-2640/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, X6, X2 və X7 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi tələbi təmin edilməklə cavabdehlərin Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsinin şimal-qərb hissəsində 2/93 nömrəli sahədə yerləşən 1200 kv.m torpaq sahəsindən çıxarılsınlar və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin satılması ilə bağlı mülkiyyətçisi olan Cavabdeh2 hər hansı məbləğdə pul ödənilməsi təsdiqini tapmamış və bu əsaslada sonuncunun mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsinin şimal-qərb hissəsində 2/93 nömrəli sahədə yerləşən 1200 kv.m torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qənaətinə gəlinmişdir. Həmin qətnamədən həmçinin görünür ki, şahid qismində dindirilmiş Cavabdeh1 məhkəməyə bildirmişdir ki, iddiaçı onun qızıdır. 1992-ci ildə vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahələri ayrılmış, o da sənədlərini toplayaraq iddiaçının adına torpaq sahəsi almışdır. Sonra iddiaçı torpaq sahəsinə qaz çəkmək istədiyini bildirmiş, o da qaz çəkdirmişdir. 2012-ci ildə isə iddiaçı torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Cavabdeh də torpağı almış və hissə-hissə 11-12 ay ərzində pulunu ödəmişdir. Gülnaz cavabdehlə torpağı 12.000 manata satmağı razılaşmış, cavabdeh hər ay 1000 manat ödəniş etmişdir. Cavabdeh hər dəfə pulu evə gətirmiş, bəzən həmin vaxt evdə arvadı Ziba olmuşdur. Cavabdeh həmin torpaq sahəsində 2 mərtəbəli ev tikmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarına əsasən iddiaçı tərəf həmin torpaq sahəsinə görə ümumilikdə iddia tələbində 18000 manat pul ödədiyini bildirsə də, məhz həmin məbləğdə pulun verilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna baxmayaraq iş üzrə cavabdeh olan Cavabdeh1 iddiaçı tərəfindən sözügedən torpaq sahəsinə 12000 manat pulun ödənildiyini, lakin qızı Cavabdeh2 ödənildiyini bildirmişdir. Belə olan halda həmin torpaq sahəsinə görə iddiaçı tərəfin qeyd edilən məbləğdə, yəni 12000 manat pulun ödənilməsi halı işin mübahisəsiz və məhkəmə tərəfindən müəyyən edilmiş halı kimi qəbul edilməklə iddiaçının buu məbləğdə pulun verilməsi ilə bağlı sübutetmə yükündən azad etmişdir. İşlə bağlı mübahisəli hissə, iddiaçının pulun 18000 manat verməsi ilə bağlı tələbi, o cümlədən ödənilməsi mübahisəsiz olan 12000 manatın məhz kimə ödənilməsi ilə bağlı hissədir. Məhkəmə işin mübahisəli halı ilə bağlı qeyd edir ki, iddiaçının cavabdehə ödəməsini bildirdiyi 6000 manatı, yəni ödənilməsi mübahisəsiz hal kimi müəyyən edilmiş olan 12000 manat çıxılmaqla qalan məbləği (18000-12000=6000 manat) manatı, həmin torpaq sahəsinə görə ödəməsi hər hansı bir sübutla təsdiqini tapmır. Belə olan halda həmin hissədə ümumiyyətlə iddianın təmin edilməsi mümkün olmadığından məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Bundan başqa, iddiaçının ödəməsi işin halları ilə təsdiqini tapan 12000 manatla bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı cavabdeh həmin məbləğin ödənilməsini,, lakin ona ödənilməməsini bildirdiyindən qeyd edilən hissə ilə bağlı sübutetmə yükü eyni zamanda onun da üzərinə düşür. Cavabdeh hımin məbləğin qızına ödənilməsi sübuta yetirə bilmir, o cümlədən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli 2(003)-2640/2021 saylı iş üzrə qətnamədən görünür ki, Cavabdeh1 şahid qismin ifadəsində pulun qızı Gülnaza ödənilməsi bildirməməklə cavabdehin hər ay 1000 manat ödəniş etdiyini və hər dəfə pulu evə gətirdiyini bildirmişdir. Həmçinin, qanuni qüvvəsini almış qətnamə ilə həmin torpaq sahəsinə görə pulun qızı Cavabdeh2 ödənilməsi təsdiqini tapmamış və bu əsasla da sonuncunun iddia tələbi təmin edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə idiaçı tərəfindən ödənilmiş 12000 manat Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddia tələbi yuxarıda qeyd edilənlərə əsasən, o cümlədən cavabdeh kimi qeyd edilməsinə baxmayaraq iddiaçının pulun yalnız Cavabdeh1 tutulması xahiş etməsi barədə ərizəsi nəzərə alınmaqla X4 aid hiddəsə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh1 torpaq sahəsinin alınması məqsədilə 12000 manat məbləğində pulun verilməsi ilə iddiaçıya həmin məbləğində zərərin dəyməsi müəyyən edildiyindən, həmin pul məbləği ona qaytarılmadığından Cavabdeh1 əsassız varlanmış şəxs hesab edilməklə əldə etdiyi həmin pul məbləği məhz Cavabdeh1 tərəfindən iddiaçıya qaytarmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 12000 manat alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 12000 manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar