Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2185/2020 02.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi – hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu ildə Ermənistan SSR, Qafan rayonunda anadan olmuş Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilərək, həmin doğum akt qeydində təvəllüdünün xx.xx.1959-cu il, doğum yerinin Ermənistan SSR, Qafan rayonu, ata adının X5, ana adının X8 kimi qeyd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki,o, xx.xx.1959-cu ildə Ermənistan SSR, Qafan rayonunda anadan olmuşdur, bu barədə Ermənistan SSR-nin Qafan rayonunda doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. Lakin həmin doğum haqqında şəhadətnamə tərəfindən itirilmiş, məlum məsələlərə görə Ermənistandan doğum haqqında şəhadətnamədənin alınması qeyri-mümkündür. Bu barədə Maraqlı şəxsnə tərəfindən müraciət edilmiş, lakin şöbənin xx.xx.2020-ci il tarixli məktubu ilə ona imtina verilmişdir ki, itmiş qeydin bərpası barədə məhkəməyə müraciət etməlidir. Daha sonra ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizəsini dəqiqləşdirərək, xx.xx.1959-cu il tarixdə Ermənistanın Qafan rayonunda doğulması, atasının X5-milliyyətinin Azərbaycanlı, anasının X3-milliyyətinin Azərbaycanlı kimi qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək, izahatında qeyd etdi ki, o, haqqında şəhadətnamənin alınması məqsədi ilə qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi onun doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmir. Göstərilənlərə əsasən məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 bildirdi ki, o, ərizəçinin bacısıdır. O, sənədini itirmişdir. Maraqlı şəxs Bakı şəhəri Xəzə rayon Qeydiyyat şöbəsi məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi xx.xx.2020-ci il tarixdə ünvanlanmış məktubdan görünür ki, onun Ermənistanın Qafan rayonunda qeydə alınmış doğum haqqında akt qeydininin bərpa edilməsi barədə Maraqlı şəxsnə daxil olmuş müraciətinə baxılmış, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və fcnsdluq idarələri tərəfindən icra edilir. Hazırkı halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq tnş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktların qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən şöbəyə daxil olmuş müraciətininin həyata keçirilməsinin mümkün olmaması bildirilmiş, bununla əlaqədar aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X2 xx.xx.1979-cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əfəndiyev, arvada Əfəndiyeva soyadı verilmişdir. İş materallarına əlavə olunan və ərizəçinin bacısı X1 məxsus olması bildirilən İ-ZJ seriyalı, 020921 saylı, xx.xx.1969-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin “atası qrafasında” atası kimi X5, “anası qrafasında” anası kimi X3 qeyd edilmiş, milliyyətlərinin Azərbaycanlı olması göstərilmişdir. Beləliklə, ərizəçi tərəfin izahatı və işin materialları ilə Ərizəçi xx.xx.1959-cu il tarixində Ermənistanın Qafan rayonunda anadan olması, milliyyətinin Azərbaycanlı olması, atasının X5, anasının X3 olması tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müvafiq sənədlərlə təsdiq olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, doğum haqqında müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduğundan Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1959-cu il tarixində Ermənistanın Qafan rayonunda doğulması, atasının X5-milliyyətinin Azərbaycanlı, anasının X3-milliyyətinin Azərbaycanlı olması ərizəçi tərəfin izahatı, şahid ifadəsi və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistanın Qafan rayonunda doğulması, atasının X5-milliyyətinin Azərbaycanlı, anasının X3-milliyyətinin Azərbaycanlı kimi qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2185/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2185/2020
02.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver